Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «Ö» – 180

Ö:BƏC

(Zaqatala) çəpgöz (adam)

ÖC

öc düşmək: (Kürdəmir, Qax, Şəki) bax ö:üc düşməx’ Öc eləməg (Salyan) – artmaq, yayılmaq, yenidən baş qaldırmaq, açılmaq (yarada) və s. – Yaram öc elədi üzümi basdu; – Onın yarası öc elədi

ÖCƏŞMAX

(Qax, Şəki) sataşmaq, incitmək. – Yoldan gedən uşağa niyə öcəşiysiz (Qax); – Sən də öcəşmağa adam tapbırsan? (Şəki)

ÖCƏŞMƏK

(İmişli, Zəngilan) mübahisə etmək

ÖDDƏHLİX’

(Ağbaba) qorxaqlıq. – Hər işdə öddəhliy eləmə

ÖDDƏMƏX’

(Gəncə) acılamaq, acı etmək. – Yaman ajıymış, ağzımı öddədi

ÖDDƏX’

(Ağbaba, Ağdam, Laçın, Naxçıvan, Şərur, Zəngilan) qorxaq. – Qorxağ adama öddəx’ də de:llər (Zəngilan); – Böyüx’ qardaşları öddəx’di (Naxçıvan)

ÖD DÜŞMƏX’

(Şərur) incimək, arası dəymək. – Bı mənnən niyə öd duşup bilmirəm

ÖDƏX’

(Qazax, Şəmkir, Tovuz) ölübitən heyvanın əvəzinə verilən heyvan, əvəz. – Qoyun otaran ha döyü, itirer hamsını, ödəx’ verməx’dən yorulufdu (Qazax); – Bir qoyun itirmişdim, ödəx’ verdim (Şəmkir)

ÖDƏLƏX’

(Şərur) tələsik, təngnəfəs. – Özün ödələx’ saldı üsdümə

ÖDƏMƏ

(Ağcabədi, Goranboy) pambıq kolunun kökü

ÖƏC

(Cəbrayıl, Xocavənd, Ordubad) bax öəç. – Əmirin öəcinin əlli kilo əti çıxdı (Cəbrayıl); – Qalxozda 15 dənə öəc var (Ordubad)

ÖƏÇ

(Basarkeçər, Qazax, Ordubad) ikiüçillik erkək qoyun. – Qoyunun üçilliy erkək balasına öəç de:rix’, dördilliy balasına qaradiş (Basarkeçər)

ÖƏDƏX’

öədəx’də qalmax: (Qazax) arxası üstə yıxılıb qalmaq. – Dana öədəx’də qalmışdı, güjnən qaldırdıx

ÖƏDİMƏX’

(Hamamlı) büdrəyərək yıxılmaq. – İnəx’ öədədi tüşdü suyun içinə

ÖƏŞ

(Cəbrayıl, Çənbərək) bax öəç. – Avdıləzimin üş dənə öəşi var (Çənbərək)

ÖƏŞDƏMƏX’

(Çənbərək) qoyun-quzunu dal ayaqlarından tutaraq yuxarı qaldırıb irəli aparmaq. – Ay Məhəmmət, qoynu öəşdə qırxlığın yanna

ÖFGƏ

I (Basarkeçər, Bərdə, Çənbərək, Gədəbəy, Gəncə, Goranboy, Qazax, Mingəçevir, Ordubad, Tərtər, Tovuz, Yevlax, Zaqatala, Zəngilan) bax ofgə. – O öfgədən kavaf çəx’dix’ (Çənbərək); – Quzuyu yayda qışdaxda saxlasan, öfgəsi tamam yanajax (Gədəbəy) ◊ Öfgəsi atmax (Qazax) – qorxmaq II (Çənbərək, Karvansaray) ağciyər xəstəliyi (heyvanda). – Öküz öfgədən öldü

ÖFGƏLƏMƏX’

(Cəbrayıl) ovuşdurmaq. – Gə kürəyimi öfgələ, yaman ayrıyır

ÖFGƏLƏMMƏX’

(Gəncə) şişmək. – Azardan üz-gözü öfgələnif; – Uşax gör nejə öfgələnif