APOLLO

Apollo

n Apollon (qədim yunan əsatirində qəhrəman); gözəl kişi / oğlan

APLASTIC
APOLOGETIC
OBASTAN VİKİ
Apollo
Apollo — İsveçrənin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Timebelle qrupu "Apollo" mahnısı ilə İsveçrəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı İsveçli bəstəkarlar Elias Noslin, Nikolas Qüntardt və Alessandra Qüntardt tərəfindən yazılmışdır.
Apollo 11
Apollon 11 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi. 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır".
Parnassius apollo
Adi apollon (lat. Parnassius apollo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açıq halda 70–94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir. Yenicə pupdan çıxmış kəpənəklərdə qanadlar əvvəlcə sarımtıl olur.
At the Apollo
At the Apollo Arctic Monkeys tərəfindən İngiltərənin Mançester şəhərində çəkilmiş 2007-ci il dünya turunun yekun konsertinin canlı albomu və video buraxılışı.
Adi apollon
Adi apollon (lat. Parnassius apollo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açıq halda 70–94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir. Yenicə pupdan çıxmış kəpənəklərdə qanadlar əvvəlcə sarımtıl olur.
Afrodisiaslı Apolloni
Karyalı Apollonius və ya Afrodisiamlı Apollonius — antik Afrodisias kəndində yaşamış bir rahib və tarixçidir. Əsərlərinin əksəriyyəti itmiş və ya dəəyişdirilmişdir. Afrodisialda tapılan antik əşyaların üstündə yazılan məlumatlardan aydın olur ki, o baş rahib imiş. Afrodit və ya Əfəsli Diananin bağçasına nəzarətçi imiş. Karyalı Kusaoris və ya İdris və Stratoni haqqında bir əsər yazmışdır. O, İskəndəriyyə şəhəri haqqında ümumi coğrafiyası haqqında kitab yazmışdır. Tarixçi Stefanda onun əsərləində yer almışdır. Afrodisialıda tapılan qalıqlarından Menander adlı oğlu olduğu deyilir. Kənd sakinlərinin ayrıca Afrodisialı başqa kəndlərində vətəndalar onun vacib insanlardan olduğunu söyləmişdir.
Apollon
Apollon (yun. Ἀπόλλων; lat. Apollo mənası işıq; şüa) yunan mifologiyasında ikinci nəsil tanrısı, Zevsin və Letonun oğlu, Artemidanın əkiz tayı — qardaşı. 12 Olimp tanrısından biridir. İşıq, kəhanət, şeir və musiqi tanrısı, oxçuların hamisidir. O həm də həkimliyin tanrısıdır. Həkimliyi insanlara o öyrətmişdir. Yoluxucu xəstəlikləri o göndərir və o sağaldır. Simvolları dəfnə, yay, lira, delfin və qarğadır. Apollon biseksualdır.
Apollon-11
Apollon 11 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi. 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır".
Apollon (mifologiya)

Apollon (yelkənciklər)
Apollon 1
Apollon-1 NASA-nın Apollon proqramlarından birincisidir. Apollon-1 insanın ilk dəfə aya uçması cəhdidir. Bu layihənin hazırlanmasına 1967-ci ildə başlanılıb, amma həmin il yanvar ayının 27-də Apollon-1-in ilk sınağı zamanı raket alışıb yanıb və bunun nəticəsində üç kosmonavt həlak olub. Bu hadisədən sonra NASA Apollon raketini daha da təkmilləşdirib.
Apollon 11
Apollon 11 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi. 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır".
Apollon 13
Apollo 13 - Apollon seriyasından 7-ci pilotlu kosmik gəmidir. Aya uçan pilotlu kosmik gəmilərdən yalnız bunda ciddi qəza olmuşdur. Aya eniş mümkün olmasa da, yüzlərlə NASA işçisinin səyləri nəticəsində gəmi Ay ətrafında dövrə vurduqdan sonra, astronavtlar salamat Yerə qayıda bilmişlər.
Apollon 15
Apollon 15, Apollon proqramının dördüncü Ay səthinə eniş proqramıdır. 26 iyul 1971-ci il tarixli bu səyahətin heyəti David Scott, Alfred Worden və James Irwin adlı astronavtlardan ibarət idi. Falcon adlı Apollon ay modulu ilə ay səthinə enən komanda ilk dəfə Ay avtomobilindən istifadə etmişdir.
Apollon 16
Apollon 16, ABŞ tərəfindən reallaşdırılmış olan Apollon Kosmik Proqramı missiyalarından birinin adıdır. 16 aprel 1972-ci ildə reallaşan bu səyahətin heyəti John Young, Thomas Mattingly və Charles Duke adlı astronavtlardan ibarət idi. Orion adlı Apollon ay modulu ilə birlikdə komanda Ay səthinə çıxmışdır.
Apollon 17
Apollon 17, 7 dekabr 1972-ci ildə Aya getmiş Amerikalı kosmik heyət. Bu, aya enən sonuncu pilotlu uçuş olmuşdur. Apollon 17 Eugene Cernan, Ronald Evans və Dr. Harrison Schmittdən ibarət idi. Schmitt bir geoloq idi. Challenger adlı modulla Dr. Schmitt və Cernan Ay səthinə enmiş və 22 saatlıq bir tədqiqat aparmışdırlar.
Apollon 4
Apollon-4 — NASA-nın Apollon proqramlarından biridir. Apollon-4 Apollon proqramının kosmonavtsız layihələrindəndir. NASA 1967-ci il noyabrın 9-da Apollon 4-ü Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn raketilə kosmosa göndərdi.
Apollon 5
Apollon-5 NASA-nın Apollon proqramlarından biridir. Apollon-5 Apollon proqramının kosmonavtsız layihələrindəndir. NASA 1968-ci ildə Apollon-5-i Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn raketilə kosmosa göndərdi.
Apollon 6
Apollon-6 NASA-nın Apollon proqramlarından biridir. Apollon-6 Apollon proqramının kosmonavtsız son layihəsidir. NASA 1968-ci il aprelin 4-də Apollon 6-nı Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn V raketilə kosmosa göndərdi.
Apollon 8
Apollon 8 — Amerika Birləşmiş Ştatlarının 1961-ci ildə başlatdığı Apollon Proqramının 8-ci layihəsi idi. Apollon 8 əvvəlki proqramlarda olduğu kimi uçuş Saturn 5 roketi vasitəsi ilə həyata keçirilmişdi. Heyət 3 nəfərdən: Komandir Frank Borman, komanda modulu pilotu Ceyms Lovel və Ay modulu pilotu Uilyam Andersdən ibarət olmuşdu. Uçuş 21 dekabr, 1968-ci ildə həyata keçirilmişdi. Apollon 8 27 dekabr, 1968-ci ildə Sakit Okeannın şimalına dəniz enişi etmişdi. == Maraqlı faktlar == Apollon 8 proqramı həm də kosmik gəminin uçuş trayektoriyasının 8 rəqəminə oxşaması ilə üst-üstə düşür. Apollon 8 Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət idi. Apollon 8-in heyəti Yerin uzaqdan ilk dəfə olaraq tam şəklini çəkə bilmişdilər.
Apollon Kutateladze
Apollon Karamanoviç Kutateladze (gürc. აპოლონ ყარამანის ძე ქუთათელაძე; 25 dekabr 1899 (6 yanvar 1900), Xoni, İmereti – 25 iyun 1972, Tbilisi) — Sovet, gürcü rəssam-rəssam, qrafika rəssamı. SSRİ xalq rəssamı (1970). == Həyatı == Potidə gimnaziyada, sonra "Qafqaz Rəssamları Təşviq Cəmiyyəti"nin məktəbində (1914–1915), Tiflisdə N.V.Sklifosovskinin (1915) rəngarlıq-rəssamlıq məktəbində təhsil almışdır.1916-cı ildə könüllü olaraq hərbi xidmətə getdi. 1916–1921-ci illərdə Zakariya Tuşmalişvilinin alayında poruçik rütbəsində xidmət etmişdir. 1921-ci ildə Gürcüstan Müstəqillik Müharibəsinin iştirakçısı olmuşdur. Müstəqillik müdafiəçiləri məğlub olduqdan sonra o, Metexi qalasında həbsdə saxlanılmış güllələnmədən son anda xilas olmuşdur. 1922–1926-cı illərdə Tbilisi Rəssamlıq Akademiyasında G.İ.Qabaşvili, E.E.Lansere, İ.A.Şarlmandan təhsil almış, ardınca Leninqradda təlim keçmişdir. 1920-ci illərin əvvəllərində o, "Nialgi" (Krokodil, Tiflis) satirik jurnalının redaksiyasında işləmişdir. İZO-Rəssamların Azad Həmkarlar Təşkilatının məsul katibi (1922–1926) çalışmışdır.
Apollon Proqramı
Apollon proqramı (ing. Apollo program) və ya Apollon layihəsi — NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsidir. Gemini layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır. Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi.
Apollon ay modulu
Ay modulu və ya Ay hörümçəyi — Aya enmək üçün istifadə olunan kosmik gəminin hissələrindən biridir. Apollon proqramı üçün Grumman şirkəti tərəfindən istehsal edilmişdir. Əvvəlcə Apollon 11-də və daha sonra digər Apollon missiyalarında uğurla istifadə edilərək Aya endirilmişdir. Eniş mərhələsi və çıxış mərhələsi olaraq 2 mərhələdən ibarət olan Ay modulunun digər adı "Ay hörümçəyi"dir. Eniş mərhələsi: Aya enməni təmin edən və gücü azaldıla bilən bir ədəd raket mühərrikindən, yanacaq çənlərindən və elmi tədqiqatlar üçün istifadə edilən alətlərin olduğu bir hissədən ibarətdir. Çıxış mərhələsi: Briqadanın yerləşəcəyi, rabitəni təmin edən avadanlıq, idarəetmə və nəzarət sistemlərinin, qalxma mühərriki və lazımi yanacaq çəninin yerləşdiyi hissədir. Ay modulu yalnız Ayın ətrafında və onun səthində fəaliyyət göstərir. Atmosferlə təmasda olmur, onu əhatə edən adapterin içərisindədir. Buna görə də aerodinamik formada dizayn edilməmişdir. Adından da göründüyü kimi hörümçək formasında olan quruluşa malikdir.
Apollon komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Apollon kosmik gəmisi
Apollon proqramında istifadə olunan Apollon kosmik gəmisi, 3 əsas hissə və 2 köməkçi hissə olmaqla 5 hissədən ibarət idi. Astronavtların vaxtının çox hissəsini keçirəcəyi və qalxma və enmə əsnasında da içində olacaqları Apollon komanda modulu; kosmik gəmini ayın orbitində yerləşdirəcək və ayın orbitindən çıxaracaq mühərrik və oksigen çəni kimi astronavtların istifadə edəcəyi materialların yerləşdirildiyi Xidmət modulu və aya enəcək yeganə hissə olan Ay Hörümçəyi əsas hissələri idi. Komanda modulu və xidmət modulu birlikdə komanda xidmət modulu adlandırılmışdır. Bu şəkildə kosmik gəminin dizaynındakı ən vacib məqam, Aya enəcək hissənin kütləsinin bütün gəmi ilə müqayisədə çox az olması idi. Ay hörümçəyinə keçəcək iki astronavt Aya ayaq basacaq və orbitdə onları gözləyən əsas hissəyə geri qayıdacaqdılar. Apollon astronavtları, bu vasitəyə uyğunlaşmaq üçün Aya eniş tədqiqatları işləri çərçivəsində ağırlığı azaldılmış bir vasitə ilə təlimlər həyata keçirmişdilər.
Apollon proqramı cədvəli
Amerikanın pilotlu Ay proqramı olan Apollon proqramları
Apollon və Hiakinf
Apollon və Hiakinf, Volfqanq Amadeus Motsartın Rufinus Vidl tərəfindən Latın dilində yazılmış librettosunda üç pərdədən ibarət bir operadır. 13 may 1767-ci ildə Zalsburq Universitetində Klementia Kroesi adlı daha böyük bir əsər şəklində tamaşaçılara təqdim edildi. Bu opera Motsartın ilk əsl operasıdır, daha əvvəl 11 yaşı olarkən "Die Schuldigkeit des ersten Gebotes" (Birinci əmrin vəzifəsi) adlı bir oratoriya yazmışdır. Başlığından göründüyü kimi, bu opera Yunan mifologiyasına daha doğrusu, Roma şairi Ovidin metamorfozlarına söykənir. Rəvayətə görə, Apollonun atdığı bir disk Hiakinfin başına dəyir və təsadüf şəklində o, ölür. Başqa bir mif də Hiakinfin ölümünə səbəbkar olaraq, külək tanrısı Zefir göstərilir. Apollonu qısqanan Zefir, onun atdığı diskin traektoriyasını yayındırmaq üçün, öz qüvvəsindən istifadə edir ki, bu da Hiakinfi yaralayıb öldürür. Hiakinf öldükdə, Apollon, Hiakinfin qanı sayəsində böyüyən bir siçanı, bir çiçəyə çevirir. Librettist və kahin Rufinus Vidl, işin mənəvi-əxlaqi cəhətdən yaxşı qurulması üçün hekayəyə Melyanı əlavə etməklə dəyişdirdi. == Arqument == === I pərdə === Qarışıq qısa bir tarixi təkrarlama ilə başlayır.
алкоголи́зм добрососе́дский заворо́чать интенсифици́роваться кро́шечку ку́рий пробродя́жничать чертёжная ка́лька солнцезащи́тный стрекану́ть тикр autocide contingently exsurgent foxhole hallucinative insurance broker releaser striking distance synthesize Torricellian колировка старообрядчество сфабриковать