AVA

I
(Hamamlı)
ipdən toxunan gödək geyim. – Nənəm maηa ava toxuyur
II
(Çənbərək)
bax aba I
AUPAY
A:VA
OBASTAN VİKİ
Ava Qardner
Ava Qardner (ing. Ava Gardner; 24 dekabr 1922 — 25 yanvar 1990) — amerikalı aktrisa.
Ava Çelik
Ava Çelik (1990, Berlin) — Alman aktrisa.
Ava dövləti
Ava dövləti və ya Ava krallığı (birm. အင်းဝခေတ်) — 1364-cü ildən 1555-ci ilə qədər Yuxarı Birmada (Myanma) dominantlıq əldə etmiş krallıq. Birmanın şimalında, Myinge çayı üzərində, Çausxe vadisində yerləşirdi. Ava dövlətinin qurucusu Tadominbya (1364–1368) Birmada keçmiş Paqan krallığının torpaqlarını birləşdirməyə, şanları Birmanın mərkəzi hissələrindən çıxarmağa çalışırdı. Ava dövləti tərəfindən buddist məbədlər tikdirilmiş, monastır icması olan sanqhanı gücləndirilmiş, suvarma sistemi təkmilləşdirilmişdir. 1374-cü ildə Ava dövləti Arakanı, 1377-ci ildə Taunqu knyazlığını özünə birləşdirmişdir. 1373–1383-cü illərdə Şan və Pequ (cənubi Birma) dövlətləri ilə vuruşmuşdu, 1415-ci ildə İravadi deltasının qərb hissəsini tutmuşdur.Avada çəltikçilik və Çinlə karvan ticarəti inkişaf edirdi. Şri-Lanka ilə sıx əlaqə saxlanılmışdır. Həmçinin, Avada milli birman ədəbiyyatı yaranmışdır.Feodal üsyanları, Çin qoşunlarının istilaları (1446), Arakanın müstəqillik əldə etməsi (1430) dövləti zəiflətmişdi. 1527-ci ildə Ava şanlar tərəfindən, 1555-ci ildə Avanı yeni Birma dövlətinə daxil edən Taunqu sülaləsindən Bayinnaunun qoşunları tərəfindən tutulmuşdur.
Frau Ava
Frau Ava (alm. Frau Ava, Ava von Göttweig, Ava von Melk‎; təq. 1060, Aşağı Avstriya[d] – 7 fevral 1127) — orta əsr alman rahibə, dini şairə. O, alman dilində hər hansı bir janrda ilk dəfə əsər yaratmış qadın hesab edilir. Ava xristianlıqda xilas və Məsihin ikinci gəlişi mövzularına həsr olunmuş beş şeirin müəllifidir. Onun Vəftizçi İohann və İsanın həyatına dair əsəri "ilk alman dastanı kimi yüksək qiymətləndirimişdir" == Əsərləri == Vəftizçi İohann (alm. Johannes der Täufer‎) İsanın həyatı (alm. Leben Jesu‎) Antixrist (alm. Antichrist‎) Son hökm (alm. Das Jüngste Gericht‎) == İstinadlar == == Əlavə ədəbiyyat == Ланггут.
Ava rəqs festivalı
Ava rəqs festivalı (阿波踊り, Awa Odori) – Yaponiyada ən məşhur rəqs festivallarından biri. Rəqqaslar avqust ayının ortalarında olan Obon dövrünə diqqət çəkmək üçün küçələrə düşüb Bon rəqsi oynayırlar. Festival Şikoku adasındakı Tokuşima adasında keçirilir.Tokuşima hər il 12-15 avqust tarixlərində bu festivala ev sahibliyi edir. Bu festival nəsildən nəsilə ötürülən festivaldır. Festivalın 400 ildən çox yaşı var və kökləri Bon ənənəsindən törəmişdir. Festivalın ilk dəfə 1586-cı ildə Tokuşima daymyosu Haçisuka İemasanın Tokuşima qəsrinin inşasının başa çatmasını qeyd etmək üçün təşkil etdiyi böyük içki məclisi ilə başladığı güman olunur. Həmin tarixdən sonra festival illik festivala çevrilibmiş.Festival bütün şəhər miqyasında keçirilir. Önə çıxan əsas rəqs festivala adını verən Ava rəqsidir. Ava Tokuşimanın feodal adıdır. Festival boyunca kişilər, qadınlar, uşaqlar yukata geyinib küçələrə düşür və Ava Yoşikono mahnısının sədaları altında rəqs edirlər.
Ava (şəhər, Myanma)
Ava və ya İnva (birm. အင်းဝမြို့, birmanca tələffüz: [ʔɪ́ɰ̃wa̰ mjo̰] və ya [ʔəwa̰ mjo̰]) — Myanmanın şimalında, İravadi çayı üzərində şəhər. 1364–1783-cü illərdə və 1822–1837-ci illərdə Ava dövlətinin paytaxtı olmuşdur. Qədim buddist mədəniyyətinin mərkəzidir. == Coğrafiya == Ava indiki dövrdə kiçik bir şəhərdir. Mandalay yaxınlığında, Yuxarı Birmada yerləşir. == İstinadlar == == Xarici keçidlər == Innwa — a short story by Theippan Maung Wa 1931 inc.
Ava Li N'diaye
Ava Li N'diaye (15 yanvar 2000) — Seneqallı üzgüçü. Ava Li N'diaye Seneqalı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ava Li N'diaye birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. O, yarışı sona çatdıra bilmədi və yarımfinala vəsiqə qazanmadı.
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları iyun ayının 15 və 16-da Azərbaycan Respublikasının Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Təlim və İdman Mərkəzində keçirildi. Yarış çərçivəsində 15 dəst medal oynanıldı.
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları iyun ayının 15 və 16-da Azərbaycan Respublikasının Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Təlim və İdman Mərkəzində keçirildi. Yarış çərçivəsində 15 dəst medal oynanıldı.
Aleksandr Aleksandrov (avarçəkən)
Aleksandr Aleksandrov (9 aprel 1990, Sofiya) — Bolqarıstanı və Azərbaycanı təmsil edən idmançı. == Karyerası == Aleksandr Aleksandrov 2007-ci ildə Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatında fərdi turnirdə bürünc medalın sahibi oldu. 2010-cu ildə Azərbaycan Kanoe Federasiyası Aleksandr Aleksandrovu Azərbaycan yığmasının heyətinə cəlb elədi. Aleksandr Aleksandrov 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Aleksandr Aleksandrov bu idman növü üzrə Azərbaycan Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Fərdi turnirdə çıxış edən Aleksandr Aleksandrov olimpiada da iyulun 28-də mübarizə apardı. Təsnifat mərhələsinin C qrupunda çıxış edən Aleksandr Aleksandrov 6:48.80 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov altı idmançı sırasında üçüncü pillənin sahibi oldu və dörddəbir final mərhələsinə adladı. İyulun 31-də bu mərhələnin B qrupunda çıxış edən Aleksandr Aleksandrov 6:56.36 dəqiqə nəticə göstərdi və qrupu altı idmançı sırasında üçüncü pillədə başa vurdu. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov yarım-final mərhələsinə adladı.
Artemisia avarica
Artemisia avarica (lat. Artemisia avarica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Avanlibulaq
Avanlibulaq — 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində məzrə (əkin yeri). == Toponimik izah == "Avan" (əsli Aban) etnonimindən və "bulaq" sözündən ibarətdir. == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı: 1992.
Avanlı (Xudafərin)
Avanlı (fars. اوانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (7 ailə).
Avanpost
Avanpost (fr. avant-poste; hərfi tərcümə – ön oturacaq) — bəzi xarici ordularda keşikçi postu. XVII–XIX əsrlərdə Çar Rusiyasında tətbiq olunmuşdur. İstirahətdə və ya müdafiədə olan qoşunları qəfil hücumdan qorumaq üçün düşmən mövqeyi yaxınlığına göndərilirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия (БСЭ), Третье издание, выпущенной издательством «Советская энциклопедия» в 1969—1978 годах в 30 томах; А — Бюро военных комиссаров / [под общ. ред. А. А. Гречко]. — М. : Военное изд-во М-ва обороны СССР, 1976. — 637 с. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976—1980, т.
Avanqard
Avanqard (ing. Vanguard, fr. avant-garde, hərfi: avant — irəlidə; garde — gözətçi; öncül və baş gözətçi) — öndə gedən, qoşunun irəliləməsinə imkan yaratmaq üçün göznənilməz düşmən həmləsini, diversiyasını dəf edən, donamaya sipər olan hərbi qüvvə, qoşun və ya donama.
Avanqard (Odessa vilayəti)
Avanqard (ukr. Авангард) — Ukraynanın Odessa vilayətinin Ovidiopol rayonunda yerləşən şəhər tipli qəsəbə. == Coğrafiyası == Qəsəbə Ovidiopol rayonunun şimal-şərq hissəsində, Suxolimanskaya çayının yuxarı hissəsində yerləşir. Qəsəbə rayon mərkəzindən 30 km, Odessa şəhərindən isə 10 km uzaqlıqda yerləşir.. == Tarixi == Avanqard qəsəbəsi Ovidiopol rayonunun ən gənc yaşayış məntəqəsidir. Rəsmi olaraq, qəsəbə 22 may 1995-ci ildə qurulmuşdur. Ətraf sahələrdə tapılan kurqanlar qəsəbinin yerləşdiyi ərazinin tarixi olduğunu sübut edir. Qəsəbənin əsası XIX əsrin birinci rübündə qoyulmuşdur. Yerli sakinlər əkinçilik və heyvandarlıqla məşğul olurdu. Bu ənənələr regionun gələcəkdəki iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Avanqard (dəqiqləşdirmə)
Avanqard
Avanqard (incəsənət)
Avanqard (fr. avant-garde, hərfi mənası: avant — qabaq, irəli; garde — qorumaq, mühafizə etmək) XIX əsrin sonu, XX əsrdə qabaqcıl Avropa incəsənəti. == Yaranması, yayılması == "Avanqard" (fr.avant-garde) sözü Bodler dövründə, yəni XIX əsrin ortalarında yaranmış və öz epoxasının zövqünü qabaqlayan sənətkarlara şamil olunmuşdur. Musiqi kontekstində bu termin yalnız İkinci dünya müharibəsindən sonra, Bulez, Ştokhauzen, Berio, Nono, Ksenakis və XX əsrin ikinci yarısında fəaliyyət göstərən digər bəstəkarların musiqisi ilə əlaqədar istifadə olunmağa başladı. Tanınmış ingilis musiqişünası P.Qriffitsin təbirincə, eyni zaman kəsimində çalışan Amerika bəstəkarlarının yaradıcılığını səciyyələndirərkən adətən başqa terminlər tətbiq olunur. Məsələn, Con Keyc və onun ardıcıllarının yaradıcılığına bir qayda olaraq "eksperimental musiqi" termini şamil edilir. Karter və Bebbittə gəldikdə isə, Qriffitsin təbirincə, onları "avanqardın məftunedici xassəsi çətin ki, cəlb edir". == Rusiyada avanqard musiqi == Sovet (rus) musiqişünasığında avanqardın iki fazası, iki dalğası ayırd edilir. Y.Xolopovun təklif etdiyi dövrləşdirilməyə görə birinci dalğa 1908–1925-ci, ikinci dalğa 1946–1968-ci illəri əhatə edir. Birinci avanqard musiqiyə yeni tonallıq (Messian), mikroxromatika (Vışneqradski, Haba), yeni ritm (Stravinski, Berq), azad atonallıq (Yeni Vyana məktəbi), seriya və dodekafoniya (Şönberq, Vebern) ideyasını gətirmişdir.
Avanqard (kinematoqrafiya)
Avanqard (fr. avant-garde; fr. avant – əvvəl və fr. gard – keşikçi, mühafizəçi) — 1920-ci illərdə Fransada kommersiya kinematoqrafiyasından fərqli olaraq yaranan kinematoqrafiyanın inkişaf istiqaməti. "Avanqard" termini bəzən "eksperimental kinematoqrafiya" anlayışının sinonimi kimi istifadə olunur.Kino avanqardı innovativ ifadə vasitələrindən istifadə, bədii yaradıcılığa eksperimental yanaşma, çox vaxt klassik kino estetikasından kənara çıxmaqla xarakterizə olunur. Bu, Fransa, Almaniya və Rusiyada teatr, rəssamlıq və ədəbiyyatda ümumən innovativ cərəyanlarla sıx bağlıdır. Kino avanqard sənətkarlarının fəaliyyəti digər sənət növlərinin nəzəriyyəsinə əsaslanan kinematoqrafiya nəzəriyyəsinin inkişafı ilə bağlıdır. Avanqard kinoya tez-tez distribusiya baxımından art haus deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ежи Тёплиц. История киноискусства 1895-1928.
Avanqard (İşembay)
Avanqard (başq. Авангард, rus. Авангард) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 30 km, kənd sovetliyindən (Urqe Etkol): 8 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 47 km.
Avanqard Kursk FK
Avanqard (Kursk) - Rusiya futbol klubu 1946-cı ildə "Spartak" adı altında yaradılan klub 1973-cü ildən "Avanqard" adı ilə çıxış edir. 2007-ci ildə komanda Rusiya çempionatının 1-ci divizionunda çıxış edib. Həmin mövsümü 18-ci pillədə başa vuraraq, yenidən ikinci diviziona yuvarlanıb. 2009-cu ildə ikinci divizionun mərkəz zonasında mübarizə aparan "Avanqard" 2008 mövsümünü ikinci pillədə başa vurub.
Avanqardizm
Avanqard (fr. avant-garde, hərfi mənası: avant — qabaq, irəli; garde — qorumaq, mühafizə etmək) XIX əsrin sonu, XX əsrdə qabaqcıl Avropa incəsənəti. == Yaranması, yayılması == "Avanqard" (fr.avant-garde) sözü Bodler dövründə, yəni XIX əsrin ortalarında yaranmış və öz epoxasının zövqünü qabaqlayan sənətkarlara şamil olunmuşdur. Musiqi kontekstində bu termin yalnız İkinci dünya müharibəsindən sonra, Bulez, Ştokhauzen, Berio, Nono, Ksenakis və XX əsrin ikinci yarısında fəaliyyət göstərən digər bəstəkarların musiqisi ilə əlaqədar istifadə olunmağa başladı. Tanınmış ingilis musiqişünası P.Qriffitsin təbirincə, eyni zaman kəsimində çalışan Amerika bəstəkarlarının yaradıcılığını səciyyələndirərkən adətən başqa terminlər tətbiq olunur. Məsələn, Con Keyc və onun ardıcıllarının yaradıcılığına bir qayda olaraq "eksperimental musiqi" termini şamil edilir. Karter və Bebbittə gəldikdə isə, Qriffitsin təbirincə, onları "avanqardın məftunedici xassəsi çətin ki, cəlb edir". == Rusiyada avanqard musiqi == Sovet (rus) musiqişünasığında avanqardın iki fazası, iki dalğası ayırd edilir. Y.Xolopovun təklif etdiyi dövrləşdirilməyə görə birinci dalğa 1908–1925-ci, ikinci dalğa 1946–1968-ci illəri əhatə edir. Birinci avanqard musiqiyə yeni tonallıq (Messian), mikroxromatika (Vışneqradski, Haba), yeni ritm (Stravinski, Berq), azad atonallıq (Yeni Vyana məktəbi), seriya və dodekafoniya (Şönberq, Vebern) ideyasını gətirmişdir.
Avans
Avans (fr. avance — əvvəlcədən) və ya əvvəlcədən ödənilmiş xərclər — iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürən müəyyən pul və ya digər əmlak dəyəri. Avans ilə ilkin ödəniş qarışdırılmamalıdır. Bu terminlər ümumi xüsusiyyətlərə malik olmasına və üst-üstə düşən nəticələrə səbəb olmasına baxmayaraq, tamamilə fərqli hüquqi hərəkətləri təyin edir. Fərq ondadır ki, müqavilə yerinə yetirilmədiyi təqdirdə pozuntuya cavabdeh tərəf depoziti itirir (əmanət alan şəxs məsuliyyət daşıyırsa, onu ikiqat məbləğdə qaytarır). Bu qayda əvvəlcədən ödənişlərə şamil edilmir. Bundan əlavə, depozitdən fərqli olaraq, avans yalnız öhdəliyin icrası kimi köçürülür, lakin müqavilənin təminatı forması kimi deyil. == Haqqında == Kredit şərtləri ilə çatdırılma üçün əvvəlcədən ödəmə tələb olunur, ümumiyyətlə müqavilə dəyərinin 10-40% -i və son hesablaşmaya daxil edilir; 100% Avans nadir hallarda tətbiq olunur. Öhdəliklərin yerinə yetirilməməsi halında, əvvəlcədən ödəniş geri qaytarılır. Böyük müqavilələr olduqda, Avansın qaytarılması bank zəmanəti ilə təmin edilir.
Avans kapitalı
Avans kapitalı — istehsalın təşkilinə, avadanlığın alınmasına, sahibkarlıq fəaliyyətinə başlamasına mənfəət əldə etmək məqsədi ilə sərf olunan pul (və ya hər hansı digər əmlak). Müvəkkil kapitalın əmək vasitələrində — müxtəlif alətlərdə, avadanlıqlarda, tikililərdə təcəssüm olunmuş hissəsinə əsas kapital deyilir. Digər hissəsi — xammal və materialların dəyəri, əmək haqqı — dövriyyə kapitalına aiddir. Avans kapitalı (ing. advanced capital) — gəlir əldə etməzdən əvvəl bir layihəyə əvvəllər yatırılmış pul və ya əmlak dəyərləridir. Vəsaitlər, adətən, yeni bir müəssisənin yaradılması da daxil olmaqla, onun sonrakı həyata keçirilməsi üçün konkret tapşırıq üçün nəzərdə tutulmuşdur. İstehsal vasitələrinin əldə edilməsi, biznesin təşkili, gələcəkdə mənfəət gətirəcəyini vəd edən biznes layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan avans kapital. Başqa sözlə, avans kapitalı kapitala qoyulmuş avansdır. Belə kapital adətən konkret layihə üçün onun sonrakı həyata keçirilməsi (yeni müəssisənin, firmanın yaradılması, yeni biznesin təşkili) məqsədi ilə verilir.
Avanson (Yuxarı Alplar)
Avanson (fr. Avançon, oks. Avançon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05011. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 352 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 248 yaşda olan (15-64 yaş arasında) 172 nəfər iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.4%, 1999-cu ildə 71.4%). Fəal olan 172 nəfərdən 145 nəfər (80 kişi və 65 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi.
Avansər (Vərziqan)
Avansər (fars. اوانسر‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə).
Avant Browser
Avant Browser — Internet Explorer əsaslı bir web brauzer.
Avante!
Avante! (mənası – İrəli!) — Portuqaliyada gündəlik qəzet. Portuqaliya Kommunist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1931-ci ilin fevralında təsis edilmişdir. Qəzetin ilk nömrəsi 17 may 1974-cü ildə çıxmışdır. Qəzetin devizi – "Bütün ölkələrin proletarları birləşin!". Qərargahı Lissabondadır. == İstinadlar == == Əlavə ədəbiyyat == "Jornal "Avante!"". Partido Comunista Português. 21 April 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2005.
Avantekst
Avantekst (fr. l’avant-texte "dotekst, prototekst") — folklor mətninin mövcudluğunun əsas formasıdır. Folklor mətninin heç vaxt əsas variantı olmur, əksinə, həmişə mətnin bərabər variantları kompakt şəkildə mövcud olur. == Haqqında == Ədəbiyyatdakı avantekstin analoqu mətndir. Tərtib zamanı mətnə fərqli yanaşmalar nəşrin keyfiyyətinə birbaşa təsir edir. Bu fərqlilik xalq dilinin ədəbi dil xüsusiyyətləri ilə verilməsinə, mətnlərdə akustikanın pozulmasına, regional tələffüz əlamətlərinin yazıda itməsinə, mətnlərin nöqsanlı sistemləşdirilməsinə, şərti işarələrdən düzgün istifadə edilməməsinə və digər qüsurlara yol açır, pərakəndəlik yaradır. Elə buna görə də folklor materiallarının bu qaydalara ciddi əməl edərək, səhvlərə yol vermədən, vahidlik prinsipini gözləyərək tərtib edilməsi folklor tərtibçisinin əsas vəzifəsi olmalıdır. Folklorda mətnin müxtəlif variantları olur. Hansı şəraitdə gerçəkləşməsindən asılı olmayaraq, hər hansı bir söyləmə aktı söyləyicinin dünyagörüş və ifaçılıq səviyyəsini aşkarlamada önəmli gedişatdır. Söyləmə aktının həyata keçirilməsində bir çox vasitələr iştirak etsə də, qeyd şərtsiz demək olar ki, dil bu aktın icra olunmasında alternativsiz vasitədir.
Avanti!
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Avanti! (qəzet)
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Avantid
Avantid (q.yun. Ἀβαντίδας) — Sikion tiranı. O, Aratın atası Klininin e.ə. 264-cü ildə öldürülməsindən sonra taxta çıxmışdır. Avantid sui-qəsddən sonra Klininin qalan dost və qohumlarının sürgün edilməsini və ya edam edilməsini əmr etmişdir. Özü e.ə. 251-ci ildə öldürülmüşdür. Ölümündən sonra atası Pasey tiran olaraq onun yerinə keçmiş, lakin sonradan Nikokl Paseyi öldürmüşdür.

Значение слова в других словарях

вполруки́ загарпу́нить заподо́зривание изна́нка иллюзо́рность испове́сничаться поро́чить схвастну́ть ультрарадикали́стский уста́в щебету́шка перепако́вывать проклина́ть развали́ться чать dreamlike genius loci herdswoman massivity oculomotor playable pneumatically scope sphincter турбина