Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «F» – 144
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
FA FE FI FO FR FU
 

FAHMA

(Salyan) minnət, danlaq. – Mən heç dədəmnən fahma götürməmişəm

FAHMALAMMAĞ

(Salyan) utanmaq, həya etmək. – Nişannı qız qaynatasınnan, qaynənəsinnən fahmalanar

FAHMALI

(Salyan) 1. minnətli. – Başqasının fahmalı surfasının başında oturmağdansa, öz halal çörəgi 2. utancaq, həyalı. – Fahmalı canına canım qurban, ay bala

FAXRA

(Sabirabad) 1. bilikli, savadlı 2. ağıllı

FAKİN

(Lənkəran) müxtəlif əşya qoymaq üçün evin arxa hissəsində ona bitişik tikilən otaq, daxma

FALAQQA

(Salyan) cəftə. – Ya cəfdə, ya falaqqa ikisi də bi şeydi

FALAY

(Oğuz) aciz, əlindən iş gəlməyən, bacarıqsız. –Sən nə falay adamsan

FALDA

(Şəki) nişastadan hazırlanmış horra. – Faldanı öskürən adam içər

FAL

fal çıxartmağ: (Bakı) qovun və ya qarpızdan nümunə üçün dilim kəsmək. – Qarpuzdan bir fal cağart, görəg necədü?

FAQQI

(Çənbərək, Karvansaray, Qazax) bic, hiyləgər, fırıldaqçı. – Fatma çox faqqı arvatdı (Qazax); – Əyri Səmət çox faqqı adamdı (Çənbərək); – Bu faqqı gədə hardan iras gəldi ma: (Karvansaray)

FAQQILIX

(Qazax, Ordubad) hiyləgərlik, biclik. – Faqqılığ eler, ona inanma (Qazax); – Ay qız, özu͂: nə üçün faqqılığa qoyursan (Ordubad)

FALIĞ

(Qax) çolaq. – Falığ adam kimi elinə ne alsa, salıp sındıriy

FARAĞATDAMAX

(Mingəçevir, Şəki) rahatlamaq. – Malları farağatdi:f sora ge:rux işimizə (Şəki)

FARAŞDAMMAX

(Qazax, Şəmkir) böyümək, iriləşmək. – Altı ay buzoy de:rix’, faraşdananda dana de:rix’ (Qazax); – Buzov ta: faraşdanıf, bü:nə-sava: otuxar (Şəmkir)

FARX

(Meğri) qadının başında tüklərin sağa və sola ayrıldığı yer, tağ. – Səkinanın farxı gör na qəşex’di, bibisi!

FARIĞ

(Şamaxı) tağ (saçda)

FARIŞ

(Salyan) səhəng. – Süzün farışu:z bizzədi

FARMAC

(Şərur) məfrəş. – Farmacı yunnan toxuyullar, arasına da yorğan-döşək yığıllar

FARMATOR

(Şəki) ovulmuş quru tütün

FARŞ

(Qafan, Quba, Masallı, Sabirabad) suqabı, güyüm. – Farşı al git su duldur, gütür (Quba)