Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AT» – 33
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

ATAĞACI

(Ağdam, Şəmkir) 1. dabbağxanada gönün suyunu sıxmaq üçün işlənən ağac alət (Ağdam) 2. damın üzərinə döşənən nazik ağac (Şəmkir). – Öyün üstünü örtməkçün bir araba atağacı aldım

ATAĞAR

I (Şəki) ağac adı II (Zaqatala) alçaq ağaclı meşələr

ATAĞIZDI

(Çənbərək) məc. sözü keçən, sözü ötən. – Atağızdı yə:si var Məsiniη, saxlasın dayna

ATALAMAX

(Ordubad) yumaq. – Əkin vaxdı biz əvvəlcən yeri suynan atalayırıx

ATALIX

(Şəki) başlıq (keçmişdə qız köçərkən atasının oğlan evindən aldığı pul və ya qızıl). – Qızın atası diyir bi bu qədər sənnən atalığ alıcam

ATAVÜL

(Zaqatala) 15-20 dərzdən ibarət taya. – Bafaları atavülə yığışdırın

ATDAĞAŞ

(Qazax) uşaq oyunu adı. – Ə, gəlin bir atdağaş oynıyax

ATDAMMAX

(Şəki, Zəngibasar) yola düşmək, getmək. – Pilo-çilonu yidilər, işdilər, so:ra ata minəsidi, atdanasıdı; – Gelin iki günə kimi atdanasıdı; – Toyiydi qızın, savax atdq:r (Şəki)

ATDAMPAÇ

(İmişli) arxın dar yeri. – Burda yaxşı atdampaç var

ATDANDIRMA

(Şəmkir) kənd toylarında atlılar ata minən zaman zurna ilə çalınan hava (marş). – Əyə, Tünü, qonaxlar atdanır, bir atdandırma çal!

ATDARDAKİMİNATI

(Tərtər) uşaq oyunu adı

ATDI

atdı lobya: (Ağdam, Şəki) ağaca və ya kola dırmaşan uzun sarmaşıqlı lobya. – Atdı lobya saralıf, yığmax lazımdı (Şəki) ◊ Atdı yerpənəx’ (Şəki) – şaxa dırmaşan uzun taglı xiyar

ATDIBAŞ

(Göyçay) uşaqların qarğıdan qayırdıqları oyuncaq at. – Alginan bu qarğını, get özünə atdıbaş qayır, oynagınan

ATDIX

(Şərur) qırılmış, parçalanmış buğda dənəsi

ATDOL

(Kəlbəcər) bitki adı

ATDURUM

(Bakı) zirək, dəcəl, hər şeyə baş qoşan. – Qız dögür a, atdurumdu, boşdan tük aparır

ATGÖTÜ

(Basarkeçər) yabanı bitki adı. – Ə, siyirquyruğı əvəzinə atgötü yığmısan

ATILAMA

(Gədəbəy, Şəki) ovduq (su ilə qatığın qarışığından hazırlanmış sərinləşdirici içki). – Yanğıya qatıq atılaması; – Oynü <hər gün> atılama içməsəm, durammaram yayda (Gədəbəy)

ATILAMAX

(Qarakilsə, Şəki) nehrə çalxamaq. – Qatıx yığılıf qalıtdı, atılanasıdı (Şəki)

ATICI

(Qazax) keçəçi. – Atıcı qəlif düzəldər