Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «X» – 625
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
XA XE XI XL XO XR XU
 

XABDAN

(Şərur) qəflətən, birdən

XACU

(Zaqatala) təzə doğmuş inəyin ilk südü, ağız

XAÇ

(Cəlilabad, Lənkəran, Masallı, Salyan) saç, kişi saçı, tel. – Xaç saxlamışam (Masallı); – Yayda xaç qoymazzar (Salyan)

XAÇBUŞ

(Kürdəmir) soyğunçu, oğru. – Carrılar çox xaçbuşdular, kürdüyə mal buraxmax olmur

XAÇİRDƏĞ

(Kəlbəcər) təndirin ağzına qoyulan dəmir qapaq. – Xaçirdəyi təndirin ağzına qoy

XAÇMAR

(Ordubad) arı səbətinə xaç şəklində qoyulan çubuqlar. – Xaçmarı səbətə qoyallar

XAÇPUŞ

(Lənkəran) bax xaçbuş

XAF

(Zəngilan) bax xap II. – Xaf ayı çıxır bılların üsdə

XAFDAN

(Naxçıvan, Zəngilan) bax xabdan. – Elə güçə yuxarı gedirdıx’, Soltangilin iti xafdan gəlif qapıb (Naxçıvan)

XAFLI

(Qazax) təzə. – Niyə, xaflı paltarı var, qoy geyinsin birini

XAFLİYAX

(Culfa) gizlincə, xəlvətcə

XAXANIZ

(Qazax) zarafat. – Yığışıflar xaxanıza

XAXARA

(Qax, Şəki, Zaqatala) taxça. – Qabları xaxaraya yığ (Qax); – Sapı xaxaraya qoymuşam (Zaqatala); – Xaxarada ləmpə şüşəsi var, unu bura ver (Şəki)

XAXAYEK

(Dərbənd) ilbiz. – Girmişdi kələmluğa, xaxayek çux kürrəyeydi, uni çipləyib atdular

XAXAYƏK

(Dərbənd) bax xaxayek

XAXRA

(Qax) bax xaxara

XAKƏ

(Kürdəmir) çayın cecəsi, puçalı. – Çayın xakəsini at bayıra

XAKRİZƏ ELƏMƏG

(Lerik) seçmək

XAQAY

(Dərbənd) çay pucalı

XAQİQ

(Kəlbəcər) barmağın buğumları arasındakı sümük. – Xaqiq barmaxda olor