AFƏT ƏRƏB

1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər.

2. Məcazi mənada: son dərəcə gözəl qız, qadın haqqında.

3. Məcazi mənada: çox zirək, çox cəld; od-alov.

Adı Bədiəlcamal, bir pəri qızı,

Canıma od salan afət görmüşəm.

                (“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)

Dialektlərdə tufan, çovğun mənasında da işlənir. Dastanda bu mənada rast gəlinir.

Mənnən olan geriyə,

Getməsin irəliyə,

Arzım girən evləri,

Gecə afat bürüyə.

           (“Arzı-Qənbər”)