Диалектологический словарь азербайджанского языка.

  • OLADAN

    (Təbriz) ucu yumru ağac. – Bı həmmişə əlində oladan gəzdirərdi

    Полностью »
  • OLAJAX

    (Çənbərək, İmişli, Karvansaray, Tovuz) mənzil, yaşayış yeri; 2. çobanların yaşadıqları yer, koma. – Gecə olajaxda yaterım (Karvansaray); – Olajaxda hə

    Полностью »
  • O:LAQQIRAN

    (Borçalı) bax oğlaqqıran

    Полностью »
  • OLÇA

    olça çalmax: (Şəki) əl çalmaq

    Полностью »
  • OLXAĞ

    (Laçın) oğlaq

    Полностью »
  • OLXAY

    (Zərdab) oxlov

    Полностью »
  • OLXOVDAŞI

    (Naxçıvan) üstündə xəmir yaymaq üçün gildən düzəldilmiş yuxayayan. – Olxovdaşında xəmir açıllar

    Полностью »
  • OLUM

    (İmişli) çayın dayaz yeri. – Arazda olum vardı, ordan keçəllərdi

    Полностью »
  • O:MA

    I (Ağdaş, Göyçay, Mingəçevir, Oğuz, Şəki) xəmiri südlə yoğrulan və şəkər, zəfəran və müxtəlif ədviyyatla bişirilən çörək

    Полностью »
  • O:MACA

    (İmişli) vəba. – O:maca bırda az olar, ye də heç olmaz, ancağ eşidmişüg ki, alahı yerrərdə çox adam ölib o:macadan

    Полностью »
  • OMAXŞIMAX

    (Gəncə, Xanlar, Qazax) kövrəlmək. – Çağa omaxşıyıf ağlıyır (Gəncə); – Omaxşıyıf ağler ki, balaja döyləm, mən də gederəm meytəvə (Qazax)

    Полностью »
  • OMALAX-ÇOMALAX

    (Şəki) birlikdə, ucdantutma. – Omalax-çomalax hamı yığışıf getdi

    Полностью »
  • OMBUZ

    (Zəngibasar) çənə. – Gədə:n ombuzuna bir dürtmə vurdu

    Полностью »
  • OMRIĞ

    (Əli Bayramlı, Salyan) yarğan

    Полностью »
  • OMRUX

    (Kürdəmir) bax omrığ. – İnəy omruğa düşüp

    Полностью »
  • ONATDİ

    (Gəncə) 1. tutarlı 2. güclü. – Ona bir onatdi şillə vurdu

    Полностью »
  • ONBA

    (Lənkəran) üzü üstə ◊ Onba qalmağ – üzü üstə düşmək. – Əhməd onba qalub

    Полностью »
  • ONBALAMAĞ

    (Lənkəran) bir şeyi ağzı aşağı qoymaq

    Полностью »
  • ONÇİKİ

    (Yardımlı) o ki var. – Uşağı tutdu, onçiki döydü

    Полностью »
  • ONDAKƏRƏM

    (Ucar) o vaxt. – Ondakərəm sən balacaydın

    Полностью »
  • ONƏX’

    (Ağdam) o. – Onəyi ma: ver görüm

    Полностью »
  • OηALMAX

    (Çənbərək, Qax, Zaqatala) sağalmaq. – Niyə öydə oturursaη, sən ki oηalıfsan (Çənbərək)

    Полностью »
  • OηAND

    (Balakən) avand. – İşin oηandı xoş gələr

    Полностью »
  • OηANT

    (Başkeçid, Borçalı) parçanın üzü. – Paltarı oηant üzünə tihdirdim (Borçalı)

    Полностью »
  • OηAT

    (Çənbərək) bax oηand

    Полностью »
  • ONQA

    (Culfa) dik ◊ Onqa durmax – dik durmaq (aşıq haqqında). – Aşığım onqa durub

    Полностью »
  • ONQUZ

    (Naxçıvan) donqar

    Полностью »
  • O:NTAX

    (Şəki) qırıntı, ovuntu. – Çörəy o:ntağını yerə töhmə

    Полностью »
  • ONTAV

    (Qax) danışığını bilməyən, yersiz danışan; kobud

    Полностью »
  • OPU

    (Qax) kəf. – Qız, etin opunu götür

    Полностью »
  • ORABAŞ

    orabaş eləmax: (Balakən, Qax, Zaqatala) tütünün ucda qalmış son yarpaqlarını dərmək

    Полностью »
  • ORAFƏHİM

    (Qax) kor

    Полностью »
  • ORALAMAX

    (Şəki) bostanda və ya bağda qalmış məhsulu axırıncı dəfə tamam yığmaq. – Bosdanı oralamışdılar, heş nə tapbadıx

    Полностью »
  • ORAŞIN

    (Ordubad) gümüş pullu qadın baş bəzəyi, çələng. – Oraşın indi qoyulmaz, qəbaxda olardı

    Полностью »
  • ORAZ

    (Şamaxı) kömək ◊ Oraz eləmək – kömək etmək. – Bu gün sənə oraz eliyəcəm

    Полностью »
  • ORFA

    (Göyçay) urva

    Полностью »
  • ORGƏŞ

    (Oğuz) xəbərdar. – U yi:ntiyə orgəş döyl u adam

    Полностью »
  • ORXİYAL

    (Qax) yaddaşsız

    Полностью »
  • ORNAC

    (Salyan) çoxdanışan. – Vəli yaman ornac adamdı

    Полностью »
  • ORNAC-ORNAC

    (Şamaxı) böyük-böyük. – Nə ornac-ornac danışırsan?

    Полностью »
  • ORNAÇ

    (Qax) ucaboy, ucaboylu

    Полностью »
  • ORNİ

    (Dərbənd) döşəkçə. – Gətir ornini uturmağa

    Полностью »
  • ORRIX

    (Qax) çətinlik

    Полностью »
  • O:RSAĞ

    (Salyan) bax ovursax. – O:rsağ süti daddı olar

    Полностью »
  • O:RSAX

    (Xocavənd) bax ovursax

    Полностью »
  • ORTALAMAX

    (Gəncə, Zəngibasar, Tovuz) belindən tutmaq (güləşmədə). – Ortalıyıf yerə vurdum (Gəncə)

    Полностью »
  • ORTO

    (Zaqatala) saxsı qab

    Полностью »
  • O:RUX

    (Gəncə, İmişli) bax oyrux. – O:rux de:rix’ ağajın içindəki boş yerə (İmişli); – Çinarın o:ruğunda quş yua tikifdi (Gəncə)

    Полностью »
  • ORUX

    (Təbriz) yaylağa köçərkən çobanların yaxın kəndlərdə qoyduqları zəif qoyunlar

    Полностью »
  • ORUNNUĞ

    (Dərbənd) döşəkçə

    Полностью »