NAIL

nail1

n 1. dırnaq; to do one’s ~s dırnaqlarını manikür etmək; to cut one’s ~s dırnaqlarını kəsmək; to bite one’s ~s dırnaqlarını yemək; 2. mismar, mıx; to hammer in a ~ mıxçanı / mıxı çəkiclə çalmaq; to drive a ~ home mıxı / mıxçanı axıra qədər çalmaq;

◊ a ~ in smb.’s coffin bir kəsin ömrünü azaldan / tezləşdirən (şey); hard as a ~ 1) polad kimi möhkəm; daşürəkli, sərt; 2) formada olma (idmançı haq.); to hit the ~ on the head hədəfə düşmək; right as ~s 1) tamamilə doğru; 2) tam qaydasında

nail2

adj dırnaq; ~ polish / varnish dırnaq lakı; ~ file dırnaq törpüsü; ~ scissors dırnaq qayçısı; ~ brush dırnaq şotkası

nail3

v 1. mismarlamaq, mıxlamaq, mismar / mıx çalmaq; to ~ smth. up bir şeyi mıxlamaq / mıxcalamaq; 2. tutmaq, həbs etmək, yaxalamaq; The police have nailed the thief Polislər oğrunu tutublar / yaxalayıblar; 3. cəlb etmək (diqqəti və s.);

◊ to ~ smb. down, to ~ smb. to the wall bir kəsi divara dirəmək, bir kəsi küncə sıxmaq; to ~ smb. down to his promise bir kəsi vədini yerinə yetirməyə məcbur etmək

NAGGING
NAILDRAWER
OBASTAN VİKİ
Nail Abakarov
Nail Müzəffər oğlu Abakarov (24 iyul 2001, Kazan – 2 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-2011-ci illərdə Kazan şəhərində 79 saylı İnternat Liseyində, 2011-2018-ci illərdə Zaqatala şəhərində İnternat Liseyində, 2018-2020-ci illərdə isə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nail Abakarov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Nail Abakarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Abakarov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Nail Abbaslı
Nail Adil oğlu Abbaslı (10 fevral 1997, Qarabaldır, Oğuz rayonu – 13 sentyabr 2022, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. == Həyatı == Nail Abbaslı 1997-ci il fevralın 10-da Oğuz rayonunun Qarabaldır kəndində anadan olub. == Hərbi xidməti == Nail Abbaslı 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Nail Mərdanov
Mərdanov Nail Teyyub oğlu — texnika elmləri namizədi, "Rabitə ustası" == Həyatı == Nail Mərdanov 8 iyul 1971-ci ildə anadan olmuşdur. O, 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-2003-cü illərdə həmin universitetdə elmi-pedaqoji fəaliyyətdə olub, texnika elmləri namizədidir. 1997-ci ildən 2000-ci ilədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami avtomatik telefon stansiyasının mühəndis-proqramçı, avtomatik nəzarət sistemi şöbəsinin müdiri vəzifələrində işləmişdir. O, 2001-ci 25 iyuldan Avtomatik Hesablama Mərkəzində, 7 aprel 2004-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru işləmişdir. 2007-ci ildə "Rabitə ustası" fəxri adı ilə təltif olunmuşdur.
Nail Nabiulla
Nail Nabiulla və ya Nail Nabiullin (tatarca:Наил Нәбиуллин; 27 iyun 1989, Nurlat, Tatarıstan MSSR) — tatar milli hərəkatı mənsubu olan aktivist. == Həyatı == Sovet Sosialist Respublikaları İttifaqına daxil olan Rusiya Sosialist Federativ Respublikasının Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Nurlat şəhərində 1989-cu ilin 27 iyununda dünyaya gəlmişdir. Nail 2010-cu ilindən tatar millətinin milli haqları uğrunda mübarizə aparan "Azadlıq" təşkilatının rəhbəridir. Aktivistliklə yanaşı yazıçılıqla da məşğul olan Nail Nabiulla "Tatar Dili, Bayrağı və Dövlətini Xatırlama Günü"nün təşkilatçısıdır. == Həmçinin bax == Göy Börü == İstinadlar == == Xarici keçidlər == Tatar Zamanı: "Наил Нәбиуллин: Хизб ет-тәхрир Татарстанга каршы эшли һәм алар белән башкача бәйләнмим". Kazandakı milli aktivistlər mühakimə edilir. Nail Nabiullin: Tatar dilini dəstəkləmək üçün aclıq aksiyasına başlamağa hazıram. 2013-cü ilin ən təsirli şəxsləri:Azadlıq oxuyucuları görüşü Ana dilim üçün Arxivləşdirilib 2021-02-09 at the Wayback Machine z001.kz - Rusiyadakı türklərin Qazaxıstanın yardımına ehtiyyacı var.
Nail Orucov
Nail Rəfail oğlu Orucov (11 iyun 1978, Astara rayonu – 31 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nail Orucov 1978-ci il iyunun 11-də Astara rayonunun Məsçitməhəllə kəndində anadan olub. Ailəli idi. Üç oğlu yadigar qaldı. == Hərbi xidməti == 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən Nail Orucov 2016-ci ildə ehtiyata buraxıldı. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nail Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Orucov oktyabrın 31-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Nail İbrahimli
Nail Nəriman oğlu İbrahimli (4 mart 1994, Xaçmaz, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Nail İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pulemyotçu olaraq Murovdağın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Laçın dəhlizi və Xudafərin körpüsü istiqamətində gedən döyüşlərdə istifadə etdiyi taktikalarla fərqlənmişdir. Müharibədə tərəflərin vəziyyətinin dəyişilməsi, qarşı tərəfin demoralizə olmasında rolu pulemyotçu kimi daha çətin tapşırıqları yerinə yetirməsi, müxtəlif uğurlu taktikalardan istifadə etməsi, döyüş aktivliyini artırması və beləliklə, döyüşdə qələbəni asanlaşdırması, döyüşün sonunu tezləşdirməsi idi. O, 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur, həlak olması növbəti günlərdə təsdiqlənmiş və o, 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Həyatı == Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Onun ailədə Faiq adlı qardaşı olmuşdur. 2001–2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından güləşlə məşğul olmuş, bir sıra turnirlərdə məktəbi təmsil etmişdir. Subay idi.
Nail Əliyev
Əliyev Nail Arif oğlu (7 iyun 1965, Naxçıvan) — şərqşünas, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Nail Əliyev 7 iyun 1965-ci ildə Naxçıvan şəhərində ziyallı ailəsində anadan olub. Atası Əliyev Arif Əli oğlu filalogiya üzrə fəlsəfə doktoru,dosent, Azərbaycan Respublikası əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsinin dekanı, ADİA- kafedra müdiri vəzifəsində çalışıb. Anası Əhmədova Zemfira Əsgər qızı 1967-2020-ci il (53 il) Naxçıvan Dövlət Universitetinin baş müəlliməsi vəzifəsində çalışıb. İlk təhsilini Naxçıvan şəhəri 3 saylı orta məktəbində bitirdikdən sonra 1983-1989 cu illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili bölməsində təhsili alıb. 1983-1985 ci illərdə Groznı şəhərində Sovet ordusunda hərbi xidmətdə olub. 1993-1997 ci illərdə Bakı Dövlət Universitetinin hüquq, Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr fakultəsini bitirib. Nail Əliyev daha gənc yaşlarından tarixçi babası,pedaqoq,ictimai-siyasi xadim, Naxçıvan Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Əli ibrahim oğlu Əliyevdən hər zaman həvəslənmiş və tarixə maraq göstərmişdir. AMEA-nın Milli Munasibətlər İnstitunda elmi işci, Naxcıvan MR Nazirlər Kabinetinin Xarici İqtisadi əlaqələr şöbəsində, Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin valyuta-maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan jurnalistlər birliyinin üzvüdür.
Nail Ələkbərov
Nail Ələkbərov (azərb. Nail Nadir oğlu Ələkbərov; d.1979, Bakı‎) — rəssam. == Haqqında == Nail Ələkbərov 1979-cu ildə Bakıda anadan olmuşdur. Rəssam Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirmiş (1998), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura pilləsində təhsil almışdır (2004). O, Fransanın Limoj şəhərindəki École Nationale Supérieure des Beaux-Arts Milli İncəsənət məktəbində təhsilini davam etdirmiş və 2011-ci ildə Liondakı Lumiere Universitetində kinematoqrafiya ixtisası üzrə magistr təhsili almışdır. == Yaradıcılığı == === Yeddi gözəl === Nail Ələkbərov "Yarat" Müasir İncəsənət Məkanı layihəsində iştirak edərək, Azərbaycan xalqının tarixi keçmişini, ənənələrini özündə əks etdirən "Yeddi gözəl" əsərini yaratmış və təqdim etmişdir. "Yeddi gözəl" Bakının mərkəzində - İçərişəhərdə ucaldılmışdır. Əsərləri beynəlxalq sərgi və simpoziumlarda nümayiş edilmişdir. === Seçilmiş fərdi sərgilər: === 2012 - MAPRA qalereyası. 2011 - La Biennale de Lyon - resonance - MAPRA qalereyası.
Nail Vəhdəti Çakırxan
Nail Vəhdəti Çakırxan(1910, Ula-2008, Muğla)—Türkiyə mimar, şair və jurnalist. Ağahan Mimarlık Ödülü sahibidir. == Həyatı == 1910'da Muğla'nın Ula ilçesinde doğdu. Muğla ve Konya'da lisyi okuduktan sonra Tıp ve Hukuk fakültelerini yarım bıraktı. Rusya'ya giderek tahsiline burada devam etti. Önçülərindən olduğu sərbəst şeir anlayışının yayğınlaşmasına töhfəsi böyükdür. 1950-ci illərdən sonra şeiri tərk etmiş, daha çox siyasi mücadilə ilə uğraşmışdır.
Biologiya və Tibbin Nailiyyətlərinin Tətbiqi ilə Əlaqədar İnsan Hüququ və Ləyaqətinin Müdafiəsi haqqında Konvensiya
Biologiya və Tibbin Nailiyyətlərinin Tətbiqi ilə Əlaqədar İnsan Hüququ və Ləyaqətinin Müdafiəsi haqqında Konvensiya (ing. Convention for the Protection of Human Rights and Dignity of the Human Being with regard to the Application of Biology and Medicine) — bioetika və tibbi tədqiqatlar sahəsində hüquqi münasibətləri tənzimləyən, beynəlxalq səviyyədə yeganə hüquqi məcburi sənəd olan Avropa Şurası tərəfindən 1997-ci ildə İspaniyanın Oviedo şəhərində qəbul edilmişdir. Konvensiya bütün insanların həyat, ləyaqət və şəxsiyyətinin qorunmasına və heç bir ayrı-seçkilik edilmədən, biologiya və tibbin tətbiqinə dair hər kəsin hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsinə zəmanət vermək məqsədilə çərçivə formalaşdıran konvensiyadır. Gündəlik tibbi praktikada tətbiq olunan əsas prinsipləri müəyyən edən bu sənəd xəstə hüquqlarına dair Avropa razılaşmasıdır və eyni zamanda, biotibbi tədqiqatlar, genetika, orqan və toxumaların implantasiyası mövzularını da əhatə edir. Konvensiyanın müddəaları konkret mövzular üzrə 4 Əlavə Protokolla da tamamlanmışdır: “İnsanın klonlanlaşdırılmasının qadağan edilməsi haqqında” Protokol, “Transplantasiya haqqında” Protokol, “Biotibbi Tədqiqat haqqında” Protokol, “Sağlamlıq məqsədləri üçün genetik test haqqında” Protokol.Avropa Şurasının fəal üzvü olan Azərbaycan Respublikasının qlobal səhiyyə standartlarına doğru irəliləmək, xəstəliklərin profilaktikasını aparmaq və onları aradan qaldırmaq, səhiyyə sistemini və tibb sənayesini inkişaf etdirmək, səhiyyə müəssisələrinin təchizatını və texniki təminatını yaxşılaşdırmaq, həyatın keyfiyyətini artırmaq, insanların sağlamlıq hüququnu təmin etmək sahəsində göstərdiyi cəhdlər, son dövrlərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı aparılmaqda olan islahatlar Oviedo Konvensiyasının prinsip və standartlarının təbliğini və tətbiqini aktuallaşdırır. == Konvensiyanın tərəfləri == Oviedo Konvensiyasını 35 ölkə imzaladı, lakin bu ölkələrdən yalnız 29-u Konvensiyanı təsdiqlədi. Bu, yalnız 29 ölkənin sənədin müddəalarını milli qanunvericiliyində tətbiq etdiyi anlamına gəlir. Əlavə olaraq, bu təsdiqləyən ölkələrdən altısının müəyyən müddəalara bağlılıq dərəcələrini məhdudlaşdıran şərtləri vardır. İngiltərə və Almaniyanın konvensiyanı imzalamaması və ya təsdiqləməməsi diqqət çəkir. Böyük Britaniya konvensiyanı həddindən artıq məhdudlaşdıran, Almaniyanı isə çox icazə verilən hesab etdi.
Mustafa Naili Paşa
Mustafa Naili Paşa (d. 1798 - ö. 28 dekabr 1871) — Sultan Əbdülməcidin səltənətində 2 dəfə - ümumlikdə 1 il 3 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Əslən alban olub, 1798-ci ildə Kastoriya sancaqbəyliyinə bağlı Polyan kəndində doğulmuşdur. Atası İsmayıl bəy bu bölgənin yerli bəylərindən, dayısı Tahir Paşa isə Misir vilayəti hakimlərindən idi. Çox gənc yaşda Krit vilayətinə gedərək burada 30 ilə yaxın xidmət göstərmiş, bu səbəblə “Kritli” ləqəbiylə anılmışdır. Kiçik yaşlarında atası ilə birlikdə dayısı Tahir Paşanın yanına getmiş, dayısının, ardından isə atasının vəfatıyla vətənə qayıtmışdır. 1809-cu ildə yenidən getdiyi Misirdə digər dayısı Həsən Paşayla birlikdə Misir hakimi Kavalalı Mehmed Paşanın xidmətinə girmişdir. Vəhhabi üsyanı səbəbilə dayısı Həsən Paşa ilə birlikdə Hicaza yollandı və 5 ilə yaxın müddət burda hərbi təcrübə keçdi. 1821-ci ildə baş verən Krit üsyanı səbbəilə vəzifələndirilən Həsən Paşayla birlikdə bu dəfə də Kandiyəyə yollanan Mustafa Paşa Kavalalı Hüseyn bəylə birlikdə vilayətin idarəsini ələ aldı.
Nahla El Fatiha Naili
Nahla El Fatiha Naili (ərəb. نهلة الفاتحة نايلي‎, bər. ⴻⵍ ⴼⴰⵜⵉⵃⴰ ⵏⴰⵉⵍⵉ; 14 noyabr 1986) — Əlcəzair heykəltaraşı və sənətkarı. == Həyatı == === Ailə === Nahla Naili, 1986-cı ildə Əlcəzairin Hidra şəhərində doğulub. Atası vilayətindən olan, Rabah Naili elektron mühəndisliyi professoru və meteorologiya mütəxəssis idi, Cicel vilayətindən olan anası Hafida Bouhired dizaynerdir, hansının ailəsi Cəzair Casbah şəhərində yaşayırdı. Anası, nənəsinin ilk nikahından olan beş qardaşın ən kiçikidi.Ana babası Mustapha Bouhired, Parisdə "Racing Club de France football Colombes 92" İdman Klubunun futbolçusu və "Alger républicain" idman jurnalisti idi. Cezayir inqilabından əvvəl və FLN cihadçı olmadan əvvəl, Fransanı azad etmək üçün İkinci Dünya müharibəsinə qatılmışdır. 14 mart 1957-ci ildə Əlcəzairin Casbah şəhərində öldürüldü.Ana nənəsi, Fatiha Bouhired (doğma Hattali Oukhiti), həyat yoldaşı kimi bir cihadçı idi və Əlcəzair müharibəsi dövründə Əlcəzair şəhər milliyyətçiləri üçün sığınacaq olaraq ailə evlərini istifadə etdi. Fatiha ailəsi evində iki dəfə həbs olunub, bir dəfəsində Saadi Yacef, Zöhra Drif və altı aylıq qızı Hafida Bouhired ilə bərabər həbs olunub və Serkadji Həbsxanasına göndərilib. Həbs olunduqdan kısa zaman sonra isə sonra sərbəst buraxılıb.
Nailiyyətlər estafeti (film, 1981)
Nailiyyətlər estafeti — Azərbaycan Kommunist Partiyasının XXX qurultayının işini əks etdirən film. == Məzmun == Film Azərbaycan Kommunist Partiyasının XXX qurultayının işindən bəhs edir. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin qurultaydakı məruzəsi filmin əsasını təşkil edir. Azərbaycan kommunistlərinin ali məclisi nümayəndələrindən alınmış müsahibələr də filmdə verilmişdir.
Nailə
Nailə — Azərbaycan adı. Nailə Bağırova — Azərbaycan iqtisadçısı və dövlət xadimi Nailə Vəlixanlı — tarix üzrə elmlər doktoru, professor Nailə Sultan (II Əbdülhəmidin qızı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Əsgərzadə — Azərbaycan əsilli Rusiya jurnalisti Nailə Mehdibəyova — Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mirməmmədli — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Dadaşova — kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). Nailə Rəhimbəyli — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Nailə İsayeva — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru Nailə Allahverdiyeva — Rusiya art-meneceri, rəssam Nailə Musayeva — Azərbaycan Memarlıq və İnşaat Universitetində alim.
Nailə Allahverdiyeva
Nailə Allahverdiyeva (15 mart 1978, Sverdlovsk) — Rusiya art-meneceri, rəssam, Sergey Kuryöxin mükafatı laueratı == Həyatı == Nailə Allahverdiyeva 15 mart 1978-ci ildə anadan olmuş, 1999-cu ildə M. Qorki adına Ural Dövlət Universitetini bitirmişdir. 1998-ci ildə İ. Babaes, E. Krjibitski, İ. Lyapnev gənc sənətşünaslar Assosiasiyasının üzvləri ilə birlikdə Yekaterinburqda yerli bədii səhnə vasitəsilə antifeminist təbliğatı genişləndirmək məqsədilə "Setkin mühasirəsi" art-qrupunu yaratmışlar. Qrup az fəaliyyətində əsas diqqəti qadın problemləri ətrafında mərkəzləşdirməyə çalışırdı. 2003-cü ildə "Setkin mühasirəsi: qrupu ArtKlyazma festivalında iştirak etmişdir. Nailə Allahverdiyeva Perm Dizayn inkişaf Mərkəzində direktor müavini vəzifəsində çalışmış. və Perm "Teatr-Teatr" qrupunun fəaliyyətini əlaqələndirmişdir. 8 aprel 2013-cü ildə o, Sergey Kuryöxin adına mükafatla təltif edilmişdir. == Layihələri == 2005 — Klaviatur abidəsi (A. Sergeyevlə birlikdə) kurator layihəsi, Yekaterinburq 2011 — "Red People", Perm. 2012 — "Gəlinlərin siması. Qazaxıstanın müasir incəsənəti", Perm.
Nailə Bağırova
Nailə Ağadadaş qızı Bağırova (20 iyun 1939, Bakı – 21 iyul 2020, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti (1990–1996), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1989–1990), Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi (1989), Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1984–1988), Azərbaycan SSR maliyyə nazirinin müavini (1983–1984), Azərbaycan SSR əməkdar iqtisadçısı. == Həyatı == Nailə Ağadadaş qızı Bağırova 20 iyun 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində katibəlikdən başlamışdır. 1961–1983-cü illərdə burada baş inspektor, sənayenin maliyyələşdirilməsi idarəsində baş iqtisadçı, idarə rəisinin müavini, idarə rəisi, 1983–1984 illərdə Azərbaycan SSR maliyyə nazirinin müavini vəzifələrində işləmişdir.1984-cü ildə Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri təyin edilən Nailə Bağırova komitə ləğv edilənədək — 1988-ci ilədək bu bu vəzifədə çalışmışdır. 1989-cu ilin yanvar ayından Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi, həmin ilin may ayından isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri olmuşdur. 1990-cı ilin noyabr ayından Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti vəzifəsində çalışmışdır.Nailə Bağırova "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınmışdır.Nailə Bağırova 21 iyul 2020-ci ildə vəfat etmişdir.
Nailə Bağırova (dəqiqləşdirmə)
Nailə Bağırova (nazir) — Azərbaycanlı nazir. === Digər === Nataliya Tağıyeva (Nailə Bağırova) — aktrisa.
Nailə Bağırova (nazir)
Nailə Ağadadaş qızı Bağırova (20 iyun 1939, Bakı – 21 iyul 2020, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti (1990–1996), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1989–1990), Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi (1989), Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1984–1988), Azərbaycan SSR maliyyə nazirinin müavini (1983–1984), Azərbaycan SSR əməkdar iqtisadçısı. == Həyatı == Nailə Ağadadaş qızı Bağırova 20 iyun 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində katibəlikdən başlamışdır. 1961–1983-cü illərdə burada baş inspektor, sənayenin maliyyələşdirilməsi idarəsində baş iqtisadçı, idarə rəisinin müavini, idarə rəisi, 1983–1984 illərdə Azərbaycan SSR maliyyə nazirinin müavini vəzifələrində işləmişdir.1984-cü ildə Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri təyin edilən Nailə Bağırova komitə ləğv edilənədək — 1988-ci ilədək bu bu vəzifədə çalışmışdır. 1989-cu ilin yanvar ayından Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi, həmin ilin may ayından isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri olmuşdur. 1990-cı ilin noyabr ayından Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti vəzifəsində çalışmışdır.Nailə Bağırova "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınmışdır.Nailə Bağırova 21 iyul 2020-ci ildə vəfat etmişdir.
Nailə Dadaşova
Dadaşova Nelli Hacı qızı (17 avqust 1947, Bakı) — Azərbaycan kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Dadaşova Nailə Hacı qızı 1947-ci ilin avqustun 17-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhər 26 saylı orta məktəbə daxil olub və 1965-ci ildə bitirib. 1967—72-ci illərdə M.F.Axundov adına Pedoqoji İnstitutunun filologiya fakultəsində təhsil alıb. Nailə Dadaşova 1964-cü ilin noyabrın 20-dən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının səs yazma sexində səs yazma texniki kimi işləməyə başalayıb. 1973-cü ildə isə kinostudiyanın montaj sexinə keçib. Dövrünün ən məşhur Azərbaycan filmləri üzərində işləyən Nailə Dadaşova tez bir zamanda adi montajçıdan ali dərəcəli kinemantajor rütbəsinə yüksəlib. Onlarla sənədli, bədii və cizgi filmini montaj edib. 2004-cü ildə isə təqaüdə çıxıb. 40 il iş təcrübəsi olan Nailə Dadaşova hələ də fəaliyyətini davam etdirir.
Nailə Mehdibəyova
Mehdibəyova Nailə Baxış bəy qızı (1935)—Azərbaycan televiziyasının ilk diktorlarından == Həyatı == Nailə Mehdibəyova 1935-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. Orta məktəbi bitirəndən sonra ADU-ya qəbul olmuşdu. Universitetin kimya fakültəsini tamamlayandan sonra bir müddət Azərbaycan Dövlət Televiziyasında diktor işləmişdi. Sonra Moskva şəhərinə köçüb SSRI Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində bələdçi kimi çalışmışdı. Az sonra Moskva şəhərində 74 nömrəli məktəbdə kimya fənnindən dərs deyir, göstərdiyi bilik, bacarıq, çalışqanlığa görə direktor seçilir. Nailə xanım Şamil Budaqovla ailə qurub. Lalə və Aliyə adlı qızları var.
Nailə Mirməmmədli
Nailə Mirməmmədli (23 may 1961, Bakı – 4 yanvar 2021, Bakı) — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü. == Həyatı == Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.1968–1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almışdır. Nailə Mirməmmədli 1981–1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu ilə başa vurmuşdur. Təhsilini davam etdirmək məqsədilə Nailə Mirməmmədli 1994–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur. 1994–2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən həyatın sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışıb. 2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə ürək tutmasından vəfat edib === Şəxsi həyatı === Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. Sənətçi 2001-ci ildə atasını itirib. Bir il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. 2007-ci ildə həyat yoldaşı və anası vəfat ediblər.Övladları: 1.
Nailə Mirzəyeva
Nailə Bəhmən qızı Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. == Həyatı == Mirzəyeva Nailə Bəhmən qızı 14 yanvar 1939-cu ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. 1966-cı ildə AMEA Zoologiya institutunun “Entomologiya” laboratoriyasının əyani aspirantı olmuş, 1971-ci ildə “Lənkəran bölgəsinin yarpaqyeyən böcəkləri” mövzusunda namizədlik dissertasiyası (Bakı), 2003-cü ildə “Azərbaycanın yarpaqyeyən böcəkləri” mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. 1969 - 1994-cü illərdə “Entomologiya” laboratoriyasında kiçik elmi işçi, böyük elmi işçi olmuş, 1994-cü ildən 2016-cı ilə kimi Zoologiya institutunun elmi katibi vəzifəsində çalışıb. == Elmi fəaliyyəti == Mirzəyeva Nailə Bəhmən qızı İnstitutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramına daxil olan 10 elmi - tədqiqat mövzularının yerinə yetirilməsində iştirak etmişdir. Onlardan “Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarına zərərverən uzunburun böcəklərin bioekoloji xüsusiyyətləri və parazitləri”, “Lənkəran təbii vilayətində meşə ağaclarına zərərverən ksilofaq - böcəklər”, “Meyvə və meşə ağacların zərərvericilərinə qarşı bioloji mübarizədə entomofaqların arealdaxili köçürülməsi” və s. N.B.Mirzəyeva 1966-cı ildən indiyə kimi Azərbaycanın bütün bölgələrində yarpaqyeyən böcəklərin yayılmasını, müxtəlif aqrosenozlarda yarpaqyeyənlərin qida əlaqələrini, zərərverən böcəklərin bioekologiyasını, onların parazit və yırtıcılarını tədqiq edərək onlara qarşı mübarizənin elmi əsaslarını işləyib hazırlamışdır. Bu tədqiqatlar kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizədə tətbiq edilmişdir. O, 384 növün zoocoğrafiyasını, onların formalaşması yollarını araşdırmış, bir cinsi təftiş etmişdir.
Nailə Musayeva
Musayeva Nailə Fuad qızı (7 sentyabr 1957, Bakı) — Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının professoru, Texnika elmləri doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. == Həyatı == Musayeva Nailə Fuad qızı 7 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Tətbiqi riyaziyyat" ixtisası üzrə istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olmuş, 1979-cu ildə təhsilini bitirmişdir. 1979–1983-cü illər ərzində "Azərelektroterm" istehsalat birliyində mühəndis-proqramçı vəzifəsində çalışmışdır. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun 05.13.07 — "Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması" ixtisasına aspirant olaraq qəbul olmuşdur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə 1994-cü ildə N.F. Musayevaya "Texniki sistemlərdə idarəetmə" ixtisası üzrə böyük elmi işçi adı verilmişdir. 1997-ci ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Hesablama texnikası və istehsalat proseslərinin avtomatlaşdırılması" kafedrasının dosenti təyin olunmuşdur. 2002-ci ilin martında doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə 2003-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Nailə Nəzirova
Nelya (Nailə) Məhəmməd qızı Nəzirova — baletmeyster, rəqs quruluşçusu, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR və SSRİ dövlət mükafatları laureatı (1974, 1980). == Həyatı == 1956-cı ildə Bakı xoreoqrafiya məktəbini (Qəmər Almaszadə, Tatyana Amiraqo yetirməsi), 1969-cu ildə isə Moskvadakı GİTİS-in (Dövlət Teatr İncəsənəti İnstitutu) baletmeyster bölməsini bitirib.. Fikrət Əmirovun ölümündən sonra köçüb Fransaya və orada ermənikökənli sovet, fransız müğənnisi Jak Duvalyan ilə evlənib.
Nailə Rəhimbəyli
Nailə Rəhimbəyli (21 iyul 1968, Kirovabad) — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor. == Həyat və yaradıcılığı == Nailə Rəhimbəyli 21 iyul 1968-cı ildə Gəncə şəhərində anadan olub. 1992-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının «Tarix-nəzəriyyə» fakültəsinin musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bitirərkən musiqişünas, musiqi fənləri üzrə müəllimə, tədqiqatçı və mühazirəçi ixtisasları verilmişdir. 1987-1999-cu illər ərzində Gəncə Q.Hüsenli ad. orta ixtisas musiqi texnikumunda, 1999-2016-çı illərdə isə Bakı Musiqi Akademiyasında «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasında çalışıb. 2004-cü ildən bu günə kimi AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, 2014-cü ildən isə “Musiqi folkloru” söbəsinin müdürü vəzifəsində işləyir. 2000-ci ildə «Şəmsi Bədəlbəylinin yaradıcılığı kontekstində Azərbaycanda musiqili teatrın yaranması və inkişafı» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, sənətşünaslıq elmləri namizədi elmi dərəcəyə layiq görülmüşdür. 2012 – ci ildə “Aşıq Qərib” dastanının melo-poetik xüsusiyyərləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəyəsini alıb. 2007-ci ildə isə Ali Attestasiya Komissiyası tərəfindən dosent, 2017-ci ildə isə professor elmi ada layiq görülüb.

Значение слова в других словарях

гармо́нный интервьюи́ровать ка́шлять климати́ческий навью́чить нара́не неупусти́тельно реве́рбер РУБО́Повский самого́н Сату́рн сувере́нность двули́кий янус кроманьо́нский недобира́ть прицепи́ть прове́рить мама microfilm oversmoke tousled маневрировать опустеть платиновый сладиться