Диалектологический словарь азербайджанского языка.

  • PABBABACI

    (Ucar) şanapipik. – Pabbabacı çəmənniyə qommuşdu

    Полностью »
  • PABEDA

    (Salyan) kəlağayı növü adı. – Pabeda kəlağayısı hava rəngundə olur, künclərində də quş şəkli

    Полностью »
  • PAÇABƏND

    (Lənkəran, Şamaxı) alıcı quşların ayağına geydirmək üçün dəri ayaqlıq. – Quşuma gözəl paçabənd almışam (Lənkəran); – Qırğı paçabəndi qırıb qaçıb

    Полностью »
  • PAÇAX

    (Çənbərək, Gədəbəy) mal-qara ayaqlarının dərisi

    Полностью »
  • PAÇAL

    I (Xanlar) çatlamış meyvə. – Bu paçal meyvələri bir yerə topluyun, maηa lazımdı II (Borçalı, Dərbənd, Qazax) qoyun yatağı yanında (körpə quzular üçün)

    Полностью »
  • PAÇALLAMAX

    (Ağdam) çatlamaq. – Çox yağış yağdığınnan narrar paçalladı

    Полностью »
  • PAÇA:ŞIRMA

    paça:şırma oturmax: (Zaqatala) qıçını qıçının üstünə aşıraraq oturmaq

    Полностью »
  • PADALA

    (Qax) qoğalın bir növü

    Полностью »
  • PADAM

    (Qax) astana. – Padamda niyə oturıysın, içəri gəl

    Полностью »
  • PADIŞ

    I (Ağdam, Naxçıvan) 1. dırnaq (heyvanlarda) (Ağdam); – Dəvənin padışı olmaz (Naxçıvan) 2. mahmız (xoruzda)

    Полностью »
  • PADŞAH

    (Bərdə) toy məclisini idarə edən. – Bizim kətdə Hümbət adında bir kişi olur, o, toyda padşah olardı

    Полностью »
  • PAF

    (Şəmkir) fiziki cəhətdən zəif (adam)

    Полностью »
  • PAĞACA

    (Axalsxi) mayasız xəmirdən bişirilən çörək. – Pağacaya çox bişmək lazımdı

    Полностью »
  • PAĞIZ

    (Göyçay) ağılı bağlamaq üçün düzəldilmiş ağac

    Полностью »
  • PAĞIZLAMAX

    (Göyçay) pağız ilə bağlamaq. – Qardaşım ağılı pağızladı

    Полностью »
  • PAXAÇ

    (Borçalı) xörək adı. – Paxaç südnən, yağnan, şəkərnən, murtoynan pişər

    Полностью »
  • PAXAL

    (Qax) saman qırıntısı

    Полностью »
  • PAXALAY

    (Qax, Zaqatala) xörək adı. – Dayım məni paxalay yimağa çağırdı (Zaqatala)

    Полностью »
  • PAXXAY

    (Ucar) təəccüb bildirən nida. – Paxxay, on yaşında uşağ iyirmi kilo buğdanı öyə apardı!

    Полностью »
  • PAXIMAX

    (Çənbərək) qovub salmaq, doldurmaq. – Qoruxçu malı dama paxıdı

    Полностью »
  • PAXIR

    (Salyan) nöqsan, eyib ◊ Paxırın açmağ – eybini söyləmək, başqasının yanında qüsurlarını açıb demək. – O:n paxırın açmağdansa, özünnən danış

    Полностью »
  • PAXLALAMMƏY

    (Cəlilabad) xırdalanmaq. – Bı daş nə tez paxlalandı

    Полностью »
  • PAXRAC

    (Qazax) uzunqulplu tava. – Paxracda bişmiş lovya hər yeməx’dən ləzətdidi

    Полностью »
  • PAJ

    (Ucar) anbar

    Полностью »
  • PAKI

    (Meğri) lay. – Adama iki pakı biçip çevirecesiz mən gəlincən

    Полностью »
  • PAQQALA

    (Qax) xörək adı

    Полностью »
  • PAQQOŞ

    (Qazax) igid

    Полностью »
  • PALAX

    I (Laçın) yabanı bitki adı II (Gədəbəy) gödəkboylu. – Palağ uşaxdı Əlinin gədəsi

    Полностью »
  • PALAMA

    (Kürdəmir) dirək, paya. – Palamaları yerə yaxşı bərkit, tərəcələr sımmasın

    Полностью »
  • PALAMAN

    (Cəbrayıl) bax palama. – Qurdun laxdalarını qurmağ üçün palaman qırmax lazımdı

    Полностью »
  • PALAMPAS

    (Qarakilsə) tənbəl

    Полностью »
  • PALAN

    (Bakı, Salyan) küçə. – Suraxanı palanının tinindəki öyləri uçurdub tıramvay çəkillər (Bakı)

    Полностью »
  • PALANBİZ

    (Xaçmaz) palanduz. – Palanbizi gətir, çüvəlin yırtığın tikim

    Полностью »
  • PALANKAŞ

    (Qax, Zaqatala) aşsüzən. – Düyünü palankaşda süzdüm (Zaqatala)

    Полностью »
  • PALANKEŞ

    (Qax, Zaqatala) bax palankaş. – Düyüdən bir palankeş aş çıxdı (Qax)

    Полностью »
  • PALANKƏŞ

    (Qax, Zaqatala) bax palankaş. – Palankəşi gəti, aşı süzüm (Qax); – Bazardan palankəş aldım (Zaqatala)

    Полностью »
  • PALANNAMAX

    (Qazax) qoyunun qarnının altını və baldırlarını qırxmaq. – Qoçu palanna

    Полностью »
  • PALANTÖKƏN

    I (Ağdam) qoz növü. – Bizdə palantökən var II (Xanlar) dağ yolunda yük heyvanlarının çətin keçdiyi yer, yolun narahat yeri

    Полностью »
  • PALAVAR

    (Basarkeçər) künc daşı (binada). – Öyü tix’məx’çin iki yüz dənə palavar lazımdı

    Полностью »
  • PALAZPARÇA

    (Dərbənd) kiçik palaz

    Полностью »
  • PALDA

    (Şamaxı) nişastadan bişirilmiş yemək. – Ay qız, paldanı doğra

    Полностью »
  • PALDAVA

    (Şamaxı) bax palda. – İş tərs tüşəndə paldava tiş çıxardar

    Полностью »
  • PALDIM

    (Şamaxı) minik heyvanlarında palanın irəli gəlməməsi üçün quşğuna köməkçi qayış. – Paldım ənni qeyişdən olur ki, atın qıçını kəsməsün

    Полностью »
  • PALƏNƏ

    (Bakı) avarçəkənlərin oturması üçün qayığın içində eninə bərkidilmiş taxta. – Diyəsən, palanə yerinnən çıxıb, uni yaxçi-yaxçi vur ki, mö:kəm olsun

    Полностью »
  • PALIMPAS

    (Bakı) aciz

    Полностью »
  • PALPAS

    (Xaçmaz) şındır. – Aldığım ət tamam palpasdı

    Полностью »
  • PALTA

    (Əli Bayramlı) bax palda. – Bu palta çox şirindü

    Полностью »
  • PALTARKESDİ

    (Bakı) ərə gedəcək qız üçün toy paltarı tikilmək münasibətilə keçirilən mərasim, yığıncaq

    Полностью »
  • PALTARKƏSDİ

    (Şamaxı) bax paltarkesdi. – Məni paltarkəsdiyə çağırmışdılar, ordan gəlirəm

    Полностью »
  • PALTAVA

    (Bakı, Kürdəmir) bax palda. – İş tərsə tüşəndə paltava tiş çıxardar (Bakı); – İş dara düşəndə de:llər paltava diş çıxarar (Kürdəmir)

    Полностью »