Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AR» – 51
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

ARA

(Cəbrayıl, Zəngibasar) gah. – Ara oxuyur, ara da yazır (Zəngibasar)

ARAÇAR

(Ordubad) taxtaya bəzək vurmaq üçün dülgərlikdə işlədilən kiçik rəndə. – Ussa qəpinin bəzəyin araçarnan düzəldir

ARAĞAŞDAMMAX

(Çənbərək) işıqlanmaq. – Ay Hajalı, arağaşdanıf, gə gedəx’

ARAĞNANƏ

(Lənkəran) nanə cövhəri. – Arağnanə sancının dərmanıdı

ARAXÇI-SORAXÇI

(Qazax) yersiz sorğu-sual edən. – Söylü qarı yaman araxçısoraxçıdı

ARAL

(Təbriz) sütun. – Bi ağaşdan ikiüş aral çıxırdı

ARALIĞ

(Kürdəmir) boyunbağının ortasına salınan qiymətli bəzək şeyi. – Bu boyunbağının aralığı çox baha alınıb

ARALIX

I (Qazax, Şəmkir) hər tərəfi su ilə əhatə olunan quru yer, adacıq. – Malı aralığa buraxmışıx (Qazax); – Aralıxda yaman odun var, gedif gətirməy isdi:rəm (Şəmkir) II (Şəmkir, Zəngibasar) mərz, iki zəminin, iki evin arası. – Gedə atı aralıxda otardığı yerdə yedəyinnən qaçırdıf (Şəmkir); – Bizim yerin aralığı burdandı (Zəngibasar) III (Çənbərək) kənddə adamların yığışıb söhbət etdikləri xüsusi yer. – Camahat yığılıf aralığa

ARAN

(Dərbənd) tövlə. – Malları sal arana, qaçar; – Hamı heyvannarı salıb aranın qapısın ürt

ARANBASAR

I (Ordubad) aran, düzənlik. – Aranbasar yerrərində çeşməni külüngnən çıxarallar II (Meğri) yaylaqla aran yerlər arasındakı ərazi. – İndi aranbasarda heyvan saxlamazdar bu issiynən

ARANÇI

(Qazax) biçin işlərini qurtaranadək yayda aranda qalan adam. – Arançılar piçinnən soηra gəlellər

ARAN-SARAN

(Bakı, Salyan) çox az, az-maz, azca, ötəri. – Bu ö:n tikilmegi aransaran yadıma gəlir; – Aran-saran yadımda qalıv (Salyan); – Sona yadıma lap aransaran gəlir (Bakı)

ARAOTU

(Qazax) yeyilən yabanı bitki adı. – Afərin, dur get, araotu yığ gəti

ARASI

(Qax) alət

ARASSUYU

(Tovuz) əkinin yaz suyu. – Əkinin yaz suyuna arassuyu, qış suyuna şumsuyu deyərix’

ARBA

(Cəbrayıl, İmişli) bərabər. – Cıdırda boz atnan sarı at arba gedirdilər (İmişli); – İkisi də arba gəldilər (Cəbrayıl)

ARDANIŞ

(Çənbərək) ağac adı. – Yaman ardanış biter bu dərələrdə

ARDO:

(Salyan) addım. – Ardo:i bö:g olan at yegin olar

ARĞAC

arğac keçmək: (Füzuli, Salyan, Şəki) təsiri keçmək. – Bı arğac sənnən keşdi (Salyan); – Nağarmısıssa, arğaş sizdən keçitdi (Şəki); – Gənə arğaş sənnən keşdi (Füzuli)

ARĞALI

I (Culfa, Qazax, Naxçıvan, Ordubad, Zəngilan) vəhşi qoç. – Oyçu Mansır bir arğalı vurmuşdu; – Arğalı kimi mələdi (Qazax); – Arğalı yaman bijdi, onu hələmhələm vurmağ olmır (Zəngilan); – Mən arğalı görmüşəm, irəngi göyümsoy olordu, özü də qəyalarda olordu, buynuzdarı da çox uzun, yaxşı qətiyyətdi olordu (Qazax) II (Qazax) yaraşıqlı, gözəxoş (inək). – Arğalı inəyim var