RACE-COURSE
RACE-TRACK
OBASTAN VİKİ
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Human Race (mahnı)
Human Race (azərb. İnsan yarışı‎) – Kanadanın Three Days Grace rok musiqi qrupu tərəfindən ifa olunmuş sinql. 23 mart 2015-ci ildə qrupun "Human" adlı beşinci studiya albomunun üçüncü sinqlı kimi buraxılmışdır. Billboard Mainstream Rock Songs hit-paradından üçüncü yerə qədər yüksələ bilmişdir. == Musiqili video == Mahnının sözlər videosu 23 mart 2015-ci ildə YouTube kanalında buraxılmışdır.Musiqili videosu isə 14 may 2015-ci ildə buraxılmışdır. Rejissoru Mark Pellinqtondur.
B'Day
B'Day – Beyonsenin ikinci studio albomudur.
Day.az
Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub.11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya-Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub.2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib. == İstinadlar == == Həmçinin bax == Azərbaycan xəbər saytlarının siyahısı Trend İnformasiya Agentliyi AzerNews == Xarici keçidlər == Day.az "Anar Məmmədxanlı Day.Az-ın satıldığını xəbər verib" (az.). bbc.com. 2009-02-25.
Green Day
Green Day – ABŞ punk rok qrupu. == İnkişaf tarixi == Green Day 1986-cı ildə uşaqlıq yoldaşı olan Billi Co Armstonq (gitara, vokal) , Mike Dirnt (bas) və Tre Cool (baraban) tərəfindən 1986-cı ildə "Sweet Children" adı altında Kaliforniyada quruldu. 1989-cu ildə qrup "1,000 Hours" adlı ilk EPlərini çıxardıqdan sonra 1990-cı ildə "Smooth Out Slappy Hour" adlı albomlarını bazara sürdü. Əsas səs gətirən albomları 1992-ci ildə çıxardıqları ikinci albom "Kerplunk!" ilə oldu və qrup Amerikada underground radiolarda bir nömrəyə yüksəldi. 1994-cü ilə gəlindiyində "Dookie" albomuyla yükləlişləri fərqli bir təcil qazandı. Albomda iştirak edən "Longview" parçası siyahılarda yüksəlməyə başladı və bir müddət sonra Top 40 siyahısının zirvəsində iştirak etdi. Daha sonra parçanın videosuyla MTV Video Musiqi Mükafatlarında 3 budaqda namizəd göstərildi. "Dookie" iki dənə platin val mükafatı al/götürərkən qrup, Rolling Stone jurnalının etdiyi ən yaxşı yeni qrup sıralamasında ən çox səs ver birinci oldu. Bu albomda iştirak edən "When I Come Around" adlı parça 1995-ci ildə Top 10 siyahılarında 1 nömrəyə yüksəldi. Eyni il Green Day "Dookie" albomuyla "Ən Yaxşı Alternativ Musiqi Performansı" kateqoriyasında Grammy Mükafatı al/götürdü.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Kao Day
Vyetnam dilində tam adı "Kao Day Ten Onq Day Bo Tat Ma Xa Tat" olan cərəyan "Baş ruhun əyləşdiyi tavansız məbəd" kimi tərcümə edilir.[mənbə göstərin] Cərəyanın qurucusu Nqo Van Çieu Vyetnamda fransız müstəmləkə administrasiyasının məmuru olmuşdur. 1878-ci ildə Holone şəhərində doğulan Nqo Van koloniya məktəbində təhsil almış, mistika və spiritizmlə (ölülərin ruhu ilə əlaqə yaratmağın mümkünlüyünü iddia edən mistik təsəvvür) dərindən maraqlanmış, 1902-ci ildən isə spiritik seanslar təşkil etməyə başlamışdır. O, 1920-ci ildə Kao Day adlı ruhun bədəninə daxil olduğunu iddia etmiş və altı il sonra eyniadlı cərəyanı yaratmışdır. Mistikaya önəm verən Vyetnamın ziyalı təbəqəsinin yeni yaranmış cərəyana marağı qısa müddətdə xeyli artmışdı. Cərəyanın mərkəzi Sayqon şəhəri yaxınlığındakı Tey Nin yaşayış məntəqəsi seçildikdən sonra burada cərəyanın baş məbədi tikilmişdi. Onun layihəsi əsasında isə digər şəhərlərdə kiçik məbədlər inşa edilməyə başlamışdı. Cərəyanın qısa müddətdə nüfuz qazanmasının səbəbi fransız müstəmləkə hakimiyyətinin güclü dəstəyi idi. İlk məbədin açılışı münasibətilə təşkil edilən mərasimdə Cənubi Vyetnamda fransız administrasiyasının yüksək rütbəli məmurları, hətta Hind-Çinin general-qubernatorunun iştirak etməsi həmin dövlət dəstəyinin əyani göstəricisi idi. Şübhəsiz ki, fransızları cərəyanın Qərb meyilli olması cəlb etmişdi. Onun üzvləri arasında avropalaşmış ziyalılar – Vyetnamın katolik məktəblərində Qərb təhsili almış məmurlar da az deyildi.
Bao-day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. == Həyatı == O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.
Bao Day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. == Həyatı == O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.
RuPaul's Drag Race
ing. RuPaul's Drag Race - Logo TV üçün World of Wonder (mövsüm 1–8), WOW Presents Plus, VH1 (mövsüm 9–14) və MTV (mövsüm 15) tərəfindən istehsal olunan Drag Race franşizasında birinci olan Amerika tv realiti şou yarışması. == Ümumi məlumat == RuPaulu şousunun süarı "Amerikanın növbəti drag super ulduzu" axtarışı ilə sənədləşdirilir. RuPaul bu şounun aparıcısı, mentoru və baş hakimi rolunu oynayır, o, iştirakçılara hər həftə müxtəlif çalışmalar təqdim edirdi. Müsabiqə iştirakçıları RuPaul, Michelle Visage, Carson Kressley, Ross Mathews-dan ibarət əsas münsiflər və onların müsabiqə boyu irəliləyişlərini tənqid edən bir və ya bir neçə qonaq münsifdən ibarət panel tərəfindən qiymətləndirilirdilər. RuPaul's Drag Race on beş mövsümü əhatə edir - RuPaul tərəfindən ev sahibliyi edilən Britaniya, Avstraliya və Yeni Zelandiya versiyaları, o cümlədən Çili, Tayland, Kanada, Hollandiya, İspan, İtalyan, Fransız, Filippin, Belçika, İsveç, Meksika, Braziliya və Alman buraxılışları və beynəlxalq səviyyədə Böyük Britaniya və Kanadada keçirilən dünya yarışları. Şou Loqo TV-də ən yüksək reytinqli televiziya proqramına çevrilərək Birləşmiş Krallıq, Avstraliya, Kanada, Hollandiya və İsrail də daxil olmaqla beynəlxalq səviyyədə yayımlanır. Şou RuPaul-a ən yaxşı realiti şou aparıcısı nominasiyasında yeddi ardıcıl Emmy Mükafatını (2016-2022) qazandırdı. Şou özü ardıcıl 4 dəfə (2018-2021) ən yaxşı realiti şou proqramı nominasiyasında Primetime Emmy və GLAAD Media Mükafatlarına layiq görülüb. O, RuPaul üçün Ən Yaxşı Realiti şou müsabiqə və ən yaxşı realiti şou aparıcısı daxil olmaqla, dörd Tənqidçinin Seçdiyi Televiziya Mükafatına namizəd olub və görkəmli makiyaj üçün Yaradıcı İncəsənət Emmi Mükafatına namizəd olub.
Cherish the Day
Cherish the Day – ingilis musiqi qrupu Sadenin 1993 – cü ildə çıxardığı sinql. Mahnı Sade qrupunun 1992-ci ildə çıxardığı dördüncü studio albomu olan Love Deluxe albomundan olan dördüncü və sonuncu sinqldır.
Noelani Malia Day
One Day Love
One Day Love — 1971-ci ildəki Avroviziya Mahnı Müsabiqəsinin mahnısı.
One More Day
One More Day — Gürcüstannı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldrine rok qruppu ifa edəcəyi mahnıdır.
Çan Day Kuanq
Çan Day Kuanq (12 oktyabr 1956 – 21 sentyabr 2018, Hanoy) — Vyetnam Sosialist Respublikasının Prezidenti (2016–2018). Çan Day Kuanq 2016-cı ildə Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Çan Day Kuanq, 21 sentyabr 2018-ci ildə 61 yaşında ikən müalicə aldığı hərbi hospitalda vəfat etmişdir.
Win the Race (Modern Talking)
Win the Race (azərb. Yarışda qalib gəlmək‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Have a Nice Day
Have a Nice Day – Roxette qruppunun albomudur.
The Day After Tomorrow
Birisigün (ing. The Day After Tomorrow) — 2004-cü il ABŞ istehsalı elmi fantastika, fəlakət filmi. Film qlobal istiləşmə və onun yarada biləcəyi problemlərdən bəhs edir. Baş rollarında Dennis Kueyd, Ceyk Cilenhol, Sela Vord, Emmi Rossum və İen Holm çəkilmişlər.
Working Day and Night
Working Day and Night — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
My Lucky Day (DoReDos mahnısı)
My Lucky Day (azərb. Mənim uğurlu günüm‎) — Moldovanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.DoReDos qrupu "My Lucky Day" mahnısı ilə Moldovanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı rus müğənni və bəstəkar Filipp Kirkorov və 2013-cü ildə Azərbaycanın, 2014 və 2016-cı illərdə Rusiyanın və 2017-ci ildə Yunanıstanın Avroviziya mahnıları üzərində işləyən söz yazarı Con Ballard tərəfindən bəstələnmişdir.
A Hard Day's Night (albom)
A Hard Day's Night — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
Terminator 2: Judgment Day (video oyun)
Terminator 2: Judgment Day — 1991-ci ildə "action" janrında yaradılan macəra oyunudur. == Məzmun == Gələcək zamanda "Skaynet" adlı super kompüter sistemi idarədən çıxır və bu da robotların insanlarla müharibə etməsinə səbəb olur. Con Konnor insanların robotlara qarşı müharibəyə etmək üçün onları davamlı olaraq silahlandırır və onlara doğru istiqamət görsədir. Lakin "Skaynet" sistemi Con Konnoru öldürmək üçün T-1000 robotunu keçmişə göndərir. Bu zaman Con Konnor həmin robota qarşı keçmişə T-800 robotunu göndərir. Müxtəlif macəralardan sonra T-1000 robotu məhv edilir.
Anohana: The Flower We Saw That Day
Anohana: The Flower We Saw That Day (azərb. Anohana: Həmin gün gördüyümüz çiçək‎), Yaponiyada tanınan adı ilə Ano Hi Mita Hana no Namae wo Bokutachi wa Mada Shiranai. (あの日見た花の名前を僕達はまだ知らない。, "Biz hələ də həmin gün gördüyümüz çiçəyin adını bilmirik.") — Tatsuyuki Naqayın rejissorluğu ilə 2011-ci ildə A-1 Pictures studiyası tərəfindən çəkilmiş 11 seriyalıq anime serialı. Fuji TV-nin NoitaminA bloku vasitəsilə 2011-ci ilin aprelindən iyununa kimi yayımlanmışdır. Şimali Amerikada NIS America tərəfindən lisenziyalaşdırılmışdır. 31 avqust 2013-cü ildə Yaponiyada anime filminin premyerası baş tutmuşdur.
Terminator 2: Judgment Day (video oyun, 1991)
Terminator 2: Judgment Day — 1991-ci ildə "action" janrında yaradılan macəra oyunudur. == Məzmun == Gələcək zamanda "Skaynet" adlı super kompüter sistemi idarədən çıxır və bu da robotların insanlarla müharibə etməsinə səbəb olur. Con Konnor insanların robotlara qarşı müharibəyə etmək üçün onları davamlı olaraq silahlandırır və onlara doğru istiqamət görsədir. Lakin "Skaynet" sistemi Con Konnoru öldürmək üçün T-1000 robotunu keçmişə göndərir. Bu zaman Con Konnor həmin robota qarşı keçmişə T-800 robotunu göndərir. Müxtəlif macəralardan sonra T-1000 robotu məhv edilir.
генера́л-дире́ктор леванти́новый пала́ческий самоцве́тный автомассажёр акклиматизацио́нный актуализи́ровать малолю́дство москате́ль по́лдничать регуля́рность стрессо... кунсткамера политика death agony daylong éclaircissement pointy-head Quincy safety grid вапоризатор объединение половинчатость продолжительный проработка