Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «Y» – 542
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
YA YE YI YO YU
 

YABAGÜL

(Oğuz) evin damındakı baş tiri saxlayan ağac. – Bu ağaşdan yabagül çıxmaz, əyridi

YABBAN

(Çənbərək) yastı. – Otu yabban yığdım, xarab olajax yağış yağsa

YADBUD

yadbud eləməx’: (Şərur) xatırlamaq. – Kitablara baxıram, o şe:rrəri yadbud eli:rəm

YADICA

(Ağcabədi, Ordubad, Zəngilan) kötükcədən sonrakı nəsil. – Yadıca nəvəmizin oğlunun oğlunnan olan uşağa də:rix’ (Zəngilan); – Yadıca kötücədən sora olan uşağa deyərıx (Ordubad)

YADYEMƏZ

(Tərtər) üzüm növlərindən birinin adı. – Yadyeməz çox yaxşı üzümdü yemə:

YAĞAL

(Ordubad) açıq-qara. – Bizdər açıx qara irəngə yağal diyərıx

YAĞANNIX

(Qazax) yağmur. – Keçən il yağannığ az oldu

YAĞAR

I (Başkeçid, Borçalı) yağışlı. – Bu ay çox yağar keşdi (Borçalı) II (Şəmkir) yara

YAĞARRIX

(Gəncə, Qazax, Şərur) bax yağannıx. – Yağarrığ olsa, buranın taxılı bol olar (Şərur); – Bıldır yağarrığ az oluf, bi:l çox oluf (Qazax); – Yağarrıxdan havanın üzü açılmır (Gəncə)

YAĞDAN

I (Bakı, Qazax, Naxçıvan, Ordubad) lampanın neft tökülən hissəsi. – Yağdanın tozunu sil (Bakı); – Lampanın yağdanını düzəltdim (Naxçıvan); – Yağdana nəfit tökürüx’ (Ordubad) II (Cəbrayıl) tikiş maşınına yağ tökmək üçün işlədilən yağqabı. – Yağdanı ma: gəti

YAĞDAŞ

(Şamaxı) bıçaq itiləyən daş, bülöv. – Yağdaşı gətir, əsgənəni itiliyim

YAĞIR

I (Gəncə, Gədəbəy) süründürməçi, borc alıb qaytarmaq istəməyən. – Nə yağır adamsıη, niyə üzmöysüη borcuηu? (Gədəbəy) II (Cəbrayıl, Tovuz) bax yağar II. – Atın beli yağır oluf (Cəbrayıl)

YAĞIRBEL

(Cəbrayıl) beli yaralı (at). – Səni görüm yeddi yağırbel ata ürcah çıxasan

YAĞIRRIX

(Gəncə) süründürməçilik. – Heş bu qədər yağırrıx görməmişəm

YAĞLAMAĞ

(Tabasaran) ağlamaq. – Uşağ yağlayədi

YAĞLAŞO:

(Gəncə) yağı yuyulmamış çirkli qab-qacaq və ya əski. – Yağlaşo: qabı it yaladı

YAĞLƏÇƏ

(Dərbənd) bax yağlovçə. – Yağləçiyə tökərig yaği, yimağ bişirədig

YAĞLI

yağlı gün: (Gəncə) məc. isti gün. – Bu yağlı gündə çuxa niyə geyirsən?

YAĞLICA

(Füzuli, Qax, Laçın, Oğuz, Salyan) yeməli dərman bitkisinin adı. – Yağlıcanı çiban üsdünə qoyallar (Salyan); – Yağlıcadan kətə pişirəcux (Qax); – Yağlıca topa bitən aladı (Oğuz); – Yağlıcanın qutabı daddı olur (Laçın)

YAĞLICAN

(Ucar) bax yağlıca. – Yağlıcanı təndirə sürtürük ki, çörək təndirə yapışıb torpaq qopartmasın