ABİDAR FARS

1. Sulu, şirəli.

2. Məcazi mənada: mənalı, təsirli, gözəl ifadəli.

3. Məcazi mənada: möhkəm və iti.

Dastanda sonuncu mənasına rast gəlinir.

Mənə qürbət verib xaliqi-sübhan,

Müxənnət kimsəni kor eyləsin nan.

Sam da rəzmidə cəhl edən zaman,

Heybətimdən şəmşir abidar olar.

                                   (“Sam şahzadə”)