DARE

v 1. cürət / cəsarət etmək, cürətlənmək, ürəklənmək; həyasız / abırsız olmaq; I dare not / daren’t go there Mən ora getməyə cəsarət etmirəm; How dare you say such a thing? Sən / Siz belə şey deməyə necə cəsarət edirsən / edirsiniz?; 2. təhlükəyə məhəl qoymamaq, təhlükəni saymamaq, təhlükədən qorxmamaq, risk etmək, riskə getmək; He dared the danger of the girl’s family O, qızın ailəsinin qəzəbinə məhəl qoymadı;

◊ to ~ all things hər bir iş görməyə hazır olmaq; I dare say Məncə, Mənə görə, Mənə elə gəlir ki....; I dare say he will come by the night train Məncə / Mənə belə gəlir ki, o, gecə qatarı ilə gələcək

DAPPER
DAREDEVIL
OBASTAN VİKİ
Daredevil (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Dareka no Manazashi
Dareka no Manazashi (だれかのまなざし, azərb. Kiminsə baxışı‎) – 2013-cü il istehsalı qısametrajlı anime filmi. Makoto Şinkay ssenaristliyi və rejisorluğu ilə çəkilmişdir. 10 fevral 2013-cü il Tokyo Beynəlxalq Forumunda ekranlaşdırılmışdır. Həmçinin, Şinkayın 31 may 2013-cü ildə "Söz bağçası" anime filminin premyerası ilə birlikdə nümayiş etdirilmişdir. Daha sonra 2013-cü ilin sentyabrından 2014-cü ilin yanvarına kimi YouTube-da yayımlanmışdır. "Dareka no Manazashi" yenicə müstəqil olan bir gənc qadının yetkinliyə çatması və onun atası ilə olan münasibətinin dəyişməsindən bəhs edən futuristik hekayədir. Hekayə ailə həyatını xatırladan səhnələrdən, qızın babası və ailə pişiyi ilə olan münasibətindən bəhs edir. Film CoMix Wave Films, NEST və TYO M1 Production tərəfindən The Answer Studio Co., Ltd. ilə birgə istehsal olunmuşdur.
Darevka (Auırqazı)
Darevka (başq. Дарьевка, rus. Дарьевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (50%) üstünlük təşkil edir.
Darevski gürzəsi
Darevski gürzəsi (lat. Vipera darevskii) — Gürzələr fəsiləsinə daxil olan ilan növü. Dişilər erkəklərdən iri olur. Dişilər 40 sm, erkəklər isə 25 sm olur. İlan öz adını İlya Sergeyeviç Darevskinin adında götürmüşdür. İlk dəfə Ermənistanda aşkarlanmışdır. == Xariçi görünüşü == Erkəklərin quyruğu 39-43 sm, dişilərdə isə 45-50 sm olur. Başı iri sonucu isə yumrudur. Gürzələrin rəngi sarı-boz və ya sarı-qəhvəyi olur. Bədənində ziqzaqvari zolaq keçir.
Darevskia
Qayalıq kərtənkələsi (lat. Darevskia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Üstəlik dişisiz çoxalan növləri vardır. Bu cinsin Latın dilində adı rus herpetoloqu İlya Sergeyeviç Darevsinin (1924-2009) şərəfinə adlandırılıb. Kiçik və orta ölçülü kərtənkələlərə daxildir və bədəninin uzunluğu 55–80 mm-dir. Başı aşkarcasına dirdədir. == Təsnifatı == Bu cinsə 20 Biseksual və 7 Partenoqenez növ daxildir. Beş növ əvvələr mübahisəli növ olan Lacerta saxicola daxil edilirdi. 1999-cı ildə bu növlər Yaşıl kərtənkələlər (Lacerta) cinsində ayrılmış və müstəqil cinsə daxil edilmişdir. Azərbaycan kərtənkələsi (Darevskia raddei Uzzell et Darevsky, 1973) Alp kərtənkələsi (Darevskia alpina Darevsky, 1967) Ermənistan kərtənkələsi (Darevskia armeniaca Méhely, 1909) Darevskia bendimahiensis (Eiselt et Schmidtler, 1994) Brauner kərtənkələsi (Darevskia brauneri Méhely, 1909) Qafqaz kərtənkələsi (Darevskia caucasica Méhely, 1909) Yaşılqarın kərtənkələ (Darevskia chlorogaster Boulenger, 1908) Türkiyə kərtənkələsi (Darevskia clarkorum Darevsky et Vedmederja, 1977) Dağıstan kərtənkələsi (Darevskia daghestanica Darevsky, 1967) Dalya kərtənkələsi (Darevskia dahli Darevsky, 1957) Elbrus kərtənkələsi (Darevskia defilippii Camerano, 1877) Artvin kərtənkələsi (Darevskia derjugini Nikolsky, 1898) Çarnal kərtənkələsi (Darevskia dryada Darevsky et Tuniyev, 1997) Lindholm kərtənkələsi (Darevskia lindholmi Lantz et Cyrén, 1936) Acar kərtənkələsi (Darevskia mixta Méhely, 1909) Qırmızıqarın kərtənkələ (Darevskia parvula Lantz et Cyrén, 1913) Kür kərtənkələsi (Darevskia portschinskii Kessler, 1878) Luqov kərtənkələsi (Darevskia praticola Eversmann, 1834) Rüstəmbəy kərtənkələsi (Darevskia rostombekowi Darevsky, 1957) Gürcüstan kərtənkələsi (Darevskia rudis Bedriaga, 1886) Darevskia sapphirina (Schmidtler 1994) Qayalıq kərtənkələsi (növ) (Darevskia saxicola Eversmann, 1834) Ağqarın kərtənkələ (Darevskia unisexualis Darevsky, 1966) Darevskia uzzelli (Darevsky et Danielyan 1977) Valentin kərtənkələsi (Darevskia valentini, Boettger 1892) Lepidodactylus lugubris (FITZINGER 1843) == Yayılma əraziləri == Qayalıq kərtənkələrəri əsasən Qafqazın bütün bölgələrində, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və bundan başqa Bolqarıstan, İran, Rumıniya, Türkiyə ərazilərində rast gəlinir.
Darevskia portschinskii
Kür kərtənkələsi (lat. Darevskia portschinskii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Elə də böyük olmayan daş kərtənkələsidir. Bədənində 43-62 pulcuq vardır. Dişilər və erkəklər boz, qəhvəyi-boz rəndə olurlar. Bədənin bel nahiyəsində yaşıl rəng yoxdur. Çoxalma zamanı erkəklərdə boğaz, sinə hissəsi parlaq-sarı, narıncı-sarı rəngdə olur. == Yayılması == Əsasən Kür çayının orta axarları boyunca, Gürcüstanın cənub hissəsi və Ermənistanın şimal hissələrini əhatə edir. Azərbaycan ərazisində kiçik və qapalı areala malikdir. Əsasən Azərbaycanın cənubunda Həkəri çayı boyunca yayılmışdı.
Darevskia praticola
Luqov kərtənkələsi (lat. Darevskia praticola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Elədə böyük olmayan, 5 — 10 sm uzunluğa malik olan (bədəni 6 — 7 sm, quyruğu 3 sm) kərtənkələ. Tünd-yaşıl rəngə malikdir. Başı yuxarıdan bütünlüklə tünd qəhvəyidir. == Arealı == Növ əsasən Şimali Qafqaz və Cənubi Qafqaz ərazilərdə rast gəlinir. Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Bolqarıstan ərazilərində yayılmışdır. == Həyat tərzi == Günlük aktiv canlıdır. Əsasən açıq çəmənliklərə daha çox əhəmiyyət verir.
Darevskia raddei
Azərbaycan kərtənkələsi (lat. Darevskia raddei) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == === Xüsusiyyətləri === Kələzin uzunluğu 76 mm, quyruğu bədənindən iki dəfə uzundur. Onun başı aşkarcasına batıq formadadır. Yaxalığı isə dişvari formada qabarıqdır. Bədənində yerləşən pulçuqları hamar və qabarıqdır. Boğaz nahiyəsi boyunca 20-29 pulсuğa malik olur. Kələzin bədəni boyunca isə ortalama 48-62 pulcuğa sahib olur. Ön ərtaflarda olan pulcuqlar bel nahiyyəsindən kiçik olur. === Rəngi === Kələzin bədəninin yuxarı hissəsi açıq-qəhvəyi, qum rəngi və ya tünd-qonur bəzən isə demək olarki qara olur.
Darevskia valentini
Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Bu növ alman naturalist Jan Valentinin (1868—1898) şərəfinə adlandırılmışdır. O, Qustav İvanoviçlə birlikdə 1890-cı ildə bu növü Qarabağda tətqiq etmişdir. Ümumi uzunluğu 18—21 sm təşkil edir. Başı sıxılmış formaya malikdir. Pulcuqları hamardır. Bədəni yuxarı hissədə sarı-yaşıl, mavi-yaşıl və ya yaşımtıl-sarı rəngdə olur. Belində qara nöqtələr vardır. Başının üzərində qara qeyri-müəyyən formaya malik olan nöqtələr vardır.
Typhlodromus daresalaami
Typhlodromus daresalaami (lat. Typhlodromus daresalaami) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus daresalaami Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
İhan Egemen Darendelioğlu
İhan Egemen Darendelioğlu (1921, Tarsus, Mersin ili – 19 noyabr 1979) — “Sarı basın kartı” sahibi, qəzet müxbiri, yazıçı, tarix tədqiqatçısı. 1921-ci ildə Mersinin Tarsus bölgəsinin Kürkçülər kəndində doğulub. İbtidai məktəbi elə o kəndə bitirib. Orta məktəbi isə Tarsusda Çukurovada bitirmişdir. Adana Oğlan liseyindən məzun olmuşdur. Ali təhsilini İstanbul Universitetində almış və Ədəbiyyat fakultəsinin Türkologiya şöbəsini bitirmişdir. 1948-ci ildə “ Yeni bozkurt” dərgisini nəş etməyə başlayır. 1950-ci ildə əsgərliyə getmiş, qayıtdıqdan sonra İstanbulda türk dili müəllimi işləmişdir. Sonra isə mətbuat həyatına qoşulmuşdur. Bayeziddə “ Toprak” mətbəəsini yaratdı, 1954-cü ildə aylıq “ Ülkü” dərgisi nəşr olunmağa başladı.
дово́льно духобо́рцы ковы́листый осмея́ть промахну́ть пчеля́к рассы́пчатый сеное́ды вы́шагнуть дерза́ние зарифля́ть миноиска́тель переселе́ние персонали́зм полторы́ прогресси́вно репатрии́рованные ру́гань эквивале́нт gimlet-eyed indiscriminately listel Plimsoll line Scotch terrier денница