Qabaxlı (Keşişkənd)
Qabaxlı, Canı-Qabaxlı, Aşağı Canı — keçmiş Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd.
== Tarixi ==
Toponim türk Qabaq tayfasının adına, mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "qabaq tayfasına mənsub yer, kənd" mənasını bildirir. F.Kırzıoğlu göstərir ki, yayı hazırkı Ermənistanda, qışı Qarabağda keçirən türk tayfalarından biri qabaq adlanırdı. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kənddə 1988-ci ilədək azərbaycanlılar yaşamış, azərbaycanlı əhalinin deportasiyasından sonra bura Qarabağdan köçmüş ermənilər yeləşdirilmişdir. 1990-cı illərdə kəndin adı Qoğtanik olaraq dəyişdirilmişdir. Hazırda Qoğtanik kəndi keçmiş Keşişkənd və Soylan rayonlarının ərazisi hesabına təşkil edilmiş Vayoc dzor mərzində (erm.