Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «O» – 214
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
OA OB OC OD OF OG OJ OL OM ON OP OQ OR OS OT OU OV OX OY OZ
 

OANIŞMAX

(İmişli) dirçəlmək. – Qoyunu yaxşı otararsaη oanışar

OAR

I (Gədəbəy) məğz, əsas. – Uzun danışma, sözüηün oarnı de! II (Gədəbəy) uyğunluq, münasiblik. – Heş oarı varmı sən dediyiηin oyşə? ◊ Oarı olmax – layiq olmaq. – Elə iş tut kun, adına oarı olsun bir

OAZIMAĞ

(Bakı) bax avazımağ. – Qərdəşim cani, uşağ yaman oazımışdı

OAZIMAX

(Hamamlı, Qazax) bax avazımağ. – Kişi durduğu yerdə birdən oazıdı (Hamamlı)

OBAÇILIĞ

(Biləsuvar) köçərilik. – Günimiz obaçılığda keçərdi qədimdə

OBAŞ

(Cəbrayıl, Gədəbəy, Gəncə, Şamaxı, Şəki, Zaqatala) tezdən, sübhdən. – Naxxartana obaş dursaη, oxxartana da yunul oloy canın (Gədəbəy)

OBUR

(Lənkəran) parça, tikə. – Səkinə, bi obur balığ verərsə:n?

OCAX

I (Meğri) ovsunçu. – Siz tayfanın avratdarı da ocaxdımı? II (Kürdəmir) yuva (xiyar və s. əkmək üçün çala). – Otuz ocax yerpənəgim var

OCAXLAMA

(Qarakilsə, Meğri) 1. tamamilə, büsbütün 2. hamısı. – Ollar ocaxlama elədilər (Qarakilsə); – Mir Mahmıt uşağı ocaxlama Erannan gəlipdi (Meğri)

OCİSFİRİ

(Tovuz) bax ocisviri

OCİSVİRİ

(Tovuz) onun kimi. – Ocisviri bizim də başımıza oyun aşdılar

OCU

(Zaqatala) nənə. – Ocu, mağa nağıl danış

OÇ ELƏMƏK

(Salyan, Bakı) oturmaq (uşaq leksikonunda). – Get xala:n qucağında oç elə

O:DAĞ

(Zərdab) sızma ◊ O:dağ eləməx’ – sızmaq. – Bu tərəfə axan suyun qabağını nəqqədər bərk bağladığsa da, yenə altdan o:dağ elədi

O:DAM

(Kürdəmir) suyun açdığı yarğan ◊ O:dam açmağ – yarğan açmaq. – Su o:dam açar, ordan da axar

ODDAMI

(Oğuz) tütün qurutmaq üçün tikilmiş xüsusi bina

ODDAX

I (Ağcabədi, Qazax) yanğın. – İt oddaxdan çıxıf qaçıf; – Oddağ olanda hay-haray eliyirix’, camahat gəlif köməy eliyir, oddağı söndürür (Ağcabədi); – De:llər Qaraçalada oddax var (Qazax) II (Zəngilan) ütülmüş sünbüldən çıxan taxıl

ODTALA

(Qax) odur (çox uzaqda olan əşyanı göstərmək üçün işlənir)

ODULMAYI

(Şamaxı) xörək adı. – Əməköməci odulmayısı başqalarınnan daddıdı

ODUNQUŞU

(Zaqatala) birəbitdən (quş adı)