Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «C» – 500
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
CA CE CI CO CU
 

CAB

(Şərur) zirvə

CABAL

(Göyçay, Xaçmaz, Qax, Şəki, Zaqatala) çəkil, cır tut ağacı. – Baxcədəki cabalların yarpağı çatmi:çaxdı qurda (Şəki)

CABALLIX

(Göyçay, Qax, Naxçıvan, Oğuz, Zaqatala) çəkillik. – Cəfər ipəx’qurdu üçün caballıxdan yarpax qırdı (Göyçay)

CABARA

(Füzuli) açıq. – Mən hər sözü cabara deyərəm

CABARİ

(Salyan) əliaçıq. – Heybət cabari adamdu

CABBA

(Dərbənd) kərpic hasara ara-ara qoyulan dirək. – Cabbanı palut ağacınnan qoysa, lap da yaxşı olar

CABIN

(Ağdam, Gəncə, Göyçay) barama növü. – Həcər xala həməşə cabın saxlıyır (Gəncə)

CAC

(Quba) 1. gödəkboylu 2. arıq. – Cac adam çux da yisə, cac qaladu

CACER

(Qazax) bax cazeri. – Keçmişdə bir caceri vardı hərənin

CACIX

I (Gədəbəy, Xanlar, Qazax, Ordubad, Şəmkir, Tovuz) bax cajıx. – Cacıxdan yaxşı doyğa pişer (Qazax); – Cacığı turşuya qoyullar, duz töküllər, ye:llər (Gədəbəy); – Cacıx həbələ özəhliyir, soyursan qabığın yi:rsən (Ordubad) II (Basarkeçər) oynaq. – Ə:ğımın cacığı ağrıyır

CACU

(Dərbənd) kirpi. – Cacunun əti yəlpig azari ulan adama dərmandu

CADAY

(Zaqatala) içinə döyülmüş qoz ləpəsi qoyulmuş çörək. – Gəl caday yiyək

CAĞ

I (Daşkəsən, Xanlar) barmaqların ayaq pəncəsi ilə birləşdiyi oynaq. – Əyağın qatdanan yerinə cağ deyərix’ (Xanlar) II (Ağdərə, Laçın, Ordubad, Şahbuz, Zəngilan) mil <corab toxumaq üçün>. – Coravı cağnan hörürüx’ (Ağdərə); – Corab toxumağa beş cağ lazımdı (Ordubad) III (Kürdəmir) nərdivan. – Cağı qələməyə daya, bir qo:sara üzüm dər yiək

CAĞALA

(Çənbərək) kal, yetişməmiş meyvə

CAĞALAX

(Ağdaş) palçıqlı. – Dəhnənin yolu cağalaxdı

CAĞAN

(Ağdərə, Göyçay, Mingəçevir, Oğuz, Şəki) yabanı ağac adı. – Bizdər cağan deirix’, ama yuxarı kətdərdə ulas deillər (Ağdərə); – Cağannan qayrılan şey tez sınır (Şəki)

CAĞANNIX

(Şəki) çoxlu cağan bitən yer. – Cağannıx habıdı burdadı

CAĞARLAMMAX

(Ordubad) bax cağaylammax

CAĞAYLAMMAX

(Ordubad) cadarlanmaq. – Basdığa gün dəyəndə cağaylanır

CAĞ-CAĞ

cağ-cağ olmax: (İmişli) çat-çat olmaq. – Araba qalıb günün altda, çartdarı <çarxları> cağ-cağ olub