Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AY» – 63
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

AYAĞALTI

(Biləsuvar, Kürdəmir, Laçın, Salyan) pilləkən. – Ayağaltı qayıtdırmağa taxda almışam (Biləsuvar)

AYAĞAŞMA

(Bərdə) valideynin ərə gedən qızının evinə ilk gedişi. – Qızı ərə verənnən so:ra ayağaşmıye:dirix’

AYAĞÇİ

I (Lənkəran) qapı-qapı gəzib mal alıb-satan, xırdavatçı, çərçi II (Lənkəran, Salyan) 1. xeyirdə və şərdə xidmət edən adam (Lənkəran) 2. kuryer (Salyan). – Ayağçimiz zirəng adamdu

AYAĞÜSTÜ

(Quba) məclisdə qonaqlara xidmət edən adam

AYAX

(Naxçıvan) uzaq, kənar. – Naxçıvan mərkəzdən ayaxdı

AYAXLI

(Qazax) yuxayayan. – Ayaxlıda xamır yayıler

AYALĞA

(Bərdə, İmişli, Şəmkir) ləqəb. – Onun ayalğası Çəpərdələndi (Şəmkir); – Çaqqal Cəfərin ayalğasıdı (Bərdə)

AYALMASI

(Oğuz) cır alma. – Ha bizim tərəflərin hamısında ayalması olur

AYAMA

(Culfa, Naxçıvan, Ordubad, Şahbuz, Şərur) ləqəb. – Bu kənddə hamının ayaması var (Şərur)

AYAMAĞ

(Kürdəmir) axtarmaq, yada salmaq. – Ötən günüyü ayason yaxşıdı; – Heç bizi ayamırsan

AYANAT

(Culfa, Kürdəmir, Sabirabad, Şərur) kömək. – Hökmət mənə ayanat eliyir (Culfa)

AYANDA-SAYANDA

(Meğri) hərdənbir, ayda-ildə. – Haspulat ayanda-sayanda gəler Əldəriyə, Bakıda oler

AYARPARA

(Qazax) qadınların yaxaya, boyuna taxdıqları zinət şeyləri

AYAR

I (Borçalı) ürəyiaçıq, gülərüzlü. – Mənim ayar adama xoşum var II (Cəbrayıl, Oğuz) tez seçən, müəyyənləşdirən. – Sə:n gözün ayardı, bı neçə kilov olar? (Cəbrayıl) III (Şəki) məhsuldar. – Qurda yaxşı baxıllar, doydurullar, onda ayar olur

AYARBAZ

(Bərdə, Qarakilsə) zarafatcıl. – Ayarbaz adam adamı güldürər (Bərdə)

AYAZDAMMAĞ

(Bakı) soyuqlaşmaq (hava haqqında). – Havalar birdən ayazdanıb

AYAZIMAX

I (Ağdam, Borçalı, Qazax, Mingəçevir, Şuşa) xəstəlikdən ayılmaq. – Beş aydı yaterdim, naçaxdım, yenijə ayazımışam (Borçalı) II (Cəbrayıl, Zəngibasar) sakitləşmək, açılmaq (hava haqqında). – Deyəsən, yağış ayazıdı (Zəngibasar); – Hava ayazıyır (Cəbrayıl)

AYBA

(Yardımlı) yeməli yabanı bitki adı

AYBABAQORXURAM

(Ağdam) uşaq oyunu adı

AYBOĞAN

(Çənbərək) ağcaqanada oxşar xırda cücü. – Qamışdıda gün batcağına ayboğan adamın gözünə dolur