Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «R» – 60
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
RA RI RO RU
 

RAHATI

(Meğri) qif. – Nəft tökəndə ləmpiyə rahatını qoyeylər ləmpənin ağzına

RAXBƏRƏ

(Meğri) üzərinə tənək budaqları atlanmaq üçün 2-3 metr hündürlükdə düzəldilən talvar

RAQQI

(Başkeçid, Bolnisi, Borçalı, Hamamlı, Qazax) bax iraqqı. – Gülnaz öydən raqqını gəti, əlimi yüəjəm (Qazax); – Raqqıyı ver, əlimi yu:m (Hamamlı)

RAMRAMAY

(Qax) şəlalə

RANA

(Meğri) xış və ya kotanın torpaqda açdığı şırım

RASA

(Quba) sapa düzülmüş qax

RASGƏLƏ

rasgələ olmax: (Meğri) qarşılaşmaq, rastlaşmaq. – Tərbiznən bazarda rasgələ oldum

RASQU

(Qax) nazik bağırsaq

RAYBARAY

(Bakı, Ordubad) hərdəmxəyal, sözünün üstündə durmayan, fikrini tez-tez dəyişən. – Bircə onu dindirmə, raybaray adamdı o; – Ada, sən nə raybaray adamsan (Bakı)

RAZDAR

(Lənkəran) qarağac. – Meşədə razdar ağacdarı doludu

RƏCİ

(Lənkəran) quru balıq

RƏD

(Kürdəmir, Qafan, Yardımlı, Tərtər) bax irəd. – Bu rəd ceyran rəddidi, bu rədnən gedək (Qafan)

RƏDCİL

(Qafan) itmiş heyvanı izi ilə axtarıb tapan adam, izçi. – Əhməd yaxşı rədcildi

RƏDDƏMAX

(Meğri) izləmək, izə düşmək, izlə getmək. – İnəx’ləri dərə boğazına kimin rəddədıx

RƏDƏ VERMƏK

(Yardımlı) soyuq münasibət bəsləmək, yan gəzmək. – Neşin mənnən rədə vereysən?

RƏDİF

(Lənkəran) sıra

RƏDQOVAN

(Meğri) itmiş heyvanı izi ilə axtarıb tapan adam, izçi. – Qabaxlar heyvan itəndə rədqovannar tapeydi

RƏFCƏR

(Barana) işgüzar. – Babam çox rəfcər adamıydı

RƏFƏTƏ

(Ağbaba, Basarkeçər, Beyləqan, Şərur, Ordubad) bax rəhətə. – Rəfətəni qonşu apardı (Beyləqan)

RƏFİDƏNƏ

(Ordubad) təndirə çörək yapmaq üçün işlədilən alət. – Biz əli çörəx’ yandırmasun deyə parçadan rəfidənə tikərix’