JAG

n 1. iti çıxıntı; diş 2. deşik, dəlik (paltarda, parçada)

JADED
JAGGED
OBASTAN VİKİ
JAGGİES
Jaggies ~ зазубрины ~ çentikler ~ kələ-kötürlük - kompüter qrafikasında: aşağı çözümlülükdə göstərilən dioqanal xətlərdə və əyrilərdə əmələ gələn girinti çıxıntılar. Bu qüsur ilə mübarızə hamarlama (ANTİ-ALİASİNG) adlanır. Sin: STAİRCASE; Bax: ALIASING, ANTİ-ALİASİNG, BİTMAP, DEJAGGİNG, RECOLUTİON. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Jagala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyni adlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. == Ümumi məlumat == Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.
Jagdpanther
Jagdpanther (“Hunting Panther”) Nasist Almaniyası ordusu Wehrmacht tərəfindən İkinci Dünya müharibəsi dövründə istifadə edilmiş və Panther tank şassisi üzərində hərəkət edən tank ovçusu. Hərəkət mənzili 250 km, maksimum sürəti saatda 46 km, dayandırma sistemi iki təbəqəli bar olmuşdur. == Yaradılması == Bu ağır sinif tank qatili olan maşın 88 mm Pak 43 top və Panther tank şassisindən ibarət idi. 1942-ci ildə SdKfz 173 adı ilə sifariş edildi. İstehsalına 1944-cü ilin ilk aylarında başlandı və Hitler tərəfindən Jagdpanther (Azərbaycanca → “ovlanan panter”) adlandırıldı. Maşın Tiger II tanklarının əsas silahı olan uzun lüləli 88 mm top və həmçinin mitralyoz kimi də istifadə olunan 7.92 mm MG 34 ilə silahlanmışdı. Tankın ön hissəsi əyri bir zirehlə örtülmüşdü. Jagdpanther tanklarının güc/çəki nisbəti həqiqətən çox yaxşı idi. Vasitənin istifadəsində olan top hər hansı bir müttəfiq tankını asanlıqla məhv edə bilərdi. Jagdpantherin aşağı silueti, nəqliyyat vasitəsinə asanlıqla gizlənmə şansı verir və onun müəyyənləşdirilib vurulmasını çətinləşdirirdi.
Jagdpanzer
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.
Jagdtiger
Jagdtiger (Sd.Kfz.186) (Azərbaycanca ovçu pələng) Nasist Almaniyasının ordusu olan Vermaxt tərəfindən İkinci Dünya müharibəsində istifadə edilmiş “Royal Tiger” tanklarının şassisi üzərində yaradılmış (Almanca Jagdtiger) tank qatilidir. Ayrıca olaraq ikinci dünya müharibəsində istehsal edilmiş olan ən ağır zirehli müharibə maşınıdır. Əsas silahı: 1 x 12.8 sm-lik PaK 44 L/55 (40 mərmi) Köməkçi silahı: 1 x 7.92 mm-lik MG-34 pulemyotu (3300 mərmi) Mühərriki: V-12 Maybach Maybach HL230 Mühərrik gücü: 700 at gücü Mühərriyin güc nisbəti: 9,21 at gücü/ton Asqı təchizatı: yaylı bar. Hərəkət mənzili: 120 km Sürəti: 34 km/saat == Müasir dövrdə salamat qalmış Jagdtiger tankları == 305004 seriya nömrəli texnika Böyük Britaniya da (Bovinqton tank muzeyində), 305020 seriya nömrəli texnika ABŞ da (Aberdeen Proving Ground), 305083 seriya nömrəli texnika Rusiya da (Kubinka tank muzeyi) qalmışdır. == İstehsalı == 150 ədəd Jagdtigers sifariş edilməsinə rəğmən sadəcə olaraq 88 ədəd istehsal etmək mümkün olmuşdur. 11 dənəsindən seriya nömrələri 305001, 305003 və 305012 yə qədər olanlar Porsche markalı asqı ilə və geri qalanları isə Henschel markalı asqı ilə istehsal edilmişdir. İstehsalına çox gec başlanan bir texnika olmuşdur. Müharibənin sonuna doğru bir çoxunun istehsalı xammal çatışmazlığına görə tamamlanmadı. Jagdtiger modeli model olaraq çox böyük idi və müttəfiq ordusunun əsgərləri bu texnikandan çox qorxmuşdular. Ancaq bu texnikalar xam maddə və insan gücünün boş-boşuna sərf edilməsinə səbəb olmuşdur.
Jaguar (avtomobil)
Jaguar, İngiltərə mərkəzli bir avtomobil markasıdır. 1920-ci ildə qurulan firmanı BLMC (British Leyland), 1990-cı ildə Forda satdı. Jaguar, 2008-ə qədər Fordun PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martın kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi. 26 Mart 2008 tarixində Hindistanın ən böyük avtomobil markası Tataya satıldı. Ən əhəmiyyətli modeli 1965-ci ildə bazara yürüdülən E-Type, böyük bir satış müvəffəqiyyəti əldə etdi. Digər bir əhəmiyyətli model isə 1970-80-cı illər dövründə çıxarılan XJ-S 2 qapılı modeldir. Jaguar, avtomobillərinin mühərrik kapotunun üstündə iştirak edən və tullanan Jaguar fiqurunu, meydana gələ biləcək qəzalarda, piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirmişdir. Firma, çıxardığı yeni modellərinə bu Jaguar fiquru yerinə, Jaguar şəkilli bir lövhə vurur.
Jaguar Cars
Jaguar, İngiltərə mərkəzli bir avtomobil markasıdır. 1920-ci ildə qurulan firmanı BLMC (British Leyland), 1990-cı ildə Forda satdı. Jaguar, 2008-ə qədər Fordun PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martın kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi. 26 Mart 2008 tarixində Hindistanın ən böyük avtomobil markası Tataya satıldı. Ən əhəmiyyətli modeli 1965-ci ildə bazara yürüdülən E-Type, böyük bir satış müvəffəqiyyəti əldə etdi. Digər bir əhəmiyyətli model isə 1970-80-cı illər dövründə çıxarılan XJ-S 2 qapılı modeldir. Jaguar, avtomobillərinin mühərrik kapotunun üstündə iştirak edən və tullanan Jaguar fiqurunu, meydana gələ biləcək qəzalarda, piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirmişdir. Firma, çıxardığı yeni modellərinə bu Jaguar fiquru yerinə, Jaguar şəkilli bir lövhə vurur.
Jaguar XF
Jaguar XF Jaguar Cars avtokonserninin 2007-ci ildən bu günə kimi istehsal etdiyi orta ölçülü lyuks avtomobil. Jaguar S-Type modelini əvəz edən model kimi 2007-ci ilin payızında təqdim olunmuşdu.
Jaguar XJ
Jaguar XJ - Jaguar Cars avtokonserninin 1968-ci ildən bu günə kimi istehsal etdiyi tam ölçülü lyuks avtomobillər seriyası. Jaguarın flaqmanı sayılan XJ "Mr. Jaguar" kimi tanınan Ser Uilyam Layonsun yaratdığı son avtomobildir. Hal-hazırkı model 2009-cu ildə istehsal olunmağa başlayıb və Kral ailəsinin və Böyük Britaniyanın baş nazirinin rəsmi avtomobillərindən biridir.
встрепа́ть да́вешнее дифира́мбы наукоподо́бность объе́здка офице́рство посолове́ло приви́нчиваться безмо́лвность инду́кция лесопромы́шленность неизбе́жное несмея́на огради́ть реми́зиться свия́зь jam-hold mess kit moonwalk quasi-fission skeleton tomcod влезть петрография эмоциональный