ANALYSE

v 1. təhlil / analiz etmək; to ~ carefully / profoundly / chemically / scientifically diqqətlə / dərindən / kimyəvi baxımdan / elmi baxımdan təhlil etmək; If we analyse water, we find that it is made up of two parts of hydrogen and one part of oxygen Əgər biz suyu təhlil etsək məlum olar ki, o, iki hissə hidrogendən və bir hissə oksigendən ibarətdir; 2. qram. təhlil etmək (cümləni)

ANALYSABLE
ANALYSIS
OBASTAN VİKİ
Accélérateur Grand Louvre d'analyse élémentaire
AGLAE (fr. Accélérateur Grand Louvre d'analyse élémentaire) – Parisdə yerləşən Luvr muzeyinin şüşə piramidasının altında, 15 metr dərinlikdəki zirzəmidə saxlanılan muzeyin zərrəcik sürətləndiricisi. 1988-ci ildən bəri muzeyin bir parçasıdır.Araşdırmaçılar əsərlərin hazırlandığı maddələri öyrənmək və orijinallıqlarını təsdiqləmək üçün AGLAE-nin proton və alfa zərrəcik şüalarını istifadə edir. Bir obyektin tərkibindəki elementlərin miqdarı və kombinasiyaları, mineralın çıxarıldığı mədənlərə və obyektin nə vaxt hazırlandığına dair barmaq izi kimi məlumat verə bilər. == İstifadəsi == Alimlər AGLAE-dən Fransız hökumətinin Napoleon Bonaparta hədiyyə etdiyi bir qılınc qınının təmiz qızıldan hazırlandığını yoxlamaq (həqiqətən elə idi) və "Oturmuş Katib" adlı 4500 illik Misir heykəlinin canlı kimi görünən gözlərindəki mineralları müəyyən etmək üçün də istifadə etdilər (qara qaya kristalı, ağ maqnezium karbonat və damarlar üçün də qırmızı dəmir oksid). Bu, müvafiq araşdırma sahəsi üçün istifadə edilən yeganə zərrəcik sürətləndiricisidir.Maşını idarə edən qrupun rəhbəri Kler Paçekodur. Paçeko Bordo Universitetində antik əşyalar sahəsində doktorluq dərəcəsi almaq üçün AGLAE-də ion-şüalanmaları analizləri ilə işə başlamışdır. 2011-ci ildə qrup lideri olan Paçeko sürətləndiricini üç mühəndisdən ibarət olan komandayla birlikdə idarə edir. Fiziklər və mühəndislər araşdırmalarını kuratorlar və sənət tarixçiləri ilə birlikdə aparır.AGLAE-nin ən əhəmiyyətli xüsusiyyətlərindən biri əsərlər üzərində tədqiqat aparılarkən zərər verməməsidir. Əgər söhbət mədəni mirasdan gedirsə bu ilk prioritet olur.

Значение слова в других словарях

аритми́чный в состоя́нии карача́евка обка́танный видеосисте́ма запреща́ть изве́риться конвенцио́нный мя́тый пар неуси́дчивый перепроизво́дство по́дданная пое́ние лупа тыл -log Baldie creditworthiness felt-lined inscrutable speary unloveable женатый инквизиторский тревожный