Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AZ» – 19
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

AZA

(Lerik) çöldə qurumuş mal təzəyi. – Aza yığmağa gedirəm

AZARGƏZDİRƏN

(Şəmkir) həmişə xəstə olan. – Zalım oğlu elə quruyuf, laf azargəzdirənə oxşuyur

AZARNƏK

(Ucar) yarımxəstə, zəif. – Azarnək adam ağır işdər görəmməz

AZAYLAMMAX

I (Cəbrayıl, Zəngilan) öz-özünə deyinmək, şikayətlənmək. – Genə nə azaylannersaη, no:luf sq: (Zəngilan) II (Meğri) tənbəlləşmək, tənbəllik etmək. – Ta:rının ver günü azaylenerəm Mığrıya getməyə III (Çənbərək) yuxuda sayıqlamaq. – Keçəmən Mühəmmət beyje yaman azaylandı

AZBAR

(Dərbənd) həyət. – Mən gidəndə uşağlar məkdəbin azbarında oyniyeydilər

AZIX

(Qazax) yol azuqəsi

AZIXDIRMAX

(Ağcabədi) fikrini yayındırmaq, çaşdırmaq. – Ə:, məni azıxdırma

AZILAMAX

(Çənbərək) meyvəni əbəs yerə yığıb yerə tökmək. – Uşağ almıyı başındaja azılıyıp yerə tökür

AZIMCUR

(Sabirabad) bir az, bir qədər. – Azımcur oxıyıb-yazmağ billəm

AZIRINQI

(Şəmkir) azca. – Maηa azırınqı pul lazımdı

AZIRQA-AZIRQA

(Ağcabədi) az-az, azacıq. – Bu kətdə hər meyvədən azırqaazırqa var

AZITMAX

(Şəmkir) azdırmaq. – Bizi azıtdı, özü gizdəndi

AZIŞMAX

I (Qax, Şəki) itmək, yayınmaq. – Gözdən azışan kimi qorxuya düşüy (Qax) II (Qazax) kəskinləşmək, şiddətlənmək (xəstəlik haqqında)

AZİXLƏMƏX’

(Meğri) acıyıb ötmək (xəmir haqqında). – Ruqiyə, xamır azixliyir, təndirdə durmeçex’, tez gə

AZİŞMAX

I (Şəki) azmaq. – Yolu azişmişdim, zornan tapbişəm sizi II (Şəki) huşunu itirmək. – Hağlı azişifdi, gedə danışığını bilmiyi heç

AZQINTI

azqıntı düşməx’: (Ağdam) azmaq. – Keşmişdə olur iki uşax, ollar azqıntı düşür, itir

AZMAN

I (Bakı, Ordubad) iri, çox böyük, nəhəng. – Bakidə azman öylər tikilir (Bakı); – Atam bir azman keçi aldı (Ordubad) II (Ağdam, Bakı, Beyləqan, Borçalı, Cəbrayıl, Füzuli, Qarakilsə, Ordubad, Şamaxı, Zəngilan) 1. altıillik “qoyun” (Bakı, Beyləqan, Cəbrayıl, Füzuli, Qarakilsə, Ordubad, Şamaxı) 2. dördillik “qoyun” (Ordubad, Zəngilan) 3. qocalmış qoyun, keçi (Ağdam, Borçalı, Füzuli)

AZNOUR

(Kəlbəcər) qarınqulu. – Möysün çox aznour adamdı, heç nəynən doymur

AZPUÇUX

(Xanlar) azacıq. – Oradakılar da hamsı köçüf, azpuçux qalan da gələr, orda qalmaz. Bb