(Zaqatala)
ov. – Oğa-zada gidən olmazdı bizin dö:rümüzdə; – Gidəllərdi oğ oğlamağa
O:GƏR
OĞAL
OBASTAN VİKİ
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
117 saylı Oğuz-Qəbələ seçki dairəsi
2014 İquala kütlə oğurluğu
2014 İquala kütlə oğurluğu — 24 sentyabr 2014-cü ildə Ayotzinapanın Raúl Isidro Burgos Kənd Müəllimlər Kollecindən 43 şagird Meksikanın Querrero ştatının İquala şəhərində itiblər. Rəsmi araşdırma qəbul edir ki, onlar böyük ehtimalla öldürülüb.
Abant (Poseydonun oğlu)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Abdallı (Oğuz)
Abdallı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abdallı Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 43 kilometr şərqdə, Xaçmaz kəndinin şimalında, Qalaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən yüksəkliyi 900 metrdir. Oğuz rayonunda izi, sorağı tarixin dərinliklərindən gələn, bu torpağın qədim sakinlərindən xəbər verən toponimlərdən biri də Abdallı toponimidir. Tədqiqatçı E.Nuriyevin "Şəki-Zaqatala zonasının toponimiyası" adlı əsərində Oğuz rayonunun Abdallı kəndinin XIX əsrə aid məlumata görə həmin əsrin əvvəllərində Şəki qəzasının Qoruqlar kəndindən köçüb gələnlər tərəfindən salındığını qeyd etmişdir. Kəndin yaşlı sakinləri isə burada insanların məskunlaşmasının daha qədim tarixə malik olduğunu bildirirlər. Abdallı sözünün mənşəyi və mənası haqqında elmi ədəbiyyatda iki əsas mülahizə irəli sürülür. Bir sıra tədqiqatçılar bu sözü Yaxın və Orta Şərqdə Abdal adı ilə məlum olan sufi-dərviş icması ilə əlaqələndirirlər. İsveçrə şərqşünası Adam Mets ilk dəfə 1922-ci ildə nəşr olunan " Müsəlman intibahı" əsərində yazırdı ki, IV–X əsrlərin tarixçilərinə və şalnaməçilərinə müqəddəslərin xüsusi qrupu kimi yalnız abdallar məlum olmuşdur.
Abdurahmanov Rəcəb Çələbi oğlu
== Həyatı == Abdurahmanov Rəcəb Çələbi oğlu 25 yanvar 1952-ci ildə Şəki şəhərinin Baş Göynük kəndində anadan olmuşdur. O, 1970-ci ildə Şəki şəhəri Baş Göynük kənd 1 saylı orta məktəbini bitirdikdən sonra 1970-ci ildə Bakı Rabitə Elektrotexnikumunu (Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci) "Televiziya texnikası və radiorele rabitəsi" ixtisası üzrə təhsil almış və təhsil aldığı dövrdə 1971–1973-cü illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. 1975-ci ildə isə Neft və Kimya İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "İstehsalat proseslərinin avtomatlaşdırılması" fakültəsinə daxil olmuş və təhsil aldığı dövrdə 1976–1997-ci illər ərzində Rabitə Nazirliyinin (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Teleradio İstehsalat Birliyinin müxtəlif sahələrində mühəndis-texniki və rəhbər vəzifələrdə çalışmışdır. 1997–2001-ci illərdə Bakı şəhərində tikilərək yeni istifadəyə verilmiş Teleqüllə Kompleksinə və 2001–2004-cü illərdə Teleradio İstehsalat Birliyinə rəhbərlik etmişdir. 2004-cü ildən isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Radio və Televiziya Yayım Filialında rəis müavini kimi fəaliyyətini davam etdirmişdir. 17 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. == Təltifləri == 1987-ci ildə rabitənin inkişafı və müasirləşdirilməsi sahəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə "Fəxri Radist" döş nişanı, 2002-ci ildə rabitə sahəsində iş fəaliyyətinə, uzun müddət fasiləsiz olaraq işlədiyinə və verilən tapşırıqları layiqincə yerinə yetirdiyinə görə "Rabitə Ustası" adına layiq görülmüşdür. Növbəti illərdə isə radio-televiziya yayımı sahəsindəki fəaliyyətinə görə "Vətən" mükafatı laureatı, "Müstəqil Azərbaycan naminə" fəxri diplomuna və s. mükafatlara layiq görülmüşdür. == İstinadlar == Şahin Aydəmir "Göynük və göynüklülər" kitabı, səhifə 229–231, Bakı — 2008.
Adil Əli oğlu Tatarov
Adil Əli oğlu Tatarov (28 yanvar 1999, Qıraq Kəsəmən, Ağstafa rayonu – 20 may 2018, Günnüt, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Günnüt döyüşlərinin şəhidi. == Həyatı == Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulmuş və Qıraq Kəsəmən kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olmuşdur. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanmışdır. Adil Tatarov da 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda iştirak etmişdi. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Adil Tatarov 20 may 2020-ci ildə Şərur rayonunun Günnüt kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhid doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbirstanlığında son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidin müəllimləri, sinif yoldaşları, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Adil Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 22.05.2018 tarixli əmri ilə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunmuşdur.Adil Tatarov Azərbaycan Prezidenti İlham Əliyevin 29.05.2018 tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Agenor (Plevronun oğlu)
Agenor (q.yun. Ἀγήνωρ – "cəsarətli") — yunan mifologiyasında personaj. O, Plevron və Ksantippin oğludur. Onun arvadı əmisi qızı Kalidon, qızı Epikast, oğulları isə Porfaon və Demonika idi. Pavsani Agenorun oğlunu və Ledanın atası Festiyanın adlarını qeyd edir.
Alban məbədi (Oğuz şəhəri)
Müqəddəs Yelisey Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen Gergeś, rus. Церковь Святого Елисея) — keçmişdə Şərqi Pravoslav kilsəsi və Erməni Apostol Kilsəsi kimi fəaliyyət göstərmiş, hazırda Oğuz Tarix-Diyarşünaslıq Muzeyinə ev sahibliyi edən tikili. Oğuz şəhərində yerləşir. == Tarixi == Kilsənin tikilməsi haqqında iki fərqli nəzəriyyə mövcuddur. Bir versiyaya görə, yepiskop Pyotr Silikov tərəfindən 1822-ci ildə tikilib, lakin yerli udi etnoqraf Mixail Bejanova görə kilsəni inşa edən əcdadı İosif Bejanov idi. Buna baxmayaraq iki nəzəriyyə də tarixi və kilsənin aidliyini Şərqi Pravoslav kilsəsi olaraq qəbul edir. Gürcü tədqiqatçı Roland Topçişvilinin araşdırmasına görə, sonradan kilsə erməni kilsəsinin tabeliyinə verildi və Silikovlar ailəsinin bəzi üzvləri erməniləşdi, ehtimal ki, fərqli nəzəriyyələrin üzə çıxmasına da bu səbəb olub. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra kilsə fəaliyyətini dayandırıb. == Muzey kimi == Oğuz Tarix-Diyarşünaslıq Muzeyi 19 fevral 1981-ci ildə kilsə binasında yaradılıb və hazırda 4441 eksponat saxlanılır. Fəaliyyətə başladığı ilk illərdə əsas fondda cəmi 200 eksponat vardı.
Aleksandr Düma (oğul)
Aleksandr Düma (27 iyul 1824[…] – 27 noyabr 1895[…], Marli-le-Rua[d][…]) — Fransız yazıçı. == Həyat və yaradıcılığı == Aleksandr Düma 27 iyul 1824-cü ildə Fransada dünyaya göz açmışdır. Anası Mariya Katerina Labay, atası isə məşhur fransız yazıçı Aleksandr Dümadır. Gənc yaşlarından yazıçılığa yönəldiyi üçün təhsilini yarımçıq buraxmış Düma müxtəlif şeirlər, 15-ə yaxın roman, eyni zamanda bir çox pyeslər qələmə almışdır. Onun ən tanınmış əsəri atasının kef məclislərinin birində tanıdığı Marie Duplessis adlı xanımdan təsirlənərək yazdığı La Dame aux Camelias (Kameliyalı Qadın) adlı romanıdır. 1848-ci ildə nəşr edilən əsər daha sonra yazıçı tərəfindən pyes olaraq da qələmə alınmışdır. Pyesin bir çox yerdə səhnələşdirilməsiylə Düma məşhurluq qazanmışdır. Yazıçı 1895-ci ildə, 71 yaşında vəfat etmişdir.
Alim Əzəmət oğlu Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Arif Niftullayev (oğul)
Arif Niftullayev (21 aprel 1997; Rusiya, Moskva) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Həyatı == Arif Arif oğlu Niftullayev 1997-ci il aprelin 21-də Masallı şəhərində anadan olub. Onun atası Arif Niftullayev də güləşçi olub və 1978-ci il Dünya Çempionatının qalibidir. 2008-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Elnur Müzəffərovdur. == Karyerası == Arif Niftullayev 2014-cü ilin mayında Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Nəticələrə əsasən o, həmin turniri 11-ci pillədə başa vurdu.2016-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirini 14-cü pillədə başa vuran Arif Niftullayev, 2017-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 5-ci, Budapeşt şəhərində U23 Avropa Çempionatını 16-cı, Novi Sad şəhərində Avropa Çempionatını isə 10-cu pillələrdə başa vurdu.Arif Niftullayev 2019-cu ildə isə Tehran şəhərində Taxti Cup beynəlxalq turnirini gümüş medalla, Novi Sad şəhərində U23 Avropa Çempionatını 5-ci, Budapeşt şəhərində U23 Dünya Çempionatını isə 12-ci pillələrdə başa vurdu.Arif Niftullayev 2022-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 12-ci, Roma şəhərində Matteo Pellicone Turnirini 7-ci, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını isə 8-ci pillələrdə başa vurdu.Arif Niftullayev birinci ciddi uğuruna 2022-ci ilin 10-18 sentyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin birinci görüşündə Avstriya nümayəndəsi Daniel Qastlı 3:2, 1/8 final mərhələsində Litva təmsilçisi Vilius Laurinaitisi 8:0, 1/4 final mərhələsində isə Macarıstan nümayəndəsi Alex Szoni 10:2 hesabları ilə məğlub edən Arif Niftullayev, Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan təmsilçisi Kiril Milov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Niftullayev 3:0 hesabı ilə irəlidə olsa da, üstünlüyünü əldən verdi və rəqibinə məğlub oldu.
Arsen Lupen: Centlmen oğru
Arsen Lupen: Centlmen oğru (fr. Arsène Lupin, gentleman-cambrioleur) — Moris Lebank tərəfindən yazılmış Arsen Lupenin sərgüzəştlərindən bəhs edən kitab seriyasının birinci kitabı. Kitab ilk dəfə 10 iyun 1907-ci ildə nəşr olunmuşdur. == Hissələr == "Arsen Lupenin həbs olunması" ("L'Arrestation d'Arsène Lupin" 15 iyul 1905) — Amerikaya gedən gəminin sərnişinlərinin içində Arsen Lupenin də olduğu xəbəri yayılır. Göndərilən xəbərlə Lupenin sarışın və adının baş hərifinin "R" olduğu bilinir. Xəfiyyə Qanimard limanda gəminin gəlişini gözləyir. Beləcə gəmi limana çatanda Lupen tutulur. "Arsen Lupen həbsxanada" ("Arsène Lupin en prison" 15 dekabr 1905) — Qanimard Lupeni ziyarətə gəlir. Lupen tutulmasının səbəbi olaraq diqqətinin limanda gördüyü qadına yayındığını deyir. O, deyir ki, qadını sevməsəydi onu tutmaq mümkün olmayacaqdı.
Astraxanovka (Oğuz)
Çaldaş (əvvəlki adı: Astraxanovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astraxanovka kəndi Çaldaş kəndi adlandırılmışdır. == Tarixi == Çaldaş kəndi Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 45 kilometr cənubda, Acınohur alçaq ön dağlığı bölgəsində, Müqəddəsdağın (764 m) şərq tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 380 metrdir. Kəndi 1849-cu ildə Rusiyadan Azərbaycana köçürülmüş rus-molokanlar salmışlar. Zaman keçdikcə özləri ilə bu adı buraya gətirmiş ruslar kənddən köçüb getmiş, ad qalmışdır. == Toponimikası == Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Həştərxan vilayətindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Həştərxan" şəhəri və vilayətinin rusca adı olan "Astraxan" (yer adı) və rusca yer adlarında istifadə olunan "-ovka" şəkilçisindən ibarət olub, "həştərxanlılar, həştərxanlıların yaşadığı yer" mənasındadır.
Avropanın "oğurlanması" (film, 2015)
Avropanın "oğurlanması" qısametrajlı sənədli televiziya filmi rejissor İdris Heydərov tərəfindən 2015-ci ildə çəkilmişdir. Film islamofobiya problemlərinə — məscidlərə hücumlara, müsəlmanlara qarşı ayrı-seçkiliyə və Skandinaviya ölkələrində İslamın simasında düşmən obrazı yaradılması təşəbbüslərinə və cəhdlərinə həsr olunub. == Məzmun == Film islamofobiya problemlərinə — məscidlərə hücumlara, müsəlmanlara qarşı ayrı-seçkiliyə və Skandinaviya ölkələrində İslamın simasında düşmən obrazı yaradılması təşəbbüslərinə və cəhdlərinə həsr olunub.
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansara — Şuşa şəhərinin M. F. Axundov küçəsi, 31 ünvanında yerləşən karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. SSRİ dövründə karvansara Kolxoz bazarı kimi istifadə edilmişdir. == Tarixi == Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərində Firudin Şuşinski yazır: Şəhər Meydanının qərb hissəsində inşa edilmiş Mirsiyab oğlu karvansarası həm də məscidli karvansara kimi tanınırdı. Karvansarada bir neçə ticarət kontoru, otuza yaxın böyük və kiçik mağaza yerləşirdi. Bunlardan əlavə karvansarada bərbər, çəkməçi, dərzi, papaqçı və sair emalatxanalar da fəliyyət göstərirdi.
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansara — Şuşa şəhərinin M. F. Axundov küçəsi, 31 ünvanında yerləşən karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. SSRİ dövründə karvansara Kolxoz bazarı kimi istifadə edilmişdir. == Tarixi == Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərində Firudin Şuşinski yazır: Şəhər Meydanının qərb hissəsində inşa edilmiş Mirsiyab oğlu karvansarası həm də məscidli karvansara kimi tanınırdı. Karvansarada bir neçə ticarət kontoru, otuza yaxın böyük və kiçik mağaza yerləşirdi. Bunlardan əlavə karvansarada bərbər, çəkməçi, dərzi, papaqçı və sair emalatxanalar da fəliyyət göstərirdi.
Ağabala Ağasəid oğlu
Ağabala Ağasəid oğlu (1860, Bakı – 1928, Bakı) — tanınmış Azərbaycan xanəndəsi, muğam bilicisi. == Həyat və yaradıcılığı == Ağabala Ağasəid oğlu 1860-cı ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından şeirə, musiqiyə həvəs göstərmiş, fars dilini öyrənərək Yaxın Şərq poeziyası ilə tanış olmuşdur. 1880-ci illərdə Bakıda yaradılan və şair Ağakərim Salikin evində toplanan "Məcməüş-şüəra" ədəbi məclisinin şeir və musiqi ilə müşayiət olunan, poeziya və muğam barədə maraqlı müzakirələr keçirilən yığıncaqlarında iştirak etmiş və bütün bunlar onun sənətkarlığının inkişafına güclü təsir göstərmişdir. Ağabala Ağasəid oğlu əsasən muğam məclislərində çıxış edirdi.Ağabala Ağasəid oğlu şeiri, musiqini bütün sevən, qiymətləndirən xanəndə olmuşdur. Onun yaradıcılığının başlıca xüsusiyyəti söz seçmək, onu dinləyiciyə aydın çatdırmaq bacarığı olmuşdur. O, ifa zamanı kəlmə və ifadələri aramla, musiqi cümləsinin tempinə və xarakterinə uyğun oxuyurdu. Ağabala Ağasəid oğlunun ifasında "Bayatı-Şiraz", "Rast", "Şur", "Segah-zabul" muğamları təsirliliyinə görə xüsusilə fərqlənir. Xanəndə Şirin Axundov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Mirzə Fərəc Rzayev kimi tarzənlərin müşayiətilə çıxış etmişdir.
Ağadadaş Kərbəlayı oğlu
Ağadadaş Kərbəlayı oğlu (10 iyun 1926—13 dekabr 2008) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyat və əmək fəaliyyəti == Ağadadaş Kərbəlayı oğlu 1926-cı ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildə "Leninneft" briqada trestində başlamışdır. Səngəçal Qazma İşləri İdarəsinin ustası olmuşdur. 1950-ci ildən Sov.İKP üzvü olmuşdur. AKP 28-ci qurultayında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 24-cü qurultayının nümayəndəsi, SSRİ Ali Sovetinin (V və VI çağırış) və Azərbaycan SSR Ali Sovetinin (VII və VIII çağırış) deputatı olmuşdur. 23 may 1966-cı ildə sovet neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Ağadadaş Kərbəlayı oğlu 13 dekabr 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası I cild.
Ağamalı Kərbəlayi Miralı oğlu
Ağamalı Kərbəlayi Miralı oğlu — Qarabağın tanınmış din xadimi. == Həyatı == Ağamalı Kərbəlayi Miralı oğlu 1808 ildə Qarabağ xanlığında, Seyidli oymağında anadan olmuşdur. Təhsilini atasından almış, zəmanəsinin müdrik, hörmətli din xadimlərindən sayılmış, Seyidlinin imkanlı adamlarından olmuşdur. Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır. Ağamalı 1848-ci ildə, qırx yaşında Seyidli oymağında vəfat etmişdir. == Ailəsi == Ağamalı Yetər xanımla ailə həyatı qurmuş, Xırda adlı qızı, Mustafa, İbrahim, Camal adlı oğlanları dünyaya gəlmişdir. İbrahim (1842-1845) körpə yaşlarında dünyasını dəyişmişdir. Xırda (1841-...) Ağamalının ilk övladı və yeganə qızıdır. Seyidli oymağında anadan olmuşdur. Dini təhsil almış, Məşhədi ziyarət etdiyi üçün Seyidli oymağında Məşədi Xırda xanım adı ilə tanınmışdır.
Ağamalı Kərbəlayi Mirəli oğlu
Ağamalı Kərbəlayi Miralı oğlu — Qarabağın tanınmış din xadimi. == Həyatı == Ağamalı Kərbəlayi Miralı oğlu 1808 ildə Qarabağ xanlığında, Seyidli oymağında anadan olmuşdur. Təhsilini atasından almış, zəmanəsinin müdrik, hörmətli din xadimlərindən sayılmış, Seyidlinin imkanlı adamlarından olmuşdur. Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır. Ağamalı 1848-ci ildə, qırx yaşında Seyidli oymağında vəfat etmişdir. == Ailəsi == Ağamalı Yetər xanımla ailə həyatı qurmuş, Xırda adlı qızı, Mustafa, İbrahim, Camal adlı oğlanları dünyaya gəlmişdir. İbrahim (1842-1845) körpə yaşlarında dünyasını dəyişmişdir. Xırda (1841-...) Ağamalının ilk övladı və yeganə qızıdır. Seyidli oymağında anadan olmuşdur. Dini təhsil almış, Məşhədi ziyarət etdiyi üçün Seyidli oymağında Məşədi Xırda xanım adı ilə tanınmışdır.
Babam ve Oğlum (film, 2005)
Atam və oğlum (türkcə:Babam ve oğlum) — türk rejissor Çağan Irmakın çəkdiyi və Türk filmlərinin ən yaxşıları arasında sayıla biləcək bir film. == Məzmun == Türkiyədə 1980-ci il hərbi çevrilişi vaxtı anasını itirən Dəniz (çevrilişdən sonra bir çox valideynin övladına edam olunan Dəniz Gəzmişin xatirəsinə verdiyi ad) yeddi il sonra atası ilə birlikdə Ege bölgəsində yaşayan babasını görməyə gedir. İllərdir babasını görməməyinin səbəbi atasıyla babasının bir-birinə küsülü olmasıdır. Dənizin babası Hüseyn Əfəndi (Çetin Tekindor) oxumaq üçün göndərdiyi oğlunun siyasi hadisələrə qarışdığını eşidəndə onu oğulluqdan silir. Uzun müddət atası ilə küsülü olan Sadıq ata evinə oğlunu atasına əmanət etmək üçün qayıdır. Çünki Sadıq artıq oğlu Dənizdən ayrılmağa məcburdur.
Bacarıqsız oğrular (film, 2011)
Bacarıqsız oğrular (ingiliscə orijinal adı: 30 Minutes or Less) — 2011-ci ildə çəkilmiş Amerika komediya filmidir. Filmin rejissoru Ruben Fleischer olmuş, baş rollarda isə Cessi Ayzenberq, Denni Makbrayd, Əziz Ansari və Nik Svardson oynamışdır. O, Columbia Pictures tərəfindən çəkilmiş və Media Rights Capital tərəfindən maliyyələşdirilmişdir. == Süjet xətti == Nik (Jesse Eisenberg) pizza çatdıran kuryerdir. Təsadüfən bir gün o, iki quldur tərəfindən qaçırılır və 30 dəqiqə ərzində bank soymağa məcbur edilir.
Bahadur Mehralı oğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bayramxan bəy Abdulla xan oğlu
акциедержа́тель заокеа́нский ламу́ты пе́сенник по-иере́йски присыпа́ние техници́стка хиппо́вый испить полную ча́шу поскро́мничать посовеща́ться простели́ть рядиться в какой-л. мунди́р хо́ля бука корм edulcorate galloon ossify two-by-four велодром двухвёрстка детектив запаковывать мольба