AMBIRÇA
AMIX
OBASTAN VİKİ
Amburan burnu
Köhnə Bilgəh burnu və Amburan burnu — Abşeron yarımadasının şimalında, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. Sarıqayabaşı burnu istisna olmaqla Abşeron yarımadasının ən ucqar şimal nöqtəsini təşkil edir. Bilgəh-Pirşağı yolundan şimalda yerləşir. Burun ərazisidə otel və istirahət məkanları vardır. == Maraqlı fakt == Burunun digər adı Amburandır. Bu səbəbdən Amburan mayakının burunda yerləşməsi düşünülür. Ancaq Amburan mayakıı Köhnə Bilgəh burnunda deyil, Qalagah burnunda yerləşir.
Amburan mayakı
Amburan mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Amburan mayakına həsr olunmuşdur.
Amburdərə
Aşağı Amburdərə — Azərbaycanın Lerik rayonunda kənd. Yuxarı Amburdərə — Azərbaycanın Lerik rayonunda kənd.
Aşağı Amburdərə
Aşağı Amburdərə — Azərbaycan Respublikasının Lerik rayonunun Qosmalyan inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Aşağı Amburdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim "Aşağıda yerləşən Amburdərə kəndi" deməkdir. == Tarixi == 1933-cü ildə kənd sadəcə Amburdərə yazılışında qeydə alınmışdır. == Coğrafiyası == Kənd Gəncəvü çayının sahilində, Peştəsər silsiləsinin ətəyində yerləşir.
Duet Amburan (albom)
Duet Amburan – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun ilk studiya albomu. == Albom haqqında == Şanson mahnıların üstünlük təşkil etdiyi albomda Oktay Əhmədov, Emin Sabitoğlu, Aydın Vəliyev və s. şəxslərin bəstələri yer almışdır. Bütün aranjimanların müəllifi Eldar Əzizlidir.
Yuxarı Amburdərə
Yuxarı Amburdərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yuxarı Amburdərə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Yuxarı Amburdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 41 nəfərdir.
дикто́вка компо́тик по-доминика́нски поволнова́ть про́ще всего́ разметну́ться вы́писка дю́жий сопе́рница теремо́к обыз пелега ahistorical atoll demureness glareous graphologist mesdemoiselles mustache radio direction-finder short-tempered люфа начесать недоказательный охолостить