Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AĞ» – 119
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

I (Xaçmaz, Salyan, Şəmkir) alt tumanın və ya şalvarın ortası. – Gədənin şalvarının ağı cırılıf, mərəkədə biyavır oluf (Şəmkir) II (İmişli) var-dövlət, varidat. – Adamın ağın, qızılın alıllardı əlinnən III (Qax) yeməli bitki adı. – Uşaxlar yezliyə ağ getimağa gediplər IV (Salyan) süfrə. – Qızım, ussulun üssünə ağ sal Ağ əkin (Salyan) – arpa, buğda əkini. – Beşdəlidə ağ əkin çox əkilir. Ağ salmax (Kəlbəcər) – inandırmaq. – Mən ağ saldım, o inanmadı. Ağ yel (Şamaxı) – xəstəlik adı

AĞABABA

(Təbriz) baba. – Mə:m ağababam hamıdan böyüx’ iydi

AĞABACI

(Quba) böyük bacı

AĞABAJI

(Basarkeçər) böyük qardaşın arvadına müraciətlə deyilən söz. – Ağabajım öydə yoxdu, odune:dif

AĞABİLMƏZ

(İmişli) bilinməyən, hiss olunmayan. – Çovannar görürdün ki, cəmdəyin ağabilməz yerinnən kəsif götürürdülər

AĞACAN

(Təbriz) nənə. – Mən yayda ağacanımın yanında olurdum

AĞACAYAĞ

(Salyan) yüngülxasiyyət. – Sadığ ağacayağ adamdı

AĞACBƏLGƏ

(Bakı) əlbəyaxa vuruşma

AĞACOTU

(Qubadlı) ağacın haçası arasında bitən mamır

AĞADADAŞ

(Təbriz) böyük qardaş. – Mə:m ağadadaşım Təbrizdə olurdi

AĞADAYI

(Bakı, Xaçmaz) üzüm növü adı. – Ağadayı çux şirin uladı (Xaçmaz)

AĞAİNNƏ

(Zəngibasar) nənə. – Mən ağainnəmi görməmişəm

AĞAJAYAX

(Xanlar) gəzəyən. – Denən, ay süngüsarın oğlu, bu qoja vaxtında az ağajayax olsana

AĞAMƏT

(Ağbaba) toydan bir neçə gün qabaq qız evinə aparılan yemək şeyləri (un, qoyun, meyvə və s.). – Böyün ağamət aparıllar

AĞAMİRİ

(Göyçay, Mingəçevir) üzüm növü adı. – Bu il ağamiri üzümü çoxdu (Göyçay)

AĞAMİRZƏ

(Zəngibasar) böyük qayın. – Ağamirzəm məni şə:rə aparmışdı

AĞANAX

(Ağdaş, Göyçay, Kürdəmir, Mingəçevir) yayda camışların yatdığı bulanıq, palçıqlı gölməçə

AĞANƏNƏ

(Ordubad) nənə; atanın anası. – Atanın anasına bizlər ağanənə deyərıx

AĞARAN

(Lənkəran) süd məhsulları. – Ağaran olmaseydi, uşağlar korruğ çəkərdi

AĞARTDAMAX

(Qazax) təmizləmək. – Zoğalı ağartda, mürəbbə pişirəx’