ANQUT

I
(Ağdam, Şuşa)
uzunboğazlı ördəyə oxşar quş. – Zalım elə bil anqutdu (Ağdam)
II
(Ağdam, Bakı, Dərbənd, Şamaxı)
acgözlüklə yeyən, hər nə gəldi yeyən. – Zalım oğlu əlinə keçəni anqut kimi udur (Ağdam); – Anqut kimi nə versov udadı (Dərbənd)
III
(Oğuz)
avam, qanmaz. – Sən özünü lap anqut yerinə qoymusan
Anqut qalmax (Şəki) – tək-tənha qalmaq. – Qonşu:n arvadının uşağı gedənnən so:ra anqut qalıf. Anqutu çıxmax (Çənbərək, Füzuli, Qarakilsə) – həddindən artıq arıqlamaq. – Gedənin dannanmaxdan anqutu çıxıf (Füzuli)
ANQİRKİ
ANQUTBOĞAZ
OBASTAN VİKİ
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Qırmızı anqut

Значение слова в других словарях

изги́бистый лесово́дственный мемориа́льный неповоро́тливость непря́мо оскрёбок смути́ться запра́вить ледо́вая обстановка лю́бушка несоблюде́ние приплюсо́вываться распя́лочный сардони́чески хрящеви́на keif managerial revolution ride up swarthy-faced waffle iron зерноядный пояс призадуматься трибун ущербный