TAVAR

Mal.

Tavar (davar) türk dilindən rus dilinə keçmiş sözlərdəndir. Dilimizdə başqa mənaları da var:

1) çalışqan, bacarıqlı.

2) böyük (adətən, saz haqqında deyilir).

Bəylər ələ alar alıcı quşu,

Sərraflar tanıyar qiymətli daşı,

Oğul atadan sonra artırsa işi,

El içində ona tavar deyərlər.

                                     (“Lətif şah”)

                         *

Qənbər onu apardı sazbəndin yanına. Sazbənd ona bir cürə saz vermək istədi. Abbas dedi:

– Xeyr, usta, o göydən asılan tavar sazı mənə ver! Bu cürəni neyləyirəm? (“Abbas və Gülgəz”)

TATLU
TAVLA
OBASTAN VİKİ
Tavaradağ
Tavaradağ — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcısında dağ (hünd. 1652,6 m). Yuxarı Yaycı kəndindən 4 km şərq-cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin aşağı hissəsinə aid Dərəlik lay dəstəsinin bazal koqlomeratlarından təşkil olunmuş dairəvi yastı təpədir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Bəysal sinklinalının Orta Eosenin konqlomeratları altında basdırılmış nüvə hissəsində yerləşir.

Значение слова в других словарях

в верха́х втрамбо́вывать компиляцио́нный куликну́ть обрумя́нивать пофорси́ть стили́стка бесполе́зность дабы кле́йкость лега́льный марксизм милитаристи́ческий оппортунисти́чность ю doh Etna imagines sanguification Spencer's Gulf term active duty vernissage whited аварский дозорный чудный