Словарь лексики азербайджанских дастанов

Всего статей – 3204, статей на «AĞ» – 23
A B C Ç D E Ə F G Ğ H X I İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AF AH AX AK AQ AL AM AN AP AR AS AT AV AY AZ
 

AĞ SUNQUR

Şahin cinsindən ov quşu. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞA

Ata; böyük qardaş. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞAC

6-7 kilometrə bərabər uzunluq ölçüsü. (“Koroğlu” dastanının lüğəti) Yeddi ağacdan yeddi ağaca bir qa
подробнее

AĞAMƏT

Toydan bir neçə gün qabaq qız evinə aparılan qoyun, un, meyvə və s. kimi şeylər. (“Koroğlu” dastanın
подробнее

AĞAYIL

Qoyun sürüsünün yığışdığı və ya salındığı üstüaçıq, ətrafı bağlı yer; ağıl. (“Kitabi-Dədə Qorqud” le
подробнее

AĞCA

Təmiz, ağappaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞCA BÜRCLÜ

Bürcü ağ olan. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞCA SAZ

Ağappaq çöllər. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞCA YÜZLÜ

Ağ üzlü. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞÇA

Bax: axça.

AĞI

1. Zəhər. 2. Məcazi mənada: çox acı şey haqqında; zəqqum. Dan yerləri atıbdı, Xoruzları yatıbdı. Bəl
подробнее

AĞI

Bax: ağu. (“Koroğlu” dastanının lüğəti) Qırram qayaları, yıxaram dağı, Xanlar zəhər içər, sultanlar
подробнее

AĞILMAQ

Asılmaq; ucalmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞILMƏND

ərəb. ağıl, fars. mənd Ağıl sahibi, ağıllı insan (dərdmənd qəlibi ilə düzəlib). Qurbani der: göz göz
подробнее

AĞIR

Dəyərli, əziz. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞIRMAQ

Ucaltmaq, yüksəltmək, qaldırmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞIZ

Uc, kənar, başlanğıc. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞIZ

Bir ağız: bir qədər, bir doyumluq. (“Koroğlu” dastanının lüğəti) Ataların yaxşı bir məsəli var, “acd
подробнее

AĞMAQ

Bax: ağırmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

AĞNATMAQ

Aşağı sürmək, endirmək, diyirlətmək, aşırmaq. (“Koroğlu” dastanının lüğəti) Dəli Həsən bir su içim s
подробнее