Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «TƏ» – 219
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
TA TE TI TO TU
 

TƏBƏXÜL

(Zərdab) səbir ◊ Təbəxül eləmək (Zərdab) – səbir etmək. – Təbəxül elə yaz yağışı gətirəcək, otlar pitəcək

TƏBƏH

(Şamaxı) nəsil, əqrəba. – Bizim təbəhdəndi

TƏBƏNƏ

(Ordubad, Şərur) qıyıq

TƏBƏRZƏ

(Zəngibasar) ərik növlərindən biri. – Ərix’ ağşdarımızın beşi təbərzədi

TƏBÇƏH

(Culfa) belin tiyəsinin üst tərəfində ayaq qoymaq üçün çıxıntı

TƏCƏN

(Meğri) bax tejan. – Bala, get təcəni gatı bura

TƏCƏNQARIN

(Meğri) yekəqarın, çoxyeyən. – Ə, təcənqarın ulma, quy bir az da qalsın

TƏCİX’

(Qazax) xoşa gəlməyən, ikrah hissi oyadan. – Təcix’ adam təcix’ iş tutar

TƏCİX’-TƏCİX’

(Qazax) yersiz, boşboşuna. – Təcix’-təcix’ danışma

TƏD

(Meğri) vaxt. – İndi bu sa:t ut bişməx’ tədi dəyi

TƏFƏRRİNC

(Barana, Cəbrayıl, Qazax, Tovuz) diqqət ◊ Təfərrinc eləməx’ (Barana, Qazax, Tovuz) – diqqət etmək, diqqət vermək, diqqətlə baxmaq. – Naxarta təfərrinc elədisə də tanıyammadı gədəni (Qazax); – Təfərrinc eliyif gördü kü, gələn oğludu (Barana); – Xuraman maηa yaman təfərrinc elədi, bilmirəm mənnən nə eşidif (Tovuz). Təfərrinc olmax (Qarakilsə) – diqqət etmək, fikir vermək, diqqətlə baxmaq

TƏFCƏX’

(Tərtər, Zəngilan) bax təbcəx’. – Təfcəx’ əyağı əzmir, yeri də qazmağ olur (Zəngilan)

TƏFİLDAR

(Şəki) vergiyığan. – Təfildar vergi yığardı

TƏFİLLƏR

(Şəki) bax təfildar. – Təfillər töyci yığana diyirdilər

TƏFRİX’Lİ

(Ordubad) gülməli. – Həsən çox təfrix’li adamdı

TƏH

(Ordubad) bax təng I. – Bı təhdə üç əv var

TƏHBƏND

(Göyçay, Kürdəmir) toqqa, bel qayışı. – Təhbəndimi ver, bağlıyım belimə (Kürdəmir); – Diyəsən, təhbəndüvi bağlıya bilmirsən (Göyçay)

TƏHBOYUN

(Qazax) bir tay ulaq. – Kalım təhboyundu, gərəx’ bir tay alam

TƏHDİLƏMƏK

(Cəbrayıl) tələsdirmək

TƏHTİLƏMƏK

(Yardımlı) baş alıb getmək. – Oğlan hariə təhtileyib?