BADA

(Zaqatala)
əmiarvadı, əmidostu. – Bada, acmışam, bir az yemək ver
BAD
BADADİK
OBASTAN VİKİ
Bada
Bada (kor. 바다 — dəniz) — sensor ekranlı mobil telefonlar üçün platformadır. Samsung Electronics şirkəti tərəfindən SHP (Samsung Hand-Held Platform) platformasının üzərində davamı kimi hazırlanıb. == Tarix == İlk versiyası 10 noyabr 2009-cu ildə anons edilmişdir. Platformanın 1.0 versiyası və ilk bada-telefonu(badafon) Samsung Wave S8500 14 fevral 2010-cu ildə Barselonada təqdim olunmuşdur. 2010-cu ilin may ayında isə Samsung Wave S8500-in satışı başlanmışdır. Həmçinin bada SDK/IDE proqramm təminatının yaradılması üçün ilk alətlər vasitəsi istifadəyə verilmişdir. 15 fevral 2011-ci ildə bada 2.0 alfa versiyası nümayiş olundu. == Təsvir == bada bağlı tipli platformadı, hansında ki istehsalçının SDK-sını istifadə etməklə, yalnız bu platformada işləyən programlar yaratmaq mümkündür. bada çoxsəviyyəli arxitekturaya malikdir.
"Badamlı" mineral bulaqları
"Badamlı" mineral bulaqları — dəniz səthindən hündürlükdə, Dərələyəz dağ silsiləsi zirvəsinin arasından axıb keçən Salasuzçayın vadisində, Naxçıvan MR-nin Badamlı qəsəbəsindən cənubda mineral bulaqlar. Bulaqlar üst təbaşirin argillitləri və mergellərindən təşkil olunmuş və kiçik qırış və faylarla mürəkkəbləşdirilmiş antiklinal qalxımın tağında qərar tutmuşlar. Əsasən bu kiçik dislokasiyalarla əlaqədə üzə çıxan mineral sular qazlıdırlar (CO2 −1,4 q/l), minerallaşma dərəcəsiləri 3,3–7,2 q/l təşkil edir, kimyəvi tərkibi isə hidrokarbonat-sulfat-natrium-kalsiumlu olaraq "Narzan" tiplidir. Suyun ümumi debiti sutkada milyon litrdən çoxdur. Suyun tərkibində yod, brom, mis və borat turşusu var. Həm süfrə suyu kimi, həm də həzm sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. İstismar edilən bulaqların əsasında Qafqazda ən böyük "Badamlı" sudoldurma zavodu, eyni zamanda, həzm pozğunluğu problemləri olan pasiyentlər üçün müalicəxana fəaliyyət göstərir.
3 badam 1 qoz (film, 2017)
3 badam 1 qoz tammetrajlı bədii filmi rejissor Rafael Bağıroğlu tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Azərbaycanda ilk dəfə qara komediya janrında çəkilən filmdə əsas rolları Mənsur Şərif, Rəsul Abbas, Sabir Samiroğlu, Altun Mətləboğlu, Cəmilə Tağızadə, Nigar Babayeva, Mila Əminə, Sevinc Şirinova və Rövşən Kərimduxt ifa edirlər. == Məzmun == Film dörd dostun başına gələn tragikomik əhvalatlardan bəhs edir.
Acı badam
Acı badam (lat.
Adi badam
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara.Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar. Gülçiçəklilər fəsiləsindən alçaqboylu ağac və ya kol cinsi.
Alçaq badam
Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada əsasən meşə və səhralarda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir.
Azər Badamov
Azər Camal oğlu Badamov (18 avqust 1968, Düztahir, Qusar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı. == Həyatı == Azər Badamov 18 avqust 1968-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olub. 1985-ci ildə Bakı şəhəri 5 saylı kimya təmayüllü orta məktəbini bitirdikdən sonra D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İki il ordu sıralarında xidmət edib, 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1988–2009-cu illər ərzində "Azərittifaq"ın tikinti briqadasında fəhlə, şəhər mərkəzi xəstəxanasında mühasib-müfəttiş, DSMF rayon şöbəsində birinci dərəcəli müfəttiş, "Şahdağ" firmasında iqtisadçı vəzifələrində işləyib. Azər Badamov sahibkarlıq fəaliyyətilə də məşğul olub. Həmçinin, 2009–2010-cu illərdə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyib. == Siyasi fəaliyyəti == Azər Badamov Milli Məclisinin IV, V və VI çağırış deputatıdır. 2010, 2015, 2020-ci illərdə parlament seçkilərində 51 saylı Qusar Seçki Dairəsindən millət vəkili seçilib.İctimai birliklər və dini qurumlar komitəsi və Aqrar siyasət komitəsinin tərkibindədir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Badabe Surt
Badabe Surt bulaqları İranın Mazandaran ostanında Sari şəhristanının Orost kəndindədir.2009-cu ildə İranın ikinci milli təbiət abidəsi kimi qeydə alınmışdır.
Badakənd
Ələsgərli (1990-cı ilədək Badakənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Şəmkir rayonun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının sahilində, Kicik Qafqaz silsiləsinin ətəyindədir. Keçmış adı Badakənd ("samanlıqda olan kənd") olmuşdur. 1990-cı ildə kəndin adı Aşıq Ələsgərin Şərəfinə Ələsgərli adlandırılmışdır. Memorial toponimdir. == Tarixi == Əvvəlki adı Badakənd olan bu kənd Badaçayın (Zəyəmin qolu) sahilində, Kicik Qafqazın ətəyindədir. Oykonim bada və kənd sözlərindən düzəlib, "su arxının kənarında; çay kənarında olan kənd" deməkdir. Bəzi ədəbiyyatlarda səhv olaraq Badəkənd variantında verilmişdır. 1920-ci ilədək Zəngəzur mahalında Badabar adlı yaşayış məntəqəsi olmuşdur.
Badal Muradyan
Badal Muradyan (8 yanvar 1915, Çubuxçu, Eçmiədzin qəzası – 30 sentyabr 1991, İrəvan) — Ermənistan SSR Nazirlər Sovetinin 4-cü sədri. == Həyatı == 1966-cı il sentyabrın 30-da erməni elm və mədəniyyət xadimlərinin Naxçıvan və Dağlıq Qarabağla bağlı XXIII qurultaya ünvanladıqları məktub respublika KP MK bürosunda müzakirə edildikdən sonra birinci katib Anton Koçinyan və Ermənistan Nazirlər Sovetinin sədri Badal Muradyanın birgə imzası ilə Moskvaya geniş cavab göndərildi. Cavabdan aydın olur ki, əslində elm və mədəniyyət xadimlərinin adından XXIII qurultaya göndərilmiş müraciət elə Ermənistan rəhbərliyinin fikridir. Onlar Sov.IKP MK-ya yazırdılar ki, Ermənistan SSR-in elm və mədəniyyət xadimlərinin müraciətdə qaldırdığı məsələ birinci dəfə deyil və bundan əvvəl də, xüsusilə son vaxtlar böyük alimlər qurupu, yaradıcılıq birlikləri, ziyalıların nümayəndələri, fəhlələr, kənd təsərrüfatı işçiləri, tələbələr və digərləri bu məsələ ilə bağlı Sov.IKP MK və Ermənistan KP MK-ya çoxsaylı analoci məktub və müraciətlər göndəriblər. Məktub və müraciət müəlliflərinin fikrincə, bu torpaqların Ermənistana qaytarılması xalqlar arasında dostluğu daha da möhkəmləndirəcək, Lenin milli siyasətinin təntənəsini bir daha nümayiş etdirəcək. Koçinyan və Muradyan belə bir əhval-ruhiyyənin Dağlıq Qarabağ vilayəti əhalisi arasında yayıldığını və bunun ifadəsi kimi vilayətdən Ermənistan KP MK-ya əhalinin müxtəlif qruplarının çoxsaylı müraciətlər göndərdiyini vurğulayırdı. Onlar xatırladırdılar ki, erməni xalqı və digər xalqlar üçün ərazi məsələləri həyati əhəmiyyət kəsb edir. Bunu onlar Ermənistan ərazilərinin 2/3 hissəsinin, guya Ermənistanın qərb vilayətlərinin Türkiyə tərəfindən “qəsb” edilməsi ilə izah edirdilər. Koçinyan və Muradyan yazırdılar: “Indiki vaxtda Türkiyə tərəfindən ələ keçirilmiş torpaqların qaytarılması məsələsinin qoyulmasının məqsəduyğun olmadığı əhali tərəfindən anlayışla qarşılansa da, Qarabağ və Naxçıvanın Ermənistan SSR-ə qaytarılması ilə bağlı məsələlərdə biz ciddi çətinliklərlə üzləşirik”.
Badali
Badali — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Tarixi == 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yexnazut adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan xanlığının Göycə nahiyəsində Bədəli və Bədəlli adlı iki kəndin adı qeyd olunmuşdur. == Toponim == Yerli tələffüz şəkli Bədili. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt (kənd adı), həmin əyalətin Kızılyar dairəsində Bata-Yort (kənd adı) Azərbaycanda Yelizavetpol quberniyasında Badakənd, Badaçay, Badasu, Cavad qəzasında Badibad, Naxçıvanda Batabat, Talış-Lənkəran bölgəsində Badalan toponimləri ilə mənaca eynidir. XIX əsrdə Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı (qışlaq adı) toponimləri də bu sıraya aid edilə bilər. Musa Kalankatlının 'Alban tarixində V əsrə aid hadisə ilə əlaqədar olaraq Albaniyada Saz-Baday (saz qamışlıq deməkdir) kənd adı çəkilmişdir. (Alban tarixi, I kitab, 33-cü fəsil). == İstinadlar == == Həmçinin bax == İrəvan quberniyası Eçmiədzin qəzası Şimali Qafqaz == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan.
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Badam (Soyuqbulaq)
Badam (fars. بادام‎) - (az.-əbcəd بادام‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Badam kəndi Souyuq Bulaqın ən ucqar kəndi olaraq, elə həmin şəhərdən 50 km şimalda və Soyuq Bulaq-Qoşaçay avtomobil yolunun yaxınlığında yerləşir. == İqtisadiyyat == Əhalisi əsasən əkinçilik, meyvəçilik, quşçuluq və toxuculuqla məşquldur. Ancaq kəndlilərin əsas qazanc qaynağı buğda və arpanın əkib-becərilməsindən əldə edilən gəlirdir. == Mədəniyyət == Bu kənddə sünni olan kürdlər və şiə olan türklərin hər birinin özlərinə aid məscidləri vardır. Sünnilərin məscidi altmış il və şiələrin məscidi isə 20 ildiki xidmət göstərir. Sünni müsəlmanların məscidində 2004-ci ildə quruculq işləri aparılaraq yenidən inşa edilmişdir. Badamda bir ibtidai məktəb və bir orta məktəb fəaliyyət göstərir. Tədris farscadır.
Badam (yarımcins)
Badam noxud
Badam noxud - konfetəoxşar Azərbaycan şirniyyatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Badam taxtabitisi
Badam taxtabitisi (lat. Apodiphus amygdali Germ. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin rəngi qırmızımtıl olub, üzəri qara, batıq nöqtələrlə doludur. Başı düzbucaqlı şəkildə olub, qabağa çıxmışdır. Skul lövhələri qabağa çıxıb, dilçəyi onlardan onlardan qısa və aşağı basıq şəkildədir. Ona görə qabaqdan başın qurtaracağı üçbucaq şəklində görünür. Gözləri iri olub, başın qurtaracağında yerləşmişdir. Qalxancığı üçbucaq şəklindədir. Taxtabitilər içərisində bədəncə iri növlərdən biridir.
Badam xəmiri
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Badam yağı
Badam yağı — badam ağacının toxumlarından soyuq sıxma nəticəsində əldə edilmiş, açıq sarı rəngli, yüngül qoxulu və qoz dadında yağ. Badam yağında yüksək miqdarda doymamış yağ, kalsium, kalium, dəmir və manqan mövcuddur.
Badamağac
Badamağac — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac kəndi Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.
Badamağac bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Badambura
Badambura və ya badamlı borucuq - Azərbaycan mətbəxinə aid şirniyyat növüdür. Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Badambura bişirmək üçün buğda unu, xama, yumurta, çay sodası, maya, yaxud xəmir qabartması, badam, şəkər tozu, hil və kərə yağından istifadə olunur. Yoğrulmuş xəmir kündə lənir, yayılır, qat-qat yağlanır və kiçik dairələrə bölünür; hər dairənin arasına hil qatılmış iç (xırdalanmış badam və şəkər tozundan ibarət) qoyulur və kənarları bükülür. Sobada bişdikdən sonra üstünə şəkər tozu səpilir. == Lazım olan məmulatlar == Əla növ buğda unu - 410q, Xama - 185q, kərə yağı - 120q, badam - 220q, şəkər tozu - 180q, hil - 5q, şəkər kirşanı - 35q, maya - 10q, konyak - 3q, duz. == Hazırlanma qaydası == Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür.
Badamburma
Badambura və ya badamlı borucuq - Azərbaycan mətbəxinə aid şirniyyat növüdür. Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Badambura bişirmək üçün buğda unu, xama, yumurta, çay sodası, maya, yaxud xəmir qabartması, badam, şəkər tozu, hil və kərə yağından istifadə olunur. Yoğrulmuş xəmir kündə lənir, yayılır, qat-qat yağlanır və kiçik dairələrə bölünür; hər dairənin arasına hil qatılmış iç (xırdalanmış badam və şəkər tozundan ibarət) qoyulur və kənarları bükülür. Sobada bişdikdən sonra üstünə şəkər tozu səpilir. == Lazım olan məmulatlar == Əla növ buğda unu - 410q, Xama - 185q, kərə yağı - 120q, badam - 220q, şəkər tozu - 180q, hil - 5q, şəkər kirşanı - 35q, maya - 10q, konyak - 3q, duz. == Hazırlanma qaydası == Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür.
Badamdar
Badamdar — Bakının Səbail rayonunda qəsəbə. == Haqqında == Şəhərin cənubunda yüksəklikdə yerləşmiş Badamdar qəsəbəsi vaxtı ilə məşhur yayla olmuşdur. Bakıdakı kənd və məskun yerlərin adları əksərən fars sözləri ilə düzəldiyindən Badamdar da farsca badam olan yer deməkdir. Dar fars dilində yer, məkan bildirir. Bəziləri bu sözün badam dər mənası verdiyini iddia edirlər. Guya Şubanı dağları arxasında Güldər dərəsi sözü kimi ismin axırına dər əlavə etməklə yaradılmışdır. Əlbəttə, bu səhvdir. Badamdar sözünü ruslar Patamdar kimi tələffüz etməklə bəzi rəsmi sənədlərdə də bu yerin adı Patamdar kimi yazılır.1990-cı ildə qəsəbə statusu almışdır. Əhalisi 21,6 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır.
Badamdar bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Badamia commersonii
Hind badamı (lat. Terminalia catappa) — kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. == Sinonim == Badamia commersonii Gaertn. Buceras catappa (L.) Hitchc. Juglans catappa (L.) Lour. Myrobalanus catappa (L.) Kuntze Terminalia badamia sensu Tul. Terminalia badamia DC. Terminalia catappa var. chlorocarpa Hassk. Terminalia catappa var. macrocarpa Hassk.

Значение слова в других словарях

антоними́чески загни́ть кара́кулевый маркси́зм обса́лить переклёпывать санда́льный стрекоту́нья ба́ррель ледору́б натренирова́ться обваля́ть перештемпелёвывать anticorrodant chickadee Filipino frisson Loot photomicrograph rough-and-ready sample имитация лев многоречивый тучный