GALVAN
GAN
OBASTAN VİKİ
2K Games
2K Games – ABŞ videooyun şirkəti.
Aechmea gamosepala
Aechmea gamosepala (lat. Aechmea gamosepala) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Astragalus gambelianus
Astragalus gambelianus (lat. Astragalus gambelianus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Bethesda Game Studios
Bethesda Game Studios (azərb. Bethesda Oyun Studiyaları‎) — Kompüter oyunlarının inkişafında ixtisaslaşan, 2001-ci ildə yaradılan və valideyn şirkəti Bethesda Softworks olan ABŞ xüsusi şirkəti. Şirkətin loqosu və adı 2002-ci ildə, "The Elder Scrolls III: Morrowind" satışa çıxarılan zaman qurulmuşdur. Şirkətin rəhbəri icraçı prodüser Todd Hovarddır. Kanadanın Kvebek əlayətində yerləşən Monreal şəhərində ikinci bir studiya açılmışdır. == Tarix == "Bethesda Game Studios" 2001-ci ildə qurulmuşdur. 2002-ci ildə, "Bethesda Softworks" və "Bethesda Game Studios" nəşr edən və hazırlayan olaraq iki ayrı şirkət olanda "Bethesda Softworks"dakı bütün inkişafçılar "Bethesda Game Studios"a köçmüşdür. Keçmişdə bütün oyunlar "Softworks" diviziyası tərəfindən nəşr edilmişdir. "The Elder Scrolls IV: Oblivion" PlayStation 3 üçün satışa çıxarılandan sonra "Bethesda Softworks", "Bethesda Game Studios"un bütün oyunlarını nəşr etməyə başlamışdır. 2000-ci illərin ortalarında "Bethesda Game Studios"un iki komandası var idi — rol videooyunları hazırlayan və "International Hot Rod Association" üçün dreq-reysinq oyunları hazırlayan.
Bulbophyllum gamblei
Bulbophyllum gamblei (lat. Bulbophyllum gamblei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Computer Games Magazine
"Computer Games Magazine" — 1988–2007-ci illərdə nəşr olunan ABŞ videooyun jurnalı. 2000-ci ilə qədər jurnal "Computer Games Strategy Plus" kimi tanınırdı və Birləşmiş Krallıqda "Games International" adı ilə təsis edilmişdir. Jurnal geniş çeşiddə oyun platformalarını və janrlarını əhatə edirdi, lakin jurnalın əsas diqqəti strategiya oyunları idi. Jurnal videooyunlar üzrə ən uzunmüddətli dövri nəşrlərdən biridir. == Başqa ölkələrdə == "Computer Games Magazine " jurnalının Yunanıstan versiyası 2000-ci ilin iyunundan iyun 2008-ci ilə qədər nəşr edilmişdir. Jurnalın cəmi 92 nömrəsi çap olunmuşdur. Jurnalın Meksika versiyası çap olunurdu. == İstinadlar == == Ədəbiyyat == Harrison Gish. Computer Games Magazine // Encyclopedia of Video Games . 1 (сборник).
Computer Gaming World
"Computer Gaming World" — ABŞ videooyun jurnalı. 1981–2006-cı illərdə nəşr olunmuş jurnal sadəcə videooyunlar və geyminq sənayesinə həsr olunmuş ilk jurnallardan biridir. == Tarixi == "Computer Gaming World" 1981-ci ildə cənubi baptistlərin keçmiş keşiş Rassell Sayp tərəfindən təsis edilmişdir. O, "Strategic Simulations" tərəfindən istehsal olunmuş "Computer Air Combat" videooyununu oynayarkən qarşılaşdığı çətinlikləri düşünərək videooyunlar haqqında jurnal ideyasını əldə etmişdir. Sayp həmin ilin iyununda "Golden Empire Publications Inc." şirkətini təsis etmiş və noyabrda "Computer Gaming World" jurnalının ilk nömrəsi buraxılmışdır.1991-ci ildən jurnalın həcmi xeyli artmış, 1992-ci ilin noyabrında nəşr olunan 100 illik yubiley nömrəsində 196 səhifəyə çatmışdır. Elə həmin il Conni Vilson yeni baş redaktor olmuşdur. Sayp 1993-cü ildə jurnalı "Ziff Davis" şirkətinə satmışdır.1997-ci ilin dekabrında jurnalın həcmi 500 səhifəyə çatmışdır. 1999-cu ildə Vilson baş redaktor vəzifəsini tərk etmiş və onun yerinə Corc Cons gəlmişdir. 2002-ci ildə Ceff Green yeni baş redaktor olmuşdur.2 avqust 2006-cı ildə "Ziff Davis" şirkəti "Microsoft" ilə birlikdə verdiyi açıqlamada jurnalın bağlanacağını və onun əvəzinə "Games for Windows: The Official Magazine" jurnalının fəaliyyət göstərəcəyini elan etmişdir. Jurnalın sonuncu, 268-ci nömrəsi 2006-cı ilin noyabrında buraxılmışdır.
Computer and Video Games
"Computer and Video Games" (CVG) — Birləşmiş Krallıq videooyun jurnalı. Jurnal 1981-ci ilin noyabrından 2004-cü ilin oktyabrına qədər nəşr olunmuşdur."Computer and Video Games" 1980-ci illərin əvvəllərində jurnal ev videooyunları üçün artan bazarı işıqlandıran ilk jurnallardan olmuşdur. Jurnalın internet saytı 1999-cu ildə açılmış və 2015-ci ilin fevralında bağlanmışdır. == Golden Joystick Awards == Jurnal videooyunlar sahəsində nüfuzlu mükafat olan illik "Golden Joystick Awards"ın əsas təşkilatçısı olmuşdur.
Cricetomys gambianus
Qambiya sıçovulu (Cricetomys gambianus) — Nezomidlər fəsiləsinin Cricetomys cinsinə daxil olan gəmirici növü. Siçananabənzərlər altdəstəsinin ən böyük nümayəndələrindən biridir. Bədən uzunluğu təxminən 0,9 metr (3 fut) qədər böyümyür. Bununda təxminən yarısını quyruq hissəsi təşkil edir. Onlar gecə həyat tərzi keçirirlər. Böyük Səhradan cənubdakı ərazilərdə, Seneqaldan Keniyaya və Anqoladan Mozambikə qədər olan bölgələrdə yayılmışdır. Bəzən bu canlılar ev heyvanları kimi saxlanılır. Floridada təbiətə sızan siçovullar invaziv bir növə çevrilmişdir. == Xüsusiyyətləri == Qambiya siçovulunun görmə qabiliyyəti çox zəifdir. Bu səbəbdən qoxu və eşitmə qabiliyyətinə əsaslanır.
Danger Close Games
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. == Tarix == === DreamWorks Interactive (1995–2000) === "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
Dendrobium gamblei
Dendrobium aphyllum (lat. Dendrobium aphyllum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Limodorum aphyllum Roxb. (1795) (Basionym) Cymbidium aphyllum (Roxb.) Sw. (1799) Epidendrum aphyllum (Roxb.) Poir. (1810) Dendrobium cucullatum R.Br. (1821) Dendrobium pierardii Roxb. ex Hook. (1822) Dendrobium macrostachyum Lindl. (1830) Dendrobium tetrodon Rchb.f.
Doctor Who: The Adventure Games
Doctor Who: The Adventure Games — beş oyundan ibarət olan, «Doktor Kim» serialın əsasında yaradılmış macəra janrda videooyun seriyası.
Electronic Gaming Monthly
Electronic Gaming Monthly (qısa adı: EGM) — "Ziff Davis" müəssisəsi tərəfindən 1989-cü ildə istehsal olunmuş ABŞ jurnalı. 1994-cü ildə jurnalda resenziya ilə bərabər oyunların gizli kodları da nəşr olunmağa başlayır. Jurnal 2006-cı ildə loqotipini dəyişdirmişdir. "Ziff Davis" müəssisəsi bu jurnalı 2009-cu ilə qədər istehsal etmiş, sonradan "EGM" istehsalını dayandırılmışdır. Jurnalda video oyunlar haqqında resenziya göstərilir.
Epic Games
Epic Games, Inc. baş ofisi Şimali Karolina ştatının Kari şəhərində yerləşən Amerika videooyun və proqram təminatı tərtibatçısı və yayımcısıdır. Şirkət 1991-ci ildə Tim Suini tərəfindən Potomac Computer Systems kimi təsis edilib və əvvəlcə onun ailəsinin Merilend ştatının Potomak şəhərindəki evində yerləşirdi. İlk kommersiya videooyunu olan ZZT-dən (1991) sonra şirkət 1992-ci ilin əvvəlində Epic MegaGames, Inc adını aldı və o vaxtdan vitse-prezident vəzifəsini Mark Reyn icra edir. 1999-cu ildə baş qərargahını Kariyə köçürən studiyanın adı Epic Games olaraq sadələşdirilib. Epic Games Fortnite, Unreal, Gears of War və Infinity Blade seriyaları kimi daxili istehsal videooyunlarına da dəstək verən və kommersiya məqsədli oyun mühərriki olan Unreal Engine-nin inkişaf etdiricisidir. Unreal Engine 2014-cü ildə Ginnesin Rekordlar Kitabı tərəfindən "ən uğurlu videooyun mühərriki" seçilib.Epic Games, Chair Entertainment, Psyonix, Mediatonic və Harmonix oyun tərtibatçılarına, həmçinin bulud əsaslı proqram təminatçısı Cloudgine-ə sahibdir və Sietl, İngiltərə, Berlin, Yokohama və Seulda studiyaları idarə edir.
Fallout: A Post Nuclear Role Playing Game
Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı‎) — "Dragonplay" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir. Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOS və Mac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing.
GAMOH
GAMOH və ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı — İran azərbaycanlıları tərəfindən formalaşdırılmış millətçi təşkilat. hərəkatın əsas məqsədi İran azərbaycanlıları üçün öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi və "Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların birləşməsidir". Çöhrəqanlı 2020-ci ildə verdiyi müsahibədə hərəkatın 1995-ci ildə yaradıldığını bildirmişdir. == Yaradılması == Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir. Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.Çöhrəqanlı sonradan 600 min səs almasına rəğmən, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.2002-ci ildə CAMAH-da təşkilat daxili parçalanma baş vermiş və buna əsasın səsçoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır.
Gambusia
Hambuziya (lat. Gambusia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinə aid heyvan cinsi. Kiçik ölçülərə malik olan Şimali, Mərkəzi və Cənubi Amerika ərazilırinddə təbii şəkildə yayılmışdır. Növlərinin böyük qismi şirin sularda yaşayır. Bəziləri isə azduzlu və ya şor sularda yayılmışdır. Bu balıqlar Malyariya ağcaqanadının və digər infeksion xəstəliklərin sürfə və puplarını məhv etdiyindən bir sira regionlarda (Avropa, Avstraliya, Çin, Yaponiya, Havay adaları və Filippin adaları, Mərkəzi Asiya, Cənubi Qafqaz) iqlimləşdirilmişdir. Cinsə daxil olan bəzi növlər akvarium çəraitində belə saxlanıla bilir. İstisevər balıqlar olsalarda temperaturun 5 °C qədər enən ərazilərində belə yaşaya bilirlər. Onların hətta 0 °C temperaturu olan sularda yaşaması belə qeydə alınmışdır. Akvarium çəraitində digər balıqlarla birgə saxlanılması məsləhət görülmür.
Gambusia affinis
Adi hambuziya (lat. Gambusia affinis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin hambuziya cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Ağzını yalnız çənələrarası sümüklər haşiyələyir. Üzgəcləri yumşaqdır. Yan xətti yoxdur. Kiçik ölçülü (30 sm-dək), kütləsi 3 q-a qədər olan sümüklü balıqlardır. Dişləri konus və ya qıl şəklindədir. Quyruq gövdəsinin alt kənarı girdələnmiş və burada pulcuqların orta sırası uzanmışdır. Bunların erkəklərində anal üzgəcin ön şüaları cinsi əlaqə üzvünə çevrilmişdir. == Yayılması == Cənubi Amerika şirin su diridoğan balığı əvvəlcə Avropada, sonra isə başqa regionlarda, o sıradan Azərbaycanda iqlimləşdirilmişdir.
Gambusia holbrooki
Holbruk hambuziyası (lat. Gambusia holbrooki) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin hambuziya cinsinə aid heyvan növü. == Təsviri == Balıqlar bir qayda olaraq 3–5 sm uzunluğunda olur. Erkəklər isə dişilərdən ölçü baxımından kiçikdir. == Areal == Təbii arealı Şimali Amerikanın Nyu-Cersidən Alabama ştatlarına qədər olan bölgələırini əhatə edir. Qida rasionu ilə əlaqədar olaraq (malariya yumurtaları ilə qidalandığından) dünyanın bir çöx ölkələrinə introduksiya olunmuşdur. Onlar Gürcüstan, Rusiya və Ukrayna ərazisində də yayılmışdır. == Həyat tərzi == Hambuziyalar çox acğöz olmaları ilə seçilir. Gün ərzində, onlar bir neçə yüz milçək sürfəsini yeyə bilər. Bununla belə öz növlərinin də daxil olmaqla, digər balıqların kürüləri ilə qidalanır.
Game-Revolution
"GameRevolution" (əvvəllər "Game Revolution" və "Game-Revolution") və ya "GR" — 1996-cı ildə yaradılmış videooyun saytı. Mərkəzi qərargahı Kaliforniyanın Berkli şəhərində yerləşir. Buraya rəylər, resenziyalar, oyundaxili endirmə sahəsi, çitlər, mağaza, veb-komikslər, skrinşotlar və videolar daxildir. "GameRevolution" bu gün fəaliyyətdə olan ən köhnə videooyun xəbərləri və icmal saytlarından biridir. == Tarixi == Qərargahı Kaliforniyada yerləşən "Net Revolution, Inc." 1996-cı ilin aprelində Dyuk Ferris tərəfindən holdinq şirkəti və "Game Revolution" veb-saytının sahibi kimi təsis edilmişdir. Ferris 2005-ci ildə "Bolt Media, Inc." tərəfindən açıqlanmayan bir məbləğə satın alınana qədər şirkətin prezidenti vəzifəsində çalışmışdır. 1996-cı ildə qurulan "GameRevolution" veb-saytına gündəlik yüz minlərlə ziyarətçi daxil olur.
GameFAQs
"GameFAQs" — videooyunlar ilə bağlı tez-tez verilən suallara cavabları, həmçinin təlimatlar, məsləhətlər və digər məlumatları dərc edən internet portalı. == Tarixi == "GameFAQs" 1995-ci ildə proqramçı Ceff Vizey tərəfindən yaradılmışdır, lakin 2003-cü ilin mayında "CBS Corporation" tərəfindən satın alınmış və hazırda onların törəmə şirkəti "CBS Interactive" tərəfindən idarə olunur. Sonradan portal böyük uğur qazanmış və istənilən ziyarətçi tərəfindən redaktə edilə bilmək funksiyasına görə məzmunu xeyli artmışdır. Saytda təqdim olunan məlumatlar ilkin 8 bitlik "Atari" konsollarından tutmuş indiki generasiya və kompüter videooyunlarını, konsollarını əhatə edir. Bütün dəyişikliklər baş redaktor Allen "SBAllen" Tiner tərəfindən izlənilir və idarə olunur. "GameFAQs" haqqında müsbət rəylər "The Guardian" və "Entertainment Weekly" kimi nəşrlərdə dəfələrlə dərc edilmişdir. "Alexa Internet" şirkətinin 2009-cu ildəki statistikasına uyğun olaraq, portal dünyada ən çox ziyarət edilən üç yüz ingilisdilli saytın siyahısına daxil edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Официальный сайт GameFAQs (ing.) GameFAQs Archive (ing.) Secondary Boards FAQ (ing.) GameFAQsContests.com (ing.) WikiFAQs.netArxivləşdirilib 2018-03-30 at the Wayback Machine (ing.) Totilo, Stephen. "Meet The Man Who'll Make You A Smooth Criminal In San Andreas" (ingilis). MTV. 2006-01-24.
GameFan
"GameFan" (əvvəllər "Diehard GameFan") — ABŞ videooyun jurnalı. == Tarixi == "GameFan" 1992-ci ilin sentyabrında Tim Lindkvist, Qreq Off, Corc Vayzinq və Deyv Halderson tərəfindən yaradılmışdır. O dövrdə ABŞ-nin digər nəşrlərində yaxşı ekran görüntülərinin olmaması səbəbindən səhifə dizaynında oyun skrinşotlarından geniş istifadə edilməsi ilə diqqəti cəlb edirdi. Orijinal jurnal 2000-ci ilin dekabrında fəaliyyətini dayandırmışdır. 2010-cu ilin aprelində Halverson "GameFan"i hibrid videooyun və film jurnalı kimi yenidən işə salmışdır. Buna baxmayaraq, jurnalın fəaliyyəti qısamüddətli olmuş və bir çox daxili münaqişələrdən əziyyət çəkmişdir. == Qalmaqal == "GameFan" jurnalının 1995-ci ilin sentyabr nömrəsində yaponlar haqqında bir neçə alçaldıcı şərhdən ibarət məqalə çap olunmuşdur. Burada yaponlar üçün "kiçik cep bicləri" ifadəsindən istifadə edilmişdir. Bu, İkinci Dünya müharibəsi illərində ABŞ yaponlarını təhqir etmək üçün istifadə edilən irqi alçaldıcı ifadədir. Mətn idman mövzusundakı "College Football '96" videooyunu üçün hazırlanan resenziyalardan birinin bəndlərində yer almışdır."GameFan" rəhbərliyinin rəsmi izahatında baş verən hadisə yaramaz bir işçinin jurnalın Yaponiyadan olan auditoriyanı və azarkeş bazasını özündən uzaqlaşdırmaq üçün jurnalı sabotaj etməsi ilə əlaqələndirilmişdir.
GameInformer
Game Informer (qısa adı:GI) — "FuncoLand" müəssisəsi tərəfindən Avqust ayında 1991-ci ildə istehsal olunmuş ABŞ jurnalıdır. 2009-cu ildə bu jurnal ən böyük 12 jurnal siyahısına düşmüşdür. 2000-ci ildə ""FuncoLand" şirkəti "GameStop" tərəfindən alınmış və "Game Informer" jurnalı "GameStop" şirkəti tərəfindən nəşr edilir. "Game Informer" jurnalında video oyunlar haqqında resenziya dərc edilir.
GameNOW
"GameNOW" (bəzən "GN" olaraq qısaldılır) — ABŞ videooyun jurnalı. 2001-ci ilin noyabrından 2004-cü ilin yanvarına qədər Ziff-Davis tərəfindən nəşr olunmuşdur. Ümumilikdə 27 nömrə çap olunmuşdur. "GameNow" jurnalının məzmunu "PlayStation 2", "Xbox", "GameCube" və "Game Boy Advance" kimi videooyun konsollarına əlavə olaraq, fərdi kompüterləri də əhatə edirdi. "GameNOW" jurnalının kökləri 1994-cü ilin iyulunda "Electronic Gaming Monthly" jurnalı "EGM2" adlı spin-off jurnalını buraxmasına dayanır. "EGM²" mahiyyətcə "başqa bir EGM" idi, lakin burada resenziya bölməsi və idxal oyunlarına daha çox diqqət yetirilmirdi.
GamePro
GamePro Media — 1989-2011-ci ildə istehsal olunmuş ABŞ jurnalı. 1998-ci ildə jurnalın ilk rəsmi saytı çıxmışdır. Mərkəzi Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşib. "GamePro" jurnalında video oyunlar haqqında resenziya dərc edilirdi..

Значение слова в других словарях

биокиберне́тика доиска́ться микрохими́ческий повива́льник разврати́ть спотыка́ться шо́ркнуть как рыба в воде́ обрамле́ние рондо семенно́й фермента́ция экспроприи́роваться рушать bank-credit divinely endemicity explodable nitid pannierman pediculation remolade word-paint почитатель таинственный