Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «Ç» – 673
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
ÇA ÇE ÇI ÇO ÇU ÇÖ ÇÜ Çİ ÇƏ
 

ÇİX’NƏ

(Meğri) çığırtı. – Gecənin bir vədəsi biz cix’niyə tökülüf gəldix’

ÇABAR

(Füzuli, Kürdəmir) nişan, işarə

ÇABARLAMAX

(Füzuli, Kürdəmir) nişan qoymaq, nişan vurmaq. – Zahra yemişi üsdən çabarrardı, irəngi saralardı, qızarardı (Füzuli)

ÇAÇCAX

(Şəki) bax çaxçax. – Usta büyün çaçcağı qəyirdi

ÇAÇIMAX

(Gədəbəy) çeçəmək. – Çaçımax məni tutuf

ÇADI

(Balakən) ayıdöşəyi

ÇAFCALAMAX

(Çənbərək) çalışmaq, əlləşmək. – Qızyetər gənə çafcalıyır kın, tütünü tez əhsin

ÇAĞ

I (İsmayıllı) əzik (meyvə). – Çağ almaları bana çıxarmo:n II (Xanlar) barmaqdakı buğumların arası. – Üyün arası çağ addaney

ÇAĞA

(Ağdaş, Basarkeçər, İsmayıllı, Şəki) uşaq. – Ay çağa, dur bir az odun doğra (Ağdaş); – Sona hələ çağadı, ərə gedən vaxdı döyül (Basarkeçər)

ÇAĞALA

(Ağdam, Borçalı, Çənbərək, Qazax, Ordubad, İrəvan, Zəngibasar, Zəngilan) bax çaqqala. – O çağalanı niyə ye:rsən (Qazax); – Çağala zərəlli şeydi, qızdırma kimi şeylər əmələ:ler onnan (Borçalı); – Ərix’ nə qədər ki, yetişməyib, una çağala deyərıx (Ordubad); – Almanın çağalası ajı dadıyır (Çənbərək)

ÇAĞALAX

(Ağcabədi) çəyirdək

ÇAĞALAXLAMAX

(Ağcabədi) çəyirdəkləmək. – Alça bir azdan sonra çağalaxlıyajax

ÇAĞALAMAX

(Ağdam) ağacda xırda meyvələr əmələ gəlmək. – Meyvəyə balaca vaxdı de:rix’ çağalıyıf

ÇAĞANA

(Balakən, Zaqatala) musiqi aləti

ÇAĞIRIÇÇI

(Qazax, Tərtər) 1. kuryer. – Belə də göndərellər onu kin, get filankəsi çağer, ona çağırıççı deyəllər (Qazax) 2. toya adam çağıran

ÇAĞIRIĞ

(Salyan) toy və ya yas günü. – Qoyunnar çağırığ güni kəsilərdi

ÇAĞIRMAĞ

(Yardımlı) (mahnı) oxumaq. – İş tökülüb qalıb, sən mahnı çağıreysən

ÇAĞIRMAX

I (Şəmkir) demək, söyləmək. – Keşmiş sözdü, heş çağırmamışam II (Dərbənd, Qax, Şəki, Zaqatala) banlamaq. – Xoruz çağırıy (Şəki); – Xuruz çağırdı (Dərbənd)

ÇAĞLAMAX

(Culfa) pambığın alağını vurmaq

ÇAĞLI

(Salyan) qədər. – Əgər durub yığson, bağda iki yeşik çağlı üzüm var

ÇAXÇAX

(Balakən, Gədəbəy, Kürdəmir, Qazax, Qax, Zaqatala) 1. yerə basdırılmış dirəklərə köndələn ağaclar vurmaqla düzəldilən hasar (Zaqatala, Balakən, Kürdəmir); – Çaxçaxı hündür eləsən mal aşmaz onu (Kürdəmir); – Evin ətrafına çaxçax vurdurmuşam (Balakən); – Qara at qaşdı getdi, çaxçaxdan aşdı getdi (Zaqatala) 2. həyətin və ya bağçanın girəcəyində düzəldilən qapı (Borçalı, Kürdəmir, Tovuz, Zaqatala); – Ay qız, çaxçaxı bağla, bağa heyvan girər (Tovuz); – Çaxçax xalxalın qapısıdı (Borçalı); – Heyvanı qəhələ sal, çaxçaxı ört (Kürdəmir)

ÇAXÇAVER

(Borçalı) çoxdanışan. – Çoxdanışan adama çaxçaver de:llər

ÇAXÇİLLƏMƏX’

(Çənbərək) sahmana salmaq, hazırlamaq. – Mahmıt pə:ni çaxçillədi hamıdan qavax

ÇAXÇUR

(Bakı, İsmayıllı, Şamaxı) bax carcur I. – Uzaq yerə gedəndə arvatdar çaxçur giyillər (Bakı); – Palçıxdı, çaxçurumu gəti giyim (Şamaxı)

ÇAXFƏRƏNG

(Lənkəran) çərpələng. – Uşaxlar bayram güni çoxli çaxfərəng buraxmışdılar

ÇAXMA

(Quba) armud növü. – Dünən üç girvənkə çaxma aldım

ÇAXMAX

(Kəlbəcər) qapaq. – Damın bajasına taxtadan çaxmax salırıx

ÇAXMIR

I (Meğri) çox göy (gözə aiddir). – Qırışmalın gözləri niyə belə bəs çaxmırdı? II (Meğri) iri qaratikan. – Gedey, çuxlu çaxmır yığey gətirey

ÇAXNAX

(Göyçay, Ucar) gölməçə

ÇAXNAXÇI

(Gəncə, Xanlar) aravuran, araqarışdıran. – Adamların arasın vırana de:rix’ çaxnaxçı (Xanlar)