AVENGE

v intiqam / qisas almaq; to ~ insult təhqirə görə qisas almaq; to ~ on smb. bir kəsdən intiqam / qisas almaq; to ~ oneself öz qisasını almaq; They avenged themselves on the enemy Onlar düşməndən qisaslarını aldılar

AVARICIOUSLY
AVENGEFUL
OBASTAN VİKİ
Avengers Confidential: Black Widow & Punisher
Avengers Confidential: Black Widow & Punisher (アベンジャーズ コンフィデンシャル: ブラック・ウィドウ & パニッシャー, Abenjāzu Konfidensharu: Burakku Widō & Panisshā) — 2014-cü il istehsalı direct-to-video animesi. Anime filmi Marvel Anime seriyası çərçivəsində SH DTV AC BW&P Partners, Marvel Entertainment, Sony Pictures Entertainment Japan və Madhouse tərəfindən istehsal olunmuşdur. Anime filmi Şimali Amerikada Blu-ray və DVD diskində 25 mart 2014-cü ildə yayımlanmışdır. == Məzmun == Cəzalandırıcı SHIELD-in məxfi missiyasına müdaxilə etdiyindən həbsə SHIELD tərəfindən həbsə salınır. Onun azad edilməsi qarşılığında Cəzalandırıcı Qara dul ilə birlikdə partnyor olub, SHIELD texnologiyasını oğurlayıb satmaq istəyən Leviafan terror təşkilatını dayandırmağa çalışır. == Rollarda == Bundan əlavə filmdə görünən digər personajlar: Tor, Müharibə maşını, Kapitan Marvel, Biçinçi Qrim, Qraviton, Taskmaster, Kont Nefariya və Baron Zemo. == Çəkiliş heyəti == Ceym Simon — aktyor və səsləndirmə direktoru. == İstinadlar == == Xarici keçidlər == sonypictures.com/movies/avengersconfidentialblackwidowpunisher/ — Avengers Confidential: Black Widow & Punisher rəsmi saytı Avengers Confidential: Black Widow & Punisher (anime) Anime News Network Ensiklopediyasında Avengers Confidential: Black Widow & Punisher — Internet Movie Database saytında.
Avengers in Galactic Storm
Avengers in Galactic Storm (yap. アベンジャーズ・イン・ギャラクティックストーム, azərb. Qısasçılar qalaktik qasırğada‎) — "DataEast" tərəfindən 1995-ci ildə hazırlanan və nəşr edilən və faytinq janrında olan ikiölçülü arkada oyunu. Oyunda birnəfərli və ikinəfərli hekayə modu və çoxnəfərli baş-başa modu var. Bu, köməkçi personajları olan ilk müasir faytinq oyunu idi. Bu personajlar oyunçular arasında "hücumçular" adlandırılırdı. Oyun "Marvel Comics" tərəfindən yaradılan "Qisasçılar" və "Krii" personajlarına əsaslanır. Oyunun süjeti və personajları "Qisasçılar"ın Şi'ar və Krii irqləri arasında baş verən qalaktikalararası bir müharibəyə müdaxilə etməsində bəhs edən "Operation: Galactic Storm" hekayə arkına əsaslanır. Bu, 2003-cü ildə bankrot olan "DataEast" şirkətinin son faytinq oyunlarından biri idi. 26 fevral 1996-cı il tarixində "Pony Canyon" və "Scitron Label" şirkətləri "Avengers in Galactic Storm" və başqa bir "DataEast" oyunu olan "Skull Fang"in fon musiqilərini "Skull Fang / Avengers in Galactic Storm" adlı bir albomda çıxarmışdır.
Lego Marvel's Avengers
Lego Marvel's Avengers — TT Games tərəfindən hazırlanmış və Warner Bros. Interactive Entertainment tərəfindən nəşr olunmuş, PlayStation 4, PlayStation 3, PlayStation Vita, Nintendo 3DS, Wii U, Xbox One, Xbox 360, Macintosh və Microsoft Windows platformalarında oynanıla bilən macəra-döyüş janrında Lego videooyunudur. Videooyun Lego Marvel Super Heroes videooyununun spin-ofudur və Lego Marvel franşizinin ikinci oyunudur. Filmdə baş verən hadisələr "Qisasçılar" və "Qisasçılar: Altron dövrü", eləcə də, "Birinci qisasçı", "Dəmir adam 3", "Tor 2: Zülmət aləmi" və "Birinci qisasçı: Başqa müharibə" filmlərinə əsaslanır. Videooyunda Kapitan Amerika, Dəmir adam, Halk, Qara dul, Şahingöz, Qırmızı cadugər, Civə, Tor, Altron, Loki, Qış əsgəri, Şahin, Vijn, Müharibə maşını kimi tanınmış personajlar, Şeytan dinozavr, Finq Fanq Fum kimi də az tanınmış personajlar yer alır. Bundan əlavə bir çox personaj vardır. Oyun 26 yanvar 2016-cı ildə yayımlanmışdır. == Personajlar == Oyunda əvvəlki oyunda da olan personajlar daxil olmaqla oynanıla bilən 200-dən çox personaj vardır. Personajların dizaynı üçün sadəcə Marvel Kinematoqrafiya Kainatı deyil, həmçinin komiksləri də nəzərə alınmışdır. Direktor Artur Parsons qeyd edir: "Bu Qisasçıların hər şeyinin qeydidir.
The Avengers (film, 2012)
Marvelin Qisasçıları və ya sadəcə Qisasçılar 2012-ci ildə Marvel Studios tərəfindən çəkilib Walt Disney Motion Pictures tərəfindən yayımlalan Marvel Comicsin eyni adlı əsəri əsasında çəkilən super qəhrəman filmidir. Bu film Marvel Cinematic Universe seriyasının 6-cı filmidir. Filmin rejissoru və ssenari müəllifi Cos Vidondur. Rollarda isə Robert Dauni, Kris Evans, Mark Ruffalo, Kris Hemsvort, Skarlet Yohansson, Ceremi Renner, Tom Hiddlstoun, Klark Qreq, Kobi Smolders, Stellan Skarsqard və Samuel L. Cekson yer alıb. Filmdə S.H.I.E.L.D sülh təşkilatının rəhbəri Nick Fury Thorun ögey qardaşı Lokinin dünyanı işğal etməsini dayandırmaq üçün Iron Man, Captain America, Hulk, və Thordan ibarət komanda yaradır. Film haqqında danışıqlar 2005-ci ilin aprelində Marvel Studios studiyasının Merrill Lynch (Bank of America nın bir şöbəsi) dən borc pul aldıqdan sonra başladı. Dəmir Adam filminin 2008-ci ilin mayındakı uğurundan sonra Marvel Qisasçıların 2011-ci ilin iyulunda təqdim olunacağını açıqladı. 2009-cu ilin martında Scarlett Johanson ilə imzalanan müqaviləyə görə filmin təqdimatı 2012-ci ilə saxlanıldı. 2010-cu ilin aprelində Cos Vidon Zak Penn tərəfindən hazırlanmış orjinal ssenari üzərində işləməyə başladı. Filmin istehsalına 2011-ci ilin aprelində Albuquerque, New Mexikoda başlanıb və avqustda Klivlend, Ohayoda, sentyabrda isə Nyu Yorkda davam edib.
The Avengers (musiqi qrupu)
The Avengers ― Yeni Zelandiyanın rok qrupudur. == Haqqında == "The Avengers" 1960-cı illərin ortalarında Yeni Zelandiyada populyarlıq qazanmışdır. Parlophone səsyazma şirkəti ilə müqaviləli olan qrup 1966-cı ildə Vellinqtonda təsis edilib. Ken Cooper adlı Vellinqtonlu bir icraçı "The Avengers"i yeni klubu "The Place"də çalmaları üçün müxtəlif qruplardan seçdiyi musiqiçilərdən yaratmışdı. Clive Cockburn "The Mustangs", Dave Brown "The Wanderers" və Eddie McDonald "The Strangers" qruplarından idilər. Bu qruplar hamısı Vellinqton qrupları idi. Hank Davis isə əvvəlcə Napier şəhərinin "The Epics" qrupunda fəaliyyət göstərmişdir. Clive Cockburn gitara və klaviaturada, Dave Brown ritmik-gitarada, Eddie McDonald bas-gitarada, Ian "Hank" Davis isə zərb alətləri ifa edirdi."The Avengers" karyerasına "The Beatles"in mahnılarını şərh etməklə başladı. Ən əhəmiyyətli parçaları "Episode Six" qrupuna məxsus olan "Love Hate Revenge" mahnısı idi. Səsyazma 1968-ci ildə siyahılarda ikinci yerə yüksəldi.
анимати́зм вздёрнуться графеко́н до неузнава́емости кно́пка лжи́вый разглаго́льствовать смозгова́ть айма́к довяза́ть ле́пщик онтогене́з перелинова́ть по́дгруздь саморасчёт ша́хточка диплом кесь пожалуй audio forebodingly wheel barrage переставлять разрумяниться устарелость