EY

Yaxşı.

Ölüm eydir bu günlərə qalınca,

Zindəykən murdəyə mən mehman oldum.

                                          (“Dilsuz və Xəzangül”)

EVLÜ EVİNƏ GƏLMƏK
EY-VALLA
OBASTAN VİKİ
Ey Ey Tet
Ey Ey Tet (13 dekabr 1992) — Myanmalı üzgüçü. Ey Ey Tet Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ey Ey Tet birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.25 saniyəlik nəticəsi ilə 70-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ey Reqib
Ey Reqib (kürd. ئهٔ ره‌قیب / Ey Reqîb) — Kürdüstan Regional Hökumətinin milli himni. == Sözləri (Kurmanc dili) == Ey Reqîb!
Ey ata, ey ana, biz günahkarıq
Ey ata, ey ana, biz günahkarıq! — Əli Şəriətinin dini-fəlsəfi mövzuda yazdığı əsər. == Məzmun == Kitabda Dr. Şəriəti əvvəlcə həyatda tutduğu mövqedən, ona ünvanlanan tənqidlərdən söhbət açır, yaşadığı dövrü analiz edir. Daha sonra maraqlı bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsilə, onların ata-anasına müraciət etməyə başlayır. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşmasındakı problemlər bütün gerçəkliyi ilə ortaya çıxır. Kitabın ikinci hissəsində isə Əli Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur. İslami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqla-yaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Ey ata, ey ana, biz günahkarıq — Dr.
Ey Gözəl Krım
Ey Gözəl Krım (krımtat. «Ey, güzel Qırım») ― məşhur krım tatar xalq mahnısı. Melodiyası krım tatarları arasında dünya səviyyəsində tanınır və krım tatar konsertlərində tez-tez səslənir. Mahnının kədərli mətni sürgün həyatla bağlı təəssüfünü bildirir və sevimli vətənlərinin itkisinə yas tutur. Mahnının mənşəyi məlum deyil, lakin krım tatarlarının deportasiyasından bir müddət sonra anonim olaraq yazıldığı düşünülür. Bununla birlikdə, Əndicana sürgün edilmiş krım tatarları Fatma Xəlilova və Şurki Osmanov 1968-ci ildə Aluştaya səfəri zamanı mahnını yazdıqları barədə təsdiqlənməmiş iddialar var. 2016 Avroviziya Mahnı Müsabiqəsində birinci yer tutan Ukrayna təmsilçisi Camalanın "1944" mahnısının bir hissəsində bu xalq mahnısından istifadə olunmuşdur.
Ey Pak Bakirə
Aqni Parten ( yun . Ἁγνὴ Παρθένε ), azərbaycan dilinə "Ey Pak Bakirə" kimi tərcümə edilmiş, 19-cu əsrin sonlarında Müqəddəs Eginalı Nektarios tərəfindən bəstələnmiş və ilk dəfə Theotokarion (Theotokarion) kitabında çap olunmuş Bakirə Məryəm haqqında bir yunan ilahisidir. Pravoslav kilsələrində bu ilahi, paraliturgik himn sayılır və buna görə də yalnız liturgik mərasimlərdən kənarda istifadə olunur. Bununla belə, o, tez-tez bəzi xorlar tərəfindən xaça ehtiram və antidoron qəbulu zamanı İlahi Liturgiya bitdikdən sonra tənəzzül kimi ifa olunur. == Azərbaycan dilində tərcüməsi == Ey pak və bakirə xanım Ləkəsiz Allahdoğuran Sevin ey bǝysiz gəlin! Mələkə, Bakirə Ana Ey şehlə örtülü saf yun Sevin ev bǝysiz gəlin! Göylər yanında alçaqdır Ən parlaq çiraq zil qara Sevin ey bǝysiz gəlin! Bakirə xoruna fərəhsən Məlaikədən şəstlisən Sevin ey bǝysiz gəlin! Səmadan daha nuranisǝn Gün işığından cılxasan Sevin ey bəysiz gəlin! Ey bütün səmavi ordulardan Qüdsilikdə öndə olan Sevin ey baysiz gəlin!
Sən Ey Uşaqlıq (mahnı)
Sən Ey Uşaqlıq - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının bəstəsi Vasif Adıgözəlova, aranjemanı isə Qara Dərvişə aiddir.
Adolf Eyxler
Adolf Eyxler (Adolf Vilhelmoviç Eyxler (Eichler), d. 8 noyabr 1869 — ö. 5 fevral 1911) — alman memarı. Azərbaycan almanları icmasına məxsus Lüteran kilsəsini (Kirxa) 1896–1899-cu illərdə Adolf Eyxler inşa etmişdir. == Həyatı == === Ailəsi və uşaqlığı === Adolf Eyxler 8 noyabr 1869-cu uldə anası Yelena-Yelizaveta Qovorkonun ata yurdunda, Rusiyanın Oryol şəhərində anadan olmuşdur. Atası Vilhelm Eduard Eyxler 1864-cü ildə Bakıya gəlmişdir. Böyük bacısı Vilhelmina-Yelizaveta 1866-cı ildə, kiçik bacısı Viktoriya-Leontina 1870-ci ildə Bakıda anadan olmuşlar. Atası Vilhelm Eduard məşhur kimya və farmasiya magistri sayılırdı. 1888-ci ildə Neft sənayeçiləri birliyi kerosinin keyfiyyətinə nəzarət etməyi ona həvalə etmişdi. Təbiətsevər şəxs olan Vilhelm Eduard, demək olar ki, ancaq öz şəxsi vəsaitləri hesabına 1878-ci ildə Mixaylov (Qubernator) bağını abadlaşdırmışdı.
Adolf Eyxman
Otto Adolf Eyxman (alm. Otto Adolf Eichmann‎; 19 mart 1906[…], Zolingen[d], Prussiya, Almaniya imperiyası – 1 iyun 1962, Ramla[d], İsrail) — Almaniya zabiti, Gestapo məmuru, yəhudlərin kütləvi şəkildə məhv edilməsinə birbaşa cavabdeh şəxs.Ona SS-Oberqrupanfüreri Reynhard Heydrix tərəfindən II Dünya müharibəsi zamanı Nasistlərin işğalı altında olan Şərqi Avropadakı yəhudilərin getto və ölüm düşərgələrinə kütləvi surətdə köçürülməsində istifadə edilən maddi-texniki bazanı asanlaşdırmaq və idarə etmək vəzifəsi tapşırılmışdı. O, "Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri, SS Oberşturmbannfureri olmuşdur. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. Burada İsrail kəşfiyyatı "Mosad"ın agentləri onu izləmiş, qaçıraraq İsrailə aparmış, orada məhkum olunaraq ölüm cəzası almış və edam edilmişdir. Məktəbi bitirdikdən qısa müddət sonra Eyxman 1914-cü ildə ailənin köçdüyü Avstriyada atasının mədən şirkətində çalışmışdı. 1927-ci ildən başlayaraq səyar kerosin ticarəti ilə məşğul olmuş, 1932-ci ildə həm Nasional Sosialist Alman Fəhlə Partiyasına, həm də SS-yə qoşulmuşdur. 1933-cü ildə Almaniyaya qayıtmış, burada Təhlükəsizlik xidmətinə SD daxil olmuşdur. Orada o, yəhudi işlərinə, xüsusən nasistlərə zorakılıq və iqtisadi təzyiq ilə təşviq etdiyi mühacirətə cavabdeh olan şöbə müdiri təyin edilmişdi. 1939-cu ilin sentyabrında İkinci Dünya müharibəsi başlayandan sonra Eyxman və heyəti yəhudilərin şərqə ya da uzaq şərqə və ya xaricə mühacirət ediləcəyi ümidi ilə gettolarda cəmləşməsini təşkil etmişdilər.
Albert Eynşteyn
Albert Eynşteyn (alm. Albert Einstein‎; 14 mart 1879[…], Ulm, Vürtemberq krallığı[d], Almaniya imperiyası[…] – 18 aprel 1955[…], Prinstom, Nyu Cersi, ABŞ) — alman fiziki; nəzəriyyəçi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı (1921), ictimai xadim. Almaniya (1879–1893, 1914–1933), İsveçrə (1893–1914) və ABŞ-də yaşayıb (1933–1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926).Adı tarixdə 100 ən nüfuzlu şəxs və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-cı ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Iki oğlu və 1 qızı dünyaya gəlir.
Albert Eynşteynin dini və fəlsəfi görüşləri
Albert Eynşteynin dini görüşləri geniş araşdırılmış və çox vaxt səhv başa düşülmüşdür. Albert Einstein, Baruch Spinoza panteist Tanrıya inandığını bildirdi. İnsanların taleyi və hərəkətləri ilə əlaqəli bir şəxsi Tanrıya, sadəlövh kimi təsvir etdiyi bir mənzərəyə inanmırdı. Ancaq "mən ateist deyiləm", özünü aqnostik, və ya "dindar olmayan" adlandırmağı üstün tutduğunu aydınlaşdırdı. Eynşteyn, ölümdən sonra həyata inanmadığını da ifadə edərək, "bir həyat mənə kifayətdir" dedi. Ömrü boyu bir neçə humanist qrupla yaxından maraqlanırdı. == Dini inanclar == Eynşteyn, " aqnostik ", "dinə inanmayan" və " Spinoza tanrısı " ndakı "panteist" inancı da daxil olmaqla, dini fikirlərini təsvir etmək üçün bir çox etiketlərdən istifadə etdi. Eynşteyn, Allah probleminin "dünyada ən çətin" olduğuna inanırdı və "sadəcə bəli və ya yox" cavab verə bilməz. O, "cəlb olunan problem məhdud ağlımız üçün çox böyük olduğunu" etiraf etdi. === Erkən uşaqlıq === Eynşteyn dünyəvi yəhudi valideynləri tərəfindən böyüdü və Münhendə yerli katolik ictimai ibtidai məktəbində oxudu.
Alfred Eyzenştadt
Alfed Eyzenştadt (d. 6 dekabr 1898 - ö. 24 avqust 1995) — alman əsilli amerikan fotojurnalisti. Daha çox Yaponiya üzərində qələbə (V-J Day) fotosuna məşhurdur. Fotoqraf ən çox 35 mm Leica kamerasından istifadə etmişdir. == Həyatı == Alfred Eyzenştadt 1898-ci ildə Almaniya İmperiyasının Qərbi Prussiya vilayətinin Dirşau şəhərində anadan olub. Onun ailəsi 1906-cı ildə Berlinə köçür. Hələ yeniyetmə ikən fotoqrafiyaya vurulur və 14 yaşından foto çəkməyə başlayır. İlk kamerası isə Eastman Kodak Folding Camera şirkətindən olur. A.Eyzenştadt Birinci dünya müharibəsində Almaniya artilleriyasının tərkibində xidmət edir və 1918-ci ildə yaralanır.
All Eyez on Me
All Eyez on Me — Tupak Şakurun 4-cü studiya albomu. Eyni zamanda albom 2pac-ın yaşayarkən çıxartdığı son albomudur. 13 fevral 1996-cı ildə buraxılan albom ilk həftəsində təxminən 566 min nüsxə satıldı. Tupakın ən yaxşı işi olaraq da qəbul edilən albom həm də hip-hop tarixindəki ilk iki diskli albomdur. RIAA-a görə albom bütün vaxtların ən çox satılan rep albomlarından biridir. 1998-ci ilin iyun ayında RIAA tərəfindən 9x platin olaraq qeyd edildi. 2014-cü ilin iyul ayında isə albomun satışı ABŞ daxilində 10 milyon nüsxəni keçdi və RIAA tərəfindən "Almaz albom" statusunu aldı. == Albom haqqında == 1995-ci ilin oktyabr ayında Şuq Nayt, təcavüz iddiası ilə həbsdə olan Tupak Şakura zamin durdu və $1.4 milyon ödəyərək həbsdən çıxartdı. Zaminliyin qarşılığında Tupak Death Row Records musiqi şirkəti ilə 3 albom çıxartmaq üçün müqavilə imzaladı. Həbsdən çıxıb studiyaya gələn Tupak Şakur albomu sadəcə 2 həftədə bitirdi.
Anar Eyvazov
Anar Məhəmmədəli oğlu Eyvazov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Müdafiə Nazirliyinin Xidmətinin rəisi. == Hərbi xidməti == 2023-cü il iyunun 26-da Sılahlı Qüvvələr Günü münasibətiylə müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Rəisi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 26-da müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Mətbuat Katibi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. Bu barədə məlumatı Azərbaycan cəmiyyətinə canlı yayında məhz Anar Eyvazov çatdırmışdır. Anar Eyvazov Vətən müharibəsi zamanı mütamadi olaraq brifinqlərdə cəbhədə baş verən hadisələri Azərbaycan cəmiyyətinə bildirib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Eyvazov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Avroviziya eyforiyası (film, 2013)
Avroviziya eyforiyası qısametrajlı sənədli televiziya filmi 2013-ci ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. Film 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən növbəti Avroviziya Mahnı Müsabiqəsindən, bu müsabiqədə ölkəmizi gənc müğənni Fərid Məmmədovun "Hold Me" mahnısı ilə uğurla təmsil etməsindən söhbət açır. == Məzmun == Film 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən növbəti Avroviziya Mahnı Müsabiqəsindən, bu müsabiqədə ölkəmizi gənc müğənni Fərid Məmmədovun "Hold Me" mahnısı ilə uğurla təmsil etməsindən söhbət açır.
Ağbulaq-Eynalı (Ərdəbil)
Ağbulaq-Eynalı — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 15 km şərqdədir.
Aşıq Cəfər Eyvazov
Aşıq Cəfər Eyvazov (tam adı: Cəfər Namazalı oğlu Eyvazov) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Cəfər Eyvazov 1927-ci ildə Qazaxın Çaylı kəndində anadan olmuşdur. Ustadı dayısı aşıq Əsəd olmuşdur. Aşıq Camoy Qurbanov, Məmmədəli Məşədiyev və Zülfiyyə Musayeva Aşıq Cəfərin şagirdləridir.Bir sıra el məclislərində çıxış etmişdir. 1999-cu ildə vəfat etmişdir.
Aşıq Əsəd Eyvazalı
Aşıq Əsəd (1857, Naxçıvan – 1947) — tanınmış Naxçıvan aşıqlarından biri. == Həyatı == Eyvazov Əsəd Məmiş oğlu 1857-cu ildə Qabıllı kəndində (indiki Kəngərli rayonu) anadan olub. O, aşıq məclislərində Azərbaycan, Əfqanistan, İraq, İran və Türkiyədə qədim dövrlərdə yaşanmış "Əsli və Kərəm", "Aşıq Qərib", "Əmrah", "Tahir və Zöhrə", "Koroğlu" kimi həqiqi dastanlar ilə ifa edərmiş. Yəni, Aşıq Əsəd Eyvazalı saz və söz məclislərində qədim dövrlərdə yaxın şərqdə yaşanmış qəhrəmanlıq, məhəbbət və ibrətamiz hadisələri saz ilə nəql edirmiş. Aşıq Əsəd Eyvazalının iştirak etdiyi məclislər bir tamaşa xarakteri daşıyarmış. Bu tamaşada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən, bir simada – müxtəlif obrazların canlandrılması, Aşıq Əsəd Eyvazalı’nın nəinki usta sənətkar olduğunu, hətta dərin müdrikliyə sahib olduğunun təzahürüdür. Aşıq Əsəd aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs şəkillərində şeirlər yaradan aşıq olmuşdur. 1947-ci ildə Qabıllı kəndində vəfat edib. == Mənbə == Naxçıvan aşıqları və el aşıqları.
Bahadur Eyvazov
Eyvazov Bahadur Əsgər bəy oğlu (26 oktyabr 1907, Qaryagin rayonu – 1987) — görkəmli həkim, dermatoveneroloq, tibb elmləri doktoru (1936), professor (1940), Azərbaycan SSR-nin Əməkdar həkimi (1942), Azərbaycan SSR əməkdar elm xadimi (1956). == Həyatı == Bahadur Eyvazov 26 oktyabr 1907-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Kəndlərindəki natamam məktəbi bitirəndən sonra Bakı şəhərində orta təhsil almışdır. Sonra Bakı Dövlət Universitetinin tıbb fakültəsini bitirmişdi. 1935-1937-ci illərdə Azərbaycan SSR Səhiyyə Komissarlığında elm və tibb təhsili idarəsinə başçılıq etmiş, 1938-1946-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunun direktoru vəzıfəsində çalışmışdı. 1946-1964-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmuşdu. 1973-cü ildən Azərbaycan SSR Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışmışdı. Hazırda həmin institut onun adını daşıyır. Tədqiqatı əsasən, dəri-zöhrəvi xəstəliklərin klinikası və epidemiologiyasının, respublika balneoloji kurort sərvətlərinin (Naftalan nefti, Suraxanı kükürdlü suyu, Şıx mineral bulağı, Şuşa iqlim kurortu və s.) öyrənilməsinə həsr olunmuşdur. Azərbaycan SSR Ali Sovetinin (2-ci və 5-ci çağırış) deputatı seçilmişdi.
Bakı eyvanları (film, 1986)
Bakı eyvanları qısametrajlı sənədli filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı şəhərinə yaraşıq verən, memarlıq baxımından diqqəti cəlb edən, məhz şəhərə məxsus olan qədim Bakı eyvanlarından söhbət açır. == Məzmun == Film Bakı şəhərinə yaraşıq verən, memarlıq baxımından diqqəti cəlb edən, məhz şəhərə məxsus olan qədim Bakı eyvanlarından söhbət açır.
Bedri Rahmi Eyüboğlu
Bedri Rahmi Eyüboğlu – (1911-ci il Görele - 21 sentyabr 1975-ci il İstanbul) Türk rəssam və şairidir. == Həyatı == Bedri Rahmi 1911-ci ildə Qaradəniz, Görele-də doğulub. O, beş uşaqlı ailənin ikinci uşağı olub. Böyük qardaşı Sabahattin Eyüboğlu tanınmış bir yazıçı idi. Kiçik bacısı Mualla Eyüboğlu isə bərpa işində çalışan ilk memarlardan biri olub. O, daha çox İstanbuldakı Topkapı sarayının Harem bölməsində etdiyi işlərlə tanınır. Atası vali vəzifəsində işlədiyinə görə, Trabzonda liseyə gəlmədən əvvəl Türkiyənin müxtəlif yerlərində yaşamışdılar. O, 1929-cu ildə İstanbulda Gözəl Sənətlər Akademiyasına girmək üçün İstanbula köçdü. 1931-ci ildə isə qardaşı ilə birlikdə Fransada təhsil almaq üçün müvəqqəti olaraq Akademiyadakı təhsilini dayandırdı. O, əvvəlcə Dijon, sonra Lyonda Fransızca öyrəndi.
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri (İSBN, İSMN, İSSN, İSAN və İSRC) - kitabların, not yazılarının, dövri nəşrlərin, audivizual əsərlərin, audio və ya videoyazıların eyniləşdirməsini təmin edən unikal rəqəmli kodlar. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Boyuna eyakulyasiya
Boyuna eyakulyasiya, boyuna boşalma, boyun boşalması — cinsi akt üçün istifadə edilən jarqondur. Kişinin spermasını başqasının boynuna, döşünə, döşünün üstünə, sinəsinə və ya sinəsinin üstünə eyakulyasiya etməsidir. Bu üsul prezervativ taxmamağı üstün tutan insanlar üçün təhlükəsiz seks alternativi kimi seks işçiləri tərəfindən müntəzəm olaraq istifadə edilir.
Brendan Eyx
Brendan Eyx (ing. Brendan Eich; 4 iyul 1961, Pitsburq, Pensilvaniya) — Amerikalı texnoloq və JavaScript proqramlaşdırma dilinin yaradıcısıdır. Mozilla layihəsini və Mozilla Korporasiyasını qurdu və Mozilla Korporasiyasının baş texniki direktoru və qısa müddətdə baş icraçı vəzifəsini icra etdi. O, Brave Brauzerinin baş direktorudur.
Bəylər Eyyubov
Bəylər Həsən oğlu Eyyubov (10 mart 1951, Şirazlı, Vedi rayonu) —Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini (2003–2020), general-polkovnik. "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Həyatı == Bəylər Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olmuşdur. == Karyerası == Bəylər Eyyubov 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir.16 mart 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. == Mükafatları == 26.12.1998 — "Azərbaycan Bayrağı" ordeni. 21.08.2010 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni.
Can't Take My Eyes Off you
"Can`t Take My Eyes Off You" (Tərc.: "Gözlərimi səndən ayıra bilmirəm") 1967-ci ildə Frankie Valli tərəfindən ifa olunmuş mahnıdır. Bəstə onun ən böyük hitlərindən biri idi, və ona qızıl qrammofon valı-nı və Billboard Hot 100 siyahısında 2-ci yeri qazandırdı. Bəstə Bob Gaudio və Frankie Valli tərəfindən yazılmışdır. == Əlamətdar kover versiyaları == Bu mahnı 200-dən çox müğənni tərəfindən, öz stillərində ifa olunmuşdur. Bunların arasında Andy Williams, The Supremes, Bobby Darin, Julio İglesias-ı saymaq olar. Həmçinin, Robert De Niro, John Cazale və Christopher Walken mahnını, 1978-ci ildə, Deer Hunter filmində ifa etmişlərdir.
Ceyn Eyr
Ceyn Eyr – Şarlotta Brontenin çapdan çıxmış ilk romanı. Ceyn Eyr – ədəbi qəhrəman. Ceyn Eyr – 1934-cü ildə çəkilmiş film. Ceyn Eyr – 1943-cü ildə çəkilmiş film. Rəhmsiz – 1952-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1970-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1973-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1983-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1996-cı ildə çəkilmiş film. Ceyn Eyr – 1997-ci ildə çəkilmiş film.
Ceyn Eyr (film, 1934)
Ceyn Eyr (ing. Jane Eyre) — 1934-cü ildə rejissor Kristi Kaban tərəfindən məhəbbət janrında çəkilmiş ağ-qara filmdir. Bu film Ceyn Eyr əsərinin ilk səsli ekranlaşdırılmış filmidir. Filmin məzmunu romandan fərqli cəhətləri ilə seçilir. == Rollarda == == Xarici keçidlər == Jane Eyre — Internet Movie Database saytında.
Ceyn Eyr (film, 1943)
Ceyn Eyr (ing. Jane Eyre) — 1943-cü ildə Robert Stivenson tərəfindən məhəbbət janrında çəkilmiş filmdir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Ceyn Eyr — Internet Movie Database saytında.
Ceyn Eyr (film, 1970)
Ceyn Eyr (ing. Jane Eyre) — 1970-ci ildə məhəbbət janrında çəkilmiş film. Film Ceyn Eyr əsərinin mövzusu əsasında çəkilmişdir. Film 1972-ci ildə Emmi mükafatına layiq görülmüşdür. == Məzmun == Ceyn Eyr valideynləri itirən bir uşaqdır. Ceyn Eyr internat məktəbində oxuyur və buranı bitirdikdən sonra Roçester ailəsində mürəbbiyə kimi işləməyə başlayır. Br müddət Roçester ondan xoşlanmasa da zaman keçdikcə Ceyn Eyr Roçesterin bəraətini qazanmağa başlayır. Onlar arasında sevgi münasibətləri başlayır. Roçester Ceyn Eyr ilə evlənməyə hazırlaşır. Lakin bu zaman Roçesterin gizli saxladığı mövzu haqqında Ceyn Eyr xəbər tutur.
Ceyn Eyr (film, 1996)
Ceyn Eyr (ing. Jane Eyre) — 1996-cı ildə məhəbbət janrında çəkilmiş filmdir. Film Şarlotta Brontenin "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Ceyn Eyr — Internet Movie Database saytında.
Ceyn Eyr (film, 1997)
Ceyn Eyr (ing. Jane Eyre) — 1997-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. Film Şarlotte Brontenin "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. == Rollarda == == Xarici keçidlər == Ceyn Eyr — Internet Movie Database saytında.

Значение слова в других словарях

гру́да дефолиа́ция натруди́ться непедагоги́чно подольсти́ться сивогри́вый вбить ди́ск- ланцетови́дный оби́ть пестри́ться реформати́ровать созерца́тельность чесну́ться alcoholism bausond CHI-RHO cross-drift cogito, ergo sum implead ingrown left-handed АЭС карбидный приукрашать