Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AL» – 197
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

AL

(Ağcabədi, Ağdam, Bakı, Cəbrayıl, Füzuli, Qazax) hiylə, yalan. – Məni al dilə tutma, nə sözün var mərdana deynən (Ağdam)

ALA

I (Gədəbəy, Göyçay, Qazax, Tovuz, Yevlax) alaq. – Qızdar bostanın alasını çəkif qutardılar (Tovuz) II (Şəki) göyərti, tərəvəz. – Bazara ge:rəm ala almağa III (Bakı) xəstəlik nəticəsində üzdə əmələ gələn ağ ləkə. – O:n üzgözin ala basıb IV (Dərbənd, Xaçmaz) üstündə toyuqlar oturmaq üçün düzəldilən yer. – Ala sarayda bir divarda düzəldilədi (Dərbənd) Ala çəx’məx’ (Basarkeçər) – dilə tutub sirr almaq. – Məmməd məni ala çəkif sirrimi öyrəndi

ALABAĞIR

(Şəmkir) qorxaq ◊ Alabağır olmax – qorxmaq. – Uşağ alabağır oldu

ALABAYDAX

I (Bakı, Biləsuvar, Füzuli, Qazax, Quba, Salyan) pis sifətlə xalq arasında məşhur olan adam. – Maydan Məhəmməd camahatın arasında köhnənin alabaydağıdı (Qazax) II (Göyçay, Kürdəmir) rəngbərəng

ALABƏHLİ

(Qəbələ, Quba) albalı. – Alabəhli çiçəy açıp (Qəbələ)

ALABİTDAN

(Salyan) azca, bir az. – Çörəx’dən alabitdan yedim gəldim

ALABİTƏ:R

(Kürdəmir) başdansovdu

ALABLOY

(Çənbərək) tonqal. – Bizim alabloy çox yekeydi

ALABUĞA

(Cəbrayıl, Zəngilan) mozalan. – Heyvanı meşədən çıxardın, alabuğa qırdı (Zəngilan); – Dananın belin alabuğa oxxətər yeyib ki, qanıyıf (Cəbrayıl)

ALABUTTAN

(Bakı) səthi, ötəri, möhkəm olmayan, birtəhər. – O:n öyi alabuttan tikilib

ALACA

I (Gəncə, Şəmkir) 1. əkin sahəsi içərisində toxum səpilməmiş kiçik yer (Gəncə). – Pambıxda çox alaca qoyufsan 2. suvarılmamış kiçik sahələr (Şəmkir). – Yasarın biri taxılı suluyanda fikir vermiyif, beş-altı yerdə alaca buraxıf II (Cənubi Azərbaycan) əldə toxunan şal parça. – Alacadan bir dəs paltar tihdidim III (Mingəçevir) kal qarpızın içi

ALACADAMAX

(Cənubi Azərbaycan) quş adı. – Alacadamax ağaca qondu

ALACALAMMAĞ

(Xaçmaz) dirçəlmək, canlanmaq. – Quşun balaları dən yə:nnən sura alacalandı

ALACALAMMAX

(Şəki) əsəbiləşən və ya utanan vaxt müxtəlif rənglərə düşmək (üz haqqında). – No:luf, sufatın alacalanıf?

ALACALI

I (Şəki) rəngbərəng. – Xanımın alacalı tirməsi var II (Bərdə) ögey. – Biz alacalı uşaxlarıx Alacalı tutmax (Çənbərək) – fərqləndirmək. – Öz uşa:ηı mənim uşa:mnan alacalı tutursaη

ALACALLAMMAX

(Qarakilsə) böyümək, genişlənmək (gözə aid). – Gözləri elə alacallammışdı ki, heş məni tanıyammadı

ALACANAŞ

(Qax) yarıcan. – Habıra verin, uşağı alacanaş eləmiyin

ALACANKEŞ

(Qazax) yarımçıq, natamam, başdansovma. – Paltar alacankeşdi

ALACATI

(Zəngilan) müxtəlif rəngli konfet. – Dədəm bazardan mənə alacatı aldı

ALACƏNGƏNƏFƏS

(Şahbuz) təngnəfəs. – Dəryadan alacəngənəfəs çıxdılar