Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «S» – 1306
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
SA SE SI SO SP SR ST SU
 

SABAHİ

(Gəncə) üzüm növü adı

SABI

(Dərbənd, Tabasaran) ölçü qabı (təxminən 20 kq buğda tutur). – Bir sabı səkkiz səh buğda tutadı (Tabasaran)

SABINNIX

(Ağcabədi) arabanın oxunu sabunlamaq üçün mal buynuzundan hazırlanan sabunqabı. – Sabınnıx aravanın cağınnan sallanır

SABIRĞA

(Cəbrayıl, Şamaxı, Ucar, Zəngilan) qabırqa. – Elə vırıf ki, sabırğalarım indi də ağre:r (Zəngilan); – Bü:n sabırğamın ağrısı azalıf (Ucar) – Onun sabırğası batmışdı (Şamaxı)

SABİNBUYNUZ

(Dərbənd, Tabasaran) bax sabınnıx. – Sabinbuynuz ərəbəyə sabin vurmağçun uladu (Tabasaran)

SABU

(Dərbənd, Quba) bax sabı. – U illəri yaxşı bitirməmişdi mənim teregim, üç sabu, iki səh quz çıxdı (Dərbənd)

SABUNİ

(Göyçay) üzüm növü adı. – Bu yıl sabuni üzim çoxdı

SABUNOTI

(Qafan) yabanı bitki adı. – Sabunotı güney yerdə bitər

SACALANMAX

(Mingəçevir) səpələnmək

SACARASI

(Qafan) bax sajarası. – Şəhərə gedəciyik, nənəm sacarası bişirir

SACPARA

(Şamaxı) qırma əvəzinə işlədilən cuğun qırıntıları. – Övçi tüfəyinə bir yekə o:uc sacpara doldırdi

SACÜSDÜ

(Qazax) tələsik bişirilən çörək. – Sacüsdü unu tez qutarar

SAÇAX

(Qazax) balkonun qabaq tiri

SAÇIPUÇUX

(Başkeçid) fahişə

SADA

(Zəngibasar) tamamilə, büsbütün. – Dedix’lərin hamısı sada yalandı

SADAL

(Qazax, Mingəçevir) evin damını örtmək üçün qamışdan hörülmüş tərəcə. – Ho:çular damın sadalını yaxşı örtüflər (Qazax)

SADAMA

(Meğri) zərər, ziyan

SA:DATDAMA

(Salyan) ürəkgetmə, ürəkkeçmə. – Sabirin qızın tez-tez sa:datdama tutur

SADDAMAX

(Qax) demək, söyləmək. – Mağa bax, hələ sən nə saddıysan?

SADI

(Qax, Zaqatala) qəmli mahnı