Слово ABDAL ƏRƏB в словаре лексики азербайджанских дастанов.

Azərbaycan dilinin izahlı lüğətində sözün sərsəri, avara, dərbədər mənası ilə yanaşı, dərviş, qələndər mənası da göstərilmişdir.

Dialektlərdə bilikli, bilici, yetim mənaları da var. Dastanlarda birinci mənaya rast gəlinir.

Cavan oğlan, nə məkandan gəlirsən,

Səbəb nədi, de, düşmüsən çölə sən?

Gözəl sevib, abdal olub çaşmısan,
Mən baxıram, nabələdsən yola sən.

                                                  (“Qurbani”)

Qeyd: Abdal yuxarıda göstərilən mənalardan başqa, xalqımızın etnogenezində iştirak etmiş tayfalardan birinin adıdır. Görkəmli rus şərqşünası V.Bartold abdalları hun tayfalarından biri hesab etmişdir. A.A.Bakıxanov da azərbaycanlıların tərkibində abdal tayfasının olduğunu qeyd etmişdir. Əməkdar elm xadimi S.Əliyarlı yazır: “Ola bilsin ki, əski hun “abdal” soyadı burada “əbdal” (ərəbcədən “bədəl” sözünün cəmindən alınması ehtimal olunur) sufi dərviş anlamı ilə çulğaşıq bir sintez keçmiş, sonra isə “abdal” soyadı təsəvvüf yosunu ilə “hörülüb” dəyişilmişdir...”.

Hazırda Ağdam, Sabirabad, GöyGöl, Oğuz, Tovuz, Qubadlı rayonlarında Abdal, Abdallı, Abdalanlı və s. adlı kəndlər var. Naxçıvanda və Şimali Qafqazda Abdal dağı, Tovuz rayonundakı çayda bu ad yaşamaqdadır: 1923-cü ilə qədər Laçın rayonunun inzibati mərkəzi “Abdallar” olmuşdur.

← ABBASI

Şah Abbasın dövrünə aid, onun adı ilə bağlı olan gümüş pul. (“Koroğlu” dastanının lüğəti) Sonrakı dö

ABDAL ƏRƏB →

Sərsəri // dərviş, qələndər. (“Koroğlu” dastanının lüğəti) Dialektlərdə bilikli, bilici, həmçinin ye