ZAHI
ZAHMAN
OBASTAN VİKİ
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Alina Zahitova
Alina Zahitova ( tələffüzü rus. Алина Загитова; 18 may 2002, İjevsk) — rusiyalı fiqurçu. Alina Zahitova, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında bir qızıl və bir gümüş medal qazanıb. Alina Zahitova 2019-cu ildə Saitamada Dünya Çempionatlarının qızıl medalına sahib olub. 2018-ci ildə Rusiya Çempionatının qalibi olan Alina Zahitova, Avropa Çempionatlarında 2018-ci ildə qızıl, 2019-cu ildə isə gümüş medal qazanıb. ISU Qran-Pri Finalının 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medalçısı olan Zahitova, ISU Qran-Pri seriyalı yarışların Çin (2017), Fransa (2017), Finlandiya (2018) və Rusiya (2018) mərhələlərinin qalibi olub. Gənclər arasında isə 2017-ci ildə Dünya Çempionatının qızıl medalına sahib olan Zahitova, həmin mövsümndə həmdə gənclər arasında Rusiya Çempionatının, ISU gənclər arasında Qran-Pri Finalının və Avropa Yeniyetmələtinin Avropa Festivalının (EYOF) qalibi olub. Karyerası ərzində 26 yarışa qatılan Alina Zahitova, onların 17-də qızıl medal, 5-də gümüş medal, 1-də isə bürünc medal qazanıb. O, 2018-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib. Alina Zahitova Cənubi Koreya idmançısı Yuna Kimdən sonra Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran idmançıdır.
Altay Zahidov
Zahidov Altay Qulam oğlu — Azərbaycan jurnalisti. == Həyatı == Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974–1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür. Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır. Professordur.
Azad Zahid
== Bəstəkar. Musiqi tərtibatçısı. Aktyor == == Həyatı == 1957-ci il iyulun 27-də anadan olub. Azərbaycan, Frans – International, Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 1000-ə yaxın radio verilişlərin müəllifi (1993-2023). == ƏSƏRLƏRİ == Piano üçün Prelüdlər (1990); Piano üçün Variasiyalar (1992); Violonçel və piano üçün Sonata (1994); Piano və simli alətlər üçün Kvintet (1995); Xalq çalğı alətləri orkestri üçün 7 Pyes (1997); Kamera orkestri üçün Miniatürlər (1998); Simli orkestr və piano üçün «Matəm musiqisi» (2000). B.Vahabzadə, R.Rza, R.Heydər və b. şairlərin söz. mahnı və romanslar (1990–2001).
Azər Zahid
Azər Zahid (16 dekabr, 1980) — televiziya aparıcısı ve media rəhbəri. == Həyatı == Azər Zahid İsmayilov 1980 ci ildə dekabr ayının 16 – da anadan olub. Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra , 1997 ci ildə Azərbaycan Texniki Universitetinin Rabitə və Telekommunikasiya fakultəsinə daxil olub. 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 1 ay müddətində hərbi təlimləri mənimsəyərək ugurla imtahandan keçərək Hərbi Leytenant rütbəsinə yiyələnmişdir . 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətə çağırılmışdır. 2001 ci ildən 2004 ci ilə kimi Zabit rütbəsi vəsifəsində çalışmışdır. Ailəlidir, bir qız övladı var. == Fəaliyyəti == 2004 cü ildə özəl telekanallardan birində ANS televiziyasında radioda fəaliyyətə balamış , 2005 ci ildən isə adı çəkilən telekanalda tv proqramda canlı yayıma çıxmaqla gənclər üçün proqram hazırlayır. X-missiya , X-dans , X-xəbər proqramlarının müəllifi və rəhbəri olur. 2006 ci ildə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilən Var gücü ilə adlı telelayihədə 1- ci yerə layiq görülüb.
Bəhram Zahidov
Bəhram Zahidov (11 iyul 1951, Qaravəlli, İmişli rayonu) — 2004-2016-cı illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Hüquq Elmləri üzrə Respublika Problem Şurasının sədr müavini vəzifəsində çalışmışdır, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına mükafat laureatı, Respublika Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Hüquqşünaslar Birliyinin üzvü. == Həyatı == Bəhram Zahidov 1951-ci ildə İmişli rayonunun Qaravəlili kəndində anadan olmuşdur. Orta məktəbi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, SSRİ Baş Prokurorluğunun Sankt-Peterburq şəhərindəki İstintaq İşçilərini Təkmilləşdirmə İnstitutunu uğurla başa vurmuşdur. Qəsdən adam öldürmə ilə, narkobizneslə, terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizənin cinayət hüquqi və kriminoloji problemlərinə həsr edilmiş çoxsaylı əsərlərin müəllifi, beynəlxalq ekspertdir. Taleyində Heydər Əliyevin müstəsna rolu olduğunu tez-tez vurğulayan Bəhram Zahidov, deyir: == Fəaliyyəti == 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının aspirantı olmuş və 1999-cu ildə "Qısqanclıq motivi ilə qəsdən adam öldürmə, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının doktoranturasına qəbul edilmiş, BMT-nin və Azərbaycan hökumətinin sifarişi əsasında tədqiqatlar apararaq "Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri (cinayət-hüquqi və kriminoloji istiqamətlər)" mövzusunda doktorluq dissertasiyasını 22 oktyabr 2015-ci ildə BDU-nin nəzdində yaradılmış Dissertasiya Şurasında uğurla müdafiə etmiş və hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Qərarı ilə "Cinayət hüququ və kriminologiya, cəza icra hüququ" ixtisası üzrə professor elmi adı verilmişdir. 2003-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının, 2014-cü ildə Avropa Təbiət Elmləri Akademiyasının, 2015-ci ildə Rusiya Federasiyasının Hüquq Elmlər Akademiyasının, 2016-cı ildə Türk Dünyası Beynəlxalq Hüquq Akademiyasının həqiqi üzvü-akademiki seçilmişdir. Narkobiznes və terror üzrə Beynəlxalq Ekspertdir. 1975-1976-cı illərdə Sovet Ordusunda- Moskva hərbi dairəsində xidmətdə olmuşdur.
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu - Dekabrın 13-dən 15-dək Lənkəran şəhərində AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium. Lənkəranın yetişdirdiyi elm və hikmət sahiblərindən biri də Mövlana Cəlaləddin Rumi ilə eyni dövrdə- XIII əsrdə yaşamış olan məşhur müdrik Şeyx Zahid Gilanidir. Tam adı Şeyx Tacəddin İbrahim Zahid Gilani olan bu şəxs, 1218-ci ildə Lənkəranın Siyavrud (indiki Siyavar) kəndində doğulmuş və 1301-ci ildə vəfat edərək Lənkəranın Hilyəkaran (indiki Şıxakəran) kəndində dəfn edilmişdir. Şeyx Zahidin İranın Gilan əyalətində də türbələri var. Türbəsi Lənkəranda əsrlər boyu xalqın ziyarət yeri olan Şeyxin mistik həyat və mənəviyyatı Azərbaycan və İranla məhdudlaşmayıb hətta Anadoluya qədər çatmışdır. Belə ki,Şeyx Zahid Xəlvətiyyə, Səfəviyyə, Bayramiyyə, Cəlvətiyyə və s. kimi bir çox sayda sufi təriqətlərinin irşad silsilələrində yer almaqdadır. Azərbaycan, Türkiyə, İran və həmçinin Qərb ölkələrində Şeyx Zahid əfsanəvi həyatı, məsləhətləri, öyüdləri, bəyanları və kəlamları haqqında qaynaqlarda əks olunan müxtəlif tədqiqatlar aparılmışdır. Konfransın təşkilatçılarının məqsədi Şeyx Zahidin doğumunun 800-cü ilində xatirəsinin anılması məqsədilə onun mənəvi irsini öyrənən alimləri bir araya gətirilməklə fikir mübadiləsi aparılmasının, ortaya çıxan son tapıntıları paylaşmağın və gələcək işlər üçün yeni bir üfüq açılmasının lazım olduğu fikirindədir. Bu məzmunda Lənkəran şəhərində 11-13 oktyabr 2018 tarixləri arasında Türkiyə Respublikası Necmettin Erbakan Universiteti ilə Azərbaycan Respublikası Lənkəran Dövlət Universitetinin ortaq şəkildə təşkil edəcəkləri “Doğumunun 800-ci ildə Şeyx Zahid Gilani” mövzulu beynəlxalq simpoziumun əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.
Ehsan Zahidov
Ehsan Əflan oğlu Zahidov (1 iyun 1963, Şamaxı) — Azərbaycan Respublikası DİN-in Mətbuat xidmətinin rəisi (2017–2023), ehtiyatda olan polis polkovniki. == Həyatı == Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda anadan olub. 1970–1980-ci illərdə orta təhsilini Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə almışdır. 1982–1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil almışdır. Ailəlidir, 3 qızı və 1 oğlu var. == Fəaliyyəti == 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1990–1991-ci illərdə Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Fəzlullah xan Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Hacı əd-Din Zahid
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – Ələvi Talış alimi, mürşid. == Həyatı == Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Məhəmməd Zahid Şirvani
Məhəmməd Zahid Şirvani - şair == Həyatı == 1860-cı ildə Şamaxı qəzasının Alpout kəndində (bu kənd indiki Ağsu rayonun ərazisində, Bico kəndindən şimalda mövcud olmuşdur) doğulmuşdur. Bico kəndində Üsifli məhəlləsində olan qohumlarının yanında yaşamış və tez bir zamanda şerləri ilə məşhurlaşmışdır.
Məhəmməd Zahir şah
Məhəmməd Zahir Şah (15 oktyabr 1914[…], Kabil, Əfqanıstan əmirliyi – 23 iyul 2007[…], Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstanın sabiq kralı (1935-1973). == Həyatı == Məhəmməd Zahir Şah 15 oktyabr 1914-cü ildə Kabildə anadan olub. Məhəmməd Zahir Şah atasının ölümündən sonra 21 yaşında taxta çıxıb. 1973-cü ildə əmisi oğlu Məhəmməd Davud tərəfindən taxtdan devrilən kral İtaliyaya qaçıb və 29 il vətəndən kənarda yaşamalı olub. Kral öz ölkəsinə 2002-ci ildə qayıdıb. Əfqan xalqı onun hakimiyyətdə olduğu 40 ili ölkənin ən çiçəklənən dövrü hesab edirlər.23 iyul 2007-ci ildə vəfat edib.
Nazim Zahid
== Həyatı == 1 oktyabr 1960-cı ildə İmişli rayonu, Qaravəlili kəndində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. Orta məktəbdə oxuduğu dövrdən ədəbi yaradıcılıqla məşğul olur. Hal hazırda İmişli rayonu, Qafar Babaşov adına Qaravəlili kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışır. == Ədəbi uğurları == Xalq şairi Məmməd Araz onun yazılarını bəyənmiş və "Azərbaycan təbiəti" jurnalında şeirlərinin, hekayələrinin, məqalələrinin çap olunmasını məsləhət bilmişdir. Şair Nazim Zahid "Yağış altda yol gedirəm", "Yarımçıq monoloq", Yarımçıq nəfəsdi ömür", "Girov Qan" adlı kitabların müəllifidir. Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Yazıçılar birliyinin Aran bölməsinin nəzdində yaranmış "Duyğu" ədəbi birliyinin sədridir. "İti qələm" Respublika ədəbi birliyinin də üzvü olan Nazim Zahid ədəbi yaradıcılığına görə "İti Qələm" fəxri diplomuyla təltif olunub. 2004- 2009-cu illərdə nəşr olunan "Səmərə" adlı müstəqil qəzetinin təsisçi və baş redaktoru olub.
Nazim Zahirov
Nazim Həmzə oğlu Zahirov (25 iyun 2001; Bakıxanov, Sabunçu rayonu, Bakı, Azərbaycan — 1 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Nazim Zahirov 25 iyun 2001-ci ildə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində anadan olmuşdur. Orta təhsilini 2007-2018-ci illərdə 310 saylı orta məktəbdə almışdır. 2018-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə daxil olmuşdur. 2019-cu ildə həmin liseyi bitirmiş, həmin ilin 2 iyulunda hərbi xidmətə yollanmışdır. Goranboyda xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Nazim Zahirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Zahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nazim Zahirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nazim Zahirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nur Zahir
Nur Zahir (ing. Noor Zaheer) — Hindistan solçu feminist yazıçısı. Zahir Arvind Kecrivalın rəhbərlik etdiyi Delhi Urdu Akademiyasının üzvüdür. == Ədəbi karyera == Nur Zahir qısa hekayələri və ədəbiyyatı vasitəsilə XX əsrin mütərəqqi urdu müəlliflərindən qalan sosial-iqtisadi problemlərə diqqət yetirir. O, İsmət Çuğtayın urdu dilindəki "Hai Pairahan" memuarını ingilis dilinə tərcümə etmiş və həmçinin, 2017-ci ildə Laknauda keçirilən teatr festivalında "Kahani Ki Kahani, İsmat Ki Zabaani" tamaşasını idarə etmişdir. == Sosial fəaliyyəti == Zahir şifahi mədəniyyətin sənədləşdirilməsinə və Hindistanın Himaçal Pradeşində yerləşən buddist monastırlarının bərpasına töhfə vermişdir. == Əsərləri == Z̤ahīr, Nūr. My God is a Woman. India, Vitasta Pub., 2008. ISBN 9788189766528 Z̤ahīr, Nūr.
Qasıməli Zahirnejad
Qasıməli Zahirnejad (1924, Ərdəbil – 13 oktyabr 1999, Tehran) – İranın Azərbaycan əsilli hərbçisi və general-mayoru. == Həyatı == Qasıməli 1924-cü ildə Ərdəbil şəhərində anadan olmuşdur. 1999-cu ildə ürək tutması nəticəsində vəfat etmişdir. Tehran şəhərində Behişti-Zəhra məzarlığında dəfn edilmişdir. === Təhsili === 1951-ci ildə İmam Əli Hərbi Universitetini bitirmişdir. == Karyerası == O, 1973-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdır, lakin 1979-cu il İran İslam inqilabından sonra yenidən orduda xidmət etməyə çağırılmışdır. Beləliklə, Urmiyadakı 64-cü diviziyaya komandan təyin edilmişdir. 1980-ci ildə general rütbəsi verilməklə İran jandarmasının komandanı təyin edilmişdir. 1981-ci ildə İran nizami ordusunun baş qərərgah rəisi təyin edilmişdir.İran-İraq müharibəsi zamanı onun israrla bəzi taktikalar izləməsi İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər şəxsləri ilə arasında toqquşmalar yaşanmasına səbəb olmuşdu. 1989-cu ildə general-mayor rütbəsinə yüksəldilmişdir.
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Qənimət Zahidov
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Rindü-zahid
Rindü-zahid - Məhəmməd Füzuli tərəfindən, fars dilində yazılmış tərbiyyəvi xarakterli, nəsrlə yazılmış iki baxışın dialoqudur. == Haqqında == Füzulinin “Rindü-zahid” əsəri gənclərin və yeniyetmələrin peşə seçmələri, elm və təhsilə yiyələnmələri, tərbiyə məsələləri baxımından diqqəti çox cəlb edir. Əsər fars dilində ata və oğlunun mükaliməsi şəklində nəsrlə yazılmış irihəcmli bir hekayədir. Hər bir mükalimənin nəticəsi kiçikhəcmli şeirlə yekunlaşır. Əsəri diqqətlə oxuduqda gözümüz qarşısında dolğun pedaqoji mənzərə canlanır. Tarixin bütün dövrlərində və bu gün də cəmiyyət qarşısında duran gənclərin tərbiyəsi, elm, savad qazanması, peşəyə yiyələnməsi və gələcəyini müəyyən etməsi diqqət mərkəzində olmuşdur. “Rindü-zahid” əsəri də tamamilə bu məsələyə həsr olunmuşdur. Əsərdəki maraqlı cəhətlərdən biri budur ki, şair bütün bu tərbiyə məsələləri fonunda dövrünün eybəcərliklərini, adi adamların ağır vəziyyətdə yaşamasını, dövlət məmurlarının öz vəzifələrindən istifadə edərək çoxlu sərvət toplamalarını, xalqı soymalarını çox ustalıqla ifşa edir. Əsərin həm mükalimə üslubunda yazılması, həm də peşə-sənət seçiminə, tərbiyə məsələlərinə həsr olunması bədii bir priyomdur. Şair bu üsuldan istifadə edərək öz tənqidlərini bildirir, həm də özünü köhnəpərəst, mühafizəkar, qatı dindarlardan, yüksək rütbəli məmurlardan mühafizə edir.
Sakit Zahidov
Mirzə Sakit (19 oktyabr 1959, Şamaxı) — Azərbaycanlı satirik şair. == Həyatı və karyerası == Sakit Zahidov (Mirzə Sakit) 1959-cu il oktyabrın 19-da Şamaxının Meysəri kəndində anadan olub. Hal-hazırda Fransada yaşayan Qənimət Zahidin qardaşıdır. Evlidir, beş uşağı var. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb. 2009-cu il aprel ayında həbsdən amnistiya ilə azad edilmişdir. Həbsdən çıxdıqdan sonra Almaniyanın Hamburq şəhərinə mühacirət etmiş, bir il yaşadıqdan sonra Belçikaya köçmüşdür. Hal-hazırda Belçikada yaşayır və tənqidi-satirik yazılar yazmaqda davam edir. 2011-ci ilin may ayınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur.
Tahir Zahidov
Tahir Zahidov (10 fevral 1979) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Tahir Zahidov 1994-cü ildə Birləşmiş Ştatlarda, 1995-ci ildə isə Macarıstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatlarının qalibi oldu. 1995-ci ildə Praqa şəhərində (Çexiya) Dünya Çempionatını 20-ci pillədə başa vuran Tahir Zahidov 1996-cı ildə Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını 8-ci pillədə başa vurdu.Tahir Zahidov 1996-cı ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. İyulun 20-də mübarizə aparan Tahir Zahidov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə 1992-ci il Barselona Olimpiadasının qalibi olan Almaniya nümayəndəsi Oleq Kurçenxo ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:10 hesabı ilə məğlub olan Tahir Zahidov, mübarizəni təsəlliverici qrupda davam elədi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Yəmən nümayəndəsi Abdulla Al-İzani oldu. Rəqibinə 11:0 hesabı ilə qalib gələn Tahir Zahidov, qrupun növbəti mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi İtaliya nümayəndəsi Francesco Kostantino oldu. Bu görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olan Tahir Zahidov, Atlanta Olimpiadasıı 14-cü pillədə başa vurdu.Olimpiadadan sonra Tahir Zahidov 1996-cı ildə Polşada gənclər arasında Dünya Çempionatını altıncı pillədə başa vurdu.1997-ci ildə isə Tahir Zahidov İstanbul şəhərində gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olsa da, həmin il Finlandiyada baş tutan gənclər arasında Dünya Çempinatını dördüncü pillədə başa vurdu.1998-ci ildə Albaniyada baş tutan gənclər arasında Avropa Çempionatında dördüncü pillədə qərarlaşan Tahir Zahidov 1999-cu ildə Budapeşt şəhərində (Macarıstan) gənclər arasında Avropa Çempionatının qızıl, Buxarest şəhərində (Rumıniya) gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu. 1999-cu ildə idmanla vidalaşdı.
Vilayət Zahirov
Vilayət Həsən oğlu Zahirov (d. 1958, Şərur rayonu) — Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olmuş, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləmişdir. 1995–2004-cü illərdə V. Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru vəzifələrində çalışmışdır. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respulikasının Konstitusiya dövlət quruluşunun qorunmasında, xüsusi təhlükəli dövləti cinayətlər üzrə istintaqın aparılmasında, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə "İgidliyə görə" medal ilə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiyinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə respublika Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 20 noyabr 2015-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Hüquq mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, ədliyyə sisteminin inkişafına layiqli töhfələr verərək qulluqda xüsusi fərqləndiyinə görə "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı və bir sıra digər medallarla təltif edilmişdir.
Vəsilə Zahidova
Zahidova Vəsilə Alı qızı (10 mart 1922, Yuxarı Şilyan, Göyçay qəzası – 2 may 2005, Ucar) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Zahidova Vəsilə 10 mart 1922-ci ildə indiki Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943-1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
Zahid Abdullayev
Zahid Abdullayev (tam adı: Zahid Abdulla oğlu Abdullayev; 5 mart 1959, Yataqoba, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1959-cu il martın 5-də Xaçmaz rayonunun Yataqoba kəndində anadan olmuşdur. Bakı Elektrik Maşınqayırma zavodunda fəhlə işləmişdir. Həmin zavodda işləyən Zeynəb Abdullayeva ilə ailə həyatından Ramil və Tural adlı oğulları və Ramilə adlı qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Səlyan kazarması istiqamətində başından aldığı güllə yarasından həlak olmuşdur.[1]Xaçmaz rayonunun Yataq-oba kənd qəbiristanlığında dəfn edilmişdir. == Ünvanı == Bakı, Profsoyuznaya küçəsi 97, mənzil 106. == Xatirəsi == Doğulduğu kənddə yerləşən tam orta məktəb onun adını daşıyır. == Qeyd == ^ Rafiq Səməndər öz kitabında hadisənin avtobusun xaricində, Qulu Kəngərli isə avtobusun daxilində olduğunu qeyd etmişdir.
га́мкнуть дегуманиза́ция ископа́ть купе́ль повествова́тельность подотчёт рестрикти́вный сто́йко теплопрово́дный кре́мниевый ли́шний нудить одновременно призы́вно пушту́нка расще́лина висок теплый optional overcrop self-care sequencing unremarked биофизик восьмиугольный