Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «Ş» – 717
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
ŞA ŞE ŞI ŞO ŞU ŞV ŞÖ ŞÜ Şİ ŞƏ
 

ŞABAT

(Xudat) köhnə ayaqqabı

ŞABBADANXEYİR

(Ağdam, Şuşa) qəflətən, gözlənilmədən. – Elə otumuşdux, şabbadanxeyir qapı açıldı (Ağdam); – Şabbadanxeyir budu ha, bir də gördüm gəlif çıxır kəndə (Şuşa)

ŞABBAXEYİR

(Cəbrayıl) bax şabbadanxeyir

ŞA:D

(Ağdam, Cəlilabad, İsmayıllı, Şəki, Tovuz) üyüdülən dəndən dəyirmançıya verilən muzd. – Bığdanın şa:dını çıxıblar (İsmayıllı); – Bi put dənə bi girvənkə şa:d alırdılar (Şəki)

ŞA:DAQQİ

(Salyan) üyüdülən dəndən dəyirmançıya verilən muzd. – Qabağlar şa:daqqiynan üydərdilər dəni

ŞADARA

(Balakən) süsəpən

ŞADARAŞAVAŞ

şadaraşavaş eləməx’: (Qazax) hər hansı bir xəbəri yaymaq, xəbərçilik etmək. – Bircə sa:tda şadaraşavaş eleyflər kin, Abbas o toydan gəlef

ŞADARAY

(Qax) işsiz, boş-boşuna, avara

ŞADDAX

(Zaqatala) şad, dərdsiz, qəmsiz. – Dostum, həmişə şaddaxsan, niyə?

ŞADRA

(Ucar) çolaq

ŞAD-ŞADƏMƏR

(Xaçmaz) şad, kefi kök ◊ Şad-şadəmər olmax – şad olmaq, kefi kök olmaq. – Arzu edirəm ki, həmişə şad-şadərəm olasız

ŞAHAD

(Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Borçalı, Naxçıvan, Zəngilan) bax şa:d. – Dəyirmanın yə:si puta bir girvənkə şahad alırdı (Ağdam); – Dəyirmanda şahad verirıx (Naxçıvan)

ŞAHANDAZ

(Salyan) məğrur, təkəbbürlü. – Mə:m bibim şahandaz arvadıydı

ŞAHATDIX

(Oğuz) dəyirmanda üyüdülən dən üçün verilən haqq

ŞAHBACI

(Naxçıvan, Ordubad) böyük baldız

ŞAHDAMAĞ

(Salyan) lovğa. – Sən də aton kimi şahdamağsan

ŞAHDİ

(Tabasaran) gavalı növü. – Şahdi şirin uladu

ŞAHĞARDAŞDIX

(Qazax) evlənən oğlanın sağdış və soldışı

ŞAHI

(Mingəçevir) ikiyaşar kəlçə

ŞAHİ

(Bakı) dəyirmanda üyüdülən dən üçün verilən haqq. – Dəyirmaçı u qədər tələsirdi ki, şahi alməgi də yadınnan çıxartdi

ŞAHMƏHLƏMİ

(Cəbrayıl) yabanı dərman bitkisi adı. – Əlimin yarasını şahməhləmi tez sağaltdı

ŞAHMƏNƏBAX

(Bakı) parça adı

ŞAHNAMA

(Borçalı, Daşkəsən, Gədəbəy, Tovuz) 1. lağ 2. təhqir 3. zarafat ◊ Şahnama eləməx’ (Borçalı, Daşkəsən, Gədəbəy, Tovuz) – 1. lağ etmək. – Sən ma: şahnama elyirsəη. – Də:n uşaxlar maηa şahnama eli:llər (Tovuz); 2. zarafat etmək. – Şahnama elər, a kişi, saηa; – Nəη inceyisiη onnan, şahnama eley o həməşə (Gədəbəy)

ŞAHRAZ

(Qazax) üzügülər, xoşsifət. – Çox şahraz oğlanıydı

ŞAHTƏRƏ

(Gədəbəy, İrəvan) yabanı dərman bitkisi adı. – Bizim tərəflərdə şahtərə çoxdu

ŞAHVAR

(Xaçmaz, Quba) dağ küləyi, Şah dağı tərəfdən əsən külək

ŞAH-VƏZİR

(Şuşa) uşaq oyunu adı

ŞAX

I (Kəlbəcər) qədim asma tərəzinin qolu, tərəzinin gözləri asılan ağac. – Tərəzinin şaxı ağaşdandı II (Borçalı, Daşkəsən, Tərtər) 1. təzəbəy və ya gəlin üçün yaxın dostları tərəfindən hədiyyə olaraq gətirilən üzəri şirniyyat və meyvə ilə bəzədilmiş budaq. – Züleyxa İreyhanın sağdışıdı, öz şaxını gəlinin otağına gətirdi (Borçalı); – Qızı bajılıx öyünnən çıxardanda şax bəziyillər (Daşkəsən); – Şaxı özünbə: verəllər (Tərtər) 2. xonça III (Gədəbəy, Zəngilan) silos basdırmaq üçün istifadə olunan qarğıdalı gövdəsi, yaşıl kütlə. – Maşınnar yazıdan şax daşıyır (Zəngilan); – Şaxnan saxladıx bu qış malı (Gədəbəy) IV (Ağcabədi) ağaclıq. – Məktəv o şaxın yanındadı V (Şəki) lobya bitkisinin sarmaşıb qalxması üçün onun dibinə basdırılan ağaclar

ŞAXDA-ŞEYİD OLMAX

(Şərur) yorulmaq, əldən-dildən düşmək. – Bı gün işdəməx’dən şaxda-şeyid oldum

ŞAXLAMAX

I (Ağdam, Bərdə, Göyçay, Mingəçevir, Şəki, Zəngilan) qurdun barama sarıması üçün üzərinə şax düzmək. – Qurdu də:də şaxlamışıx (Bərdə); – Qurd qaro:ul göstərib, ikü:nnən so:ra şaxlıyacam (Zəngilan); – Qurd səggiz gün şirin ye:ir, so:ra şaxlıyırsan (Göyçay); – Üş gündü şaxlamışıx qurdu (Şəki) II (Şəki) lobya bitkisinin sarmaşıb qalxması üçün onun dibinə ağaclar, çubuqlar basdırmaq. – Lovyalıxda lovyə şaxlı: r dədəη, yeri unun ya:na III (Cəbrayıl) 1. həvəslənmək 2. fəxr etmək