Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «B» – 1014
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
BA BE BI BO BU
 

BABA

(Başkeçid, Təbriz, Füzuli) ata. – Babam maηa kitaf alıf (Başkeçid); – Get gör, baban gəldimi öyə? (Füzuli)

BABAQULU

I (Gəncə) boz rəngli mərcan. – Bajımın babaquluları itif II (Gəncə) ilbiz. – Əyə, babaqulunu niyə öldürürsəη, yazıx döymü?

BABAYOĞURT

(Gəncə) yalançı pəhləvan. – Sən nə babayoğurt kimi atılıf tüşürsəη?

BAB

bab gəlməx’: (Ağdam, Qarakilsə, Şuşa) 1. üstün gəlmək, qalib gəlmək (Ağdam, Şuşa). – Sən mq: bab gələmməzsəη (Ağdam); – Mq: bab gələn hələ anadan olmuyuf (Şuşa); 3. məc. cavab vermək, öhdəsindən gəlmək (Qarakilsə); – Ona bir bab gəldi ki, nə tə:r

BABILBAS

(İmişli) şayiə ◊ Babılbas aparmağ (İmişli) – şayiə yaymaq. – Fatma babılbas aparır, ya:nı şa:ya aparır

BABLİTMƏĞ

(Lerik) böyütmək

BACA

I (Biləsuvar, Təbriz, Yardımlı) pəncərə. – Bacanı ört (Biləsuvar); – Bacanın üssündə çirax asılmışdı (Təbriz) II (Culfa) taxça III (Balakən) bacanaq. – Əsədin bacası Bakıdan gəlip

BACĞUN

(Zaqatala) şax, ağacın kəsilmiş nazik budaqları. – Bacğun tök, təndir yaxşı qızarsın

BAD

I (Basarkeçər, Bərdə, Gəncə, Naxçıvan, Şərur, Yevlax, Zəngilan) 1. təndir qurmaq üçün tərkibinə keçi qılı qatılmış sarı torpaqdan hazırlanan palçıq (Gəncə). – Badı döyün təndirin qra:nı qayrax 2. palçıqdan hazırlanmış təndir hissələri (Bərdə, Basarkeçər) – Altı-yeddi baddan olur təndir (Bərdə); – Baddarı hazırra təndir qoyax (Basarkeçər) II (Kəlbəcər, Şəki, Ucar) 1. qazma evlərin ortasında palçıqdan qayrılmış ocaq yeri (Kəlbəcər) – Bizim evin badı çox dərin tüşüf 2. ocağın, kürənin kənarlarına düzülən kərpic (Şəki, Ucar). – Kürənin badı qızmışdı (Şəki); – Bu ocağın badı bir az bö:y olsa yaxşı olardı (Ucar) III (Ucar) ağac qabığı IV (Qazax) çiy kərpic. – Bir bad evim var V (Meğri) su arxının kənarları. – Uxarı su gedip ki, baddar da islanıp

BADA

(Zaqatala) əmiarvadı, əmidostu. – Bada, acmışam, bir az yemək ver

BADADİK

(Zəngibasar) ot adı

BADAĞ

(Ucar) badalaq ◊ Badağ qurmağ – badalaq vurmaq, badalaq gəlmək. – Bı ko: döylü, adama badağ qurur

BADAĞLAMAĞ

(İmişili) uzağa qaçmamaq üçün heyvanın iki ayağını bir-birinə bağlamaq. – Ə:, qoyunu badağlamamısan, quzu əmmeyib?

BADAX

I (Xaçmaz, Quba, Qusar) camış balası. – Badax gəlmədi (Quba) II (Zaqatala) mis qab III (Gəncə, İmişli, Qazax) uzağa qaçmamaq üçün quşların, heyvanların ayaqlarına bağlanan ip. – Xoruzun əyağında badax olmasa, uçuf qaçar (Qazax) IV (Qazax) badalaq ◊ Badax vurmax (Kürdəmir, Hamamlı) – badalaq vurmaq, badalaq gəlmək. Badax qurmax (Qazax) – 1. mane olmaq; 2. kələk gəlmək. – Novruzun bağını alıf qutarmışdım, bilmerəm kimsə badax qurdu, qoymadı V (Hamamlı, Kürdəmir) dayaq ◊ Badax vurmax (Hamamlı) – dayaq vurmaq

BADAXLAMAX

(Qazax) badalaq vurmaq. – Uzun adamı tez badaxlıyıf yıxmağ olar

BADAL

(Təbriz) yalançı. – Badal adamnara hörmət eləmirdilə

BADALĞA

(Gədəbəy) kələk ◊ Badalğa gəlməx’ – kələk gəlmək, aldatmaq. – Mq: badalğa gələmməssəη sən

BADAMAĞ

(Cəbrayıl, Əli Bayramlı, İmişli, Qarakilsə) bax badağlamağ. – Qoyunu badıyın, qaçmasın (İmişli); – Apar quzını bada, gə bıra (Qarakilsə); – Qoyun quzuya süt vermiyəndə onu badıyırığ (Əli Bayramlı)

BADAMCAN

(Kəlbəcər) bağlarda bitən cır ərik. – Badamcanın çağlası çox acı olur

BADANA

(Qazax) işsiz, boş. – Badana adam dağaetməz ◊ Badana e:rə (Qazax) – əbəs yerə, boş yerə. – Badana e:rə burda nə:zersəη?