İBARAT

(Meğri) təşəxxüs, əda, fors ◊ İbaratınnan cırılmax – təşəxxüslənmək. – Xurşudun qərdəşi Səfiyar ibaratınnan cırılır

İBƏRMEG

(Dərbənd) göndərmək. – Əvvəl xatun ibəreydi, sora qişi ibəreydi

İBİCƏLƏNMAX

(Qax, Zaqatala) xarab olmaq

İBİNİY

(Qax) kiflənmiş

İCARAÇI

(Basarkeçər) xidmətçi, kuryer

İCƏŞMAX

(Şəki, Zaqatala) sataşmaq. – İcəşmağa adam tapbiysammi? (Şəki)

İCƏŞMƏX’

(Şahbuz, Şərur) bax icəşmax. – Sən mq: nə icəşirsən, canım (Şahbuz)

İCİ

(Zaqatala) qardaş. – İci, mənim kərkimi usduya aparsana

İCİLEY

(Zaqatala) qardaşarvadı

İCNƏVUR

(Balakən, Qax, Zaqatala) evdə içalatdan hazırlanan kolbasa

İCRA:ÇI

(Şəki) bax icaraçı. – İcra:çını göndər, Əyyuvu çağırsın bura

İÇÇİ

iççi əl: (İmişli) işçi. – Mə:m iççi əlim yoxdı

İÇ ELƏMƏG

(Bakı, Salyan) dilimləmək. – Qarpızı iç elə yiyəg (Salyan)

İÇXALAMAĞ

(Salyan) dəfələrlə soruşmaq, həqiqəti öyrənməyə çalışmaq. – Sabirəni içxalasan da bir şey örgənə bilməssən

İÇƏRMƏX’

(Çənbərək) qalamaq. – Ojağı içər, yansın

İÇİYARA

(İmişli) vərəm (qoyunda)

İÇYARA

(Ağdam, Xocavənd) bax içiyara. – İçyara azardı da, qoyunun içi yaro:- lur (Xocavənd)

İDA

(Qax) ana

İDDƏLƏŞMƏX’

(Çənbərək) mənasız, yersiz mübahisə etmək. – Ağa:rnan <Ağayarla> Veysəl bildirdən bəri çox iddələşir

İDƏ

(Qax) bax ida. – İdələr xoşbax olan dünyədi