Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «L» – 623
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
LA LE LI LO LU
 

LABADA

(Qax, Quba, Şəki, Şuşa, Zaqatala) 1. qısaqollu, üzəri qaytan və bafta ilə işlənilmiş qadın paltarı (Zaqatala, Şəki). – Hətəm öz nənəsinin labadasını puzdurub qadınına don tikdirdi (Zaqatala); – Anam özünə labada tikir (Şəki) 2. sırınmış pencək, sırıqlı (Quba). – Labadanı gavar bu yoxunnarda almısan

LABBA

(Şəki) qabaq hissə

LABİ

(Cənubi Azərbaycan) huşsuz. – Kamran çox labi adamdu

LA:BUKƏ

(Salyan) nöqsan, eyib. – Məndə nə la:bukə bilib, məni qo:lamağ issiyirsən? – Uşağda heç la:bukə yoxdu

LAC

(Quba) damın üstünə döşənən ağac. – Damın lacları tükülmüşdü

LAÇINQUYRUĞU

(Cənubi Azərbaycan) yeyilən yabanı bitki adı. – Bir dəsdə laçınquyruğu yığdım

LADARA

I (Oğuz) yalançı II (Gədəbəy) bölgü. – Taxıl ladarasında gələjəm

LADIRA

(Oğuz) məsxərəçi

LAFÇIN

(Ağsu, Gəncə, Qazax, Lənkəran, Sabirabad, Şəki) bax lapçın. – Lafçını öydə geyirük (Ağsu); – Uşaxlara lafçın almışam (Gəncə); – Mə:m lafçınımın bir tayın it aparıb (Lənkəran)

LAFÇİN

(Şəki) bax lapçın

LAFDAN

(Oğuz) bax lapbadan. – A gidə, uşağı zarafata salıf lafdan vurma

LAF-LAF

(Qazax) mənasız. – Məmməd laf-laf danışer

LAF

laf vurmax: (Qazax, Şəki) mənasız danışmaq. – Əziz yaman laf vuror (Qazax)

LAĞ

(Quba) kürək. – Camış lağı sındırdı

LAĞABBA

(Xanlar, Kəlbəcər) ləqəb. – Birdən birinə bir lağabba yapışdırellar (Xanlar)

LAĞALAĞ

(Tovuz) səliqəsiz. – Öydə qav-qajax lağalağdı

LAĞAN

(Qax) bax laqan. – İt qabağına lağan tulla:n kimi honu da menin qabağına qoyıp nara gedipsin?

LAĞANDA

(Salyan) kökündən ayırmadan yerə basdırılan tənək budaqlarından göyərən zoğ. – Bizim bağda çoxlu lağanda var ◊ Lağanda basmağ – tənək basdırmaq. – Atam lağanda basır; – Müseyib yaxşı lağanda basandı

LAĞAR

I (Gəncə) gen. – Bu tüyəngin lüləsi çox lağardı II (Çənbərək, Gədəbəy, Gəncə, Karvansaray, Şəmkir, Zaqatala) çox palçıq olan yer. – Atı lağardan sürmə (Gəncə); – Harava lağara tüşən kimi təkər sındı (Şəmkir) III (Çənbərək, Gədəbəy, Karvansaray) kotanın açdığı şırım. – Lağara yıxılmışdı qaçanda hodağım dünənnəri (Gədəbəy)

LAĞARD

(İmişli) bax lağar I. – Lağard paltar adamı işdəməgə qoymaz