URN

n 1. urna; 2. elektrik samovarı / qəhvədanı

URINE
US
OBASTAN VİKİ
Urnayr
Urnayr — Qafqaz Albaniyasında çar. Alban arşaki hökmdarı. 313-cü ildə Urnayr xristianlığı dövlət dini elan etdi. Mənşəcə Arşakilərdən olan Urnayrın (və onun varislərinin) xristianlığı qəbul etmələri, onların daxili inamları və ya xristianlığa olan meyillərindən daha çox siyasi mülahizələrlə bağlı idi. Monoteist din olan xristianlığın köməyilə Urnayr çoxmillətli alban dövlətini yaratdı. == Həyatı == Hökmdar Urnayrın adı ilk dəfə 313-cü ildə çəkilir. Belə ki, o, Albaniya ərazisində yaşayan tayfaları uzaqgörənliklə birləşdirmək qərarına gəlmiş, bu yolda əsas vasitənin din olmasını anlamışdır. Nəticədə o, 313-cü ildə xristianlığı Albaniyanın dövlət dini elan etmişdir. Təkallahlığı qəbul etməklə o, tayfalarda olan 16 bütləri məhv edir və tayfaları vahid din ətrafında birləşdirirdi. Xristianlığın qəbul edilməsi, həmçinin quldarlıq quruluşunun yeni, feodalizm quruluşu ilə əvəzlənməsi prosesi Albaniyanı daim tabe etməyə çalışan və İran feodalları tərəfindən idarə olunan Sasani dövləti ilə, həmçinin Şərqi Roma (sonralar Bizans) dövləti ilə mübarizə şəraitində baş verirdi.
Urnes kilsəsi
Urnes kilsəsi — Norveçin Soqn of Fiyordu vilayətinin Luster bələdiyyəsində yerləşən taxta kilsə. == Tarix == Urnes kilsəsinin tikilməsinə 1050-ci illərdə başlanmış və XIII əsrdə tamamlanmışdır. Norveçdə təqribən 30 ədəd bu cür taxta kilsələrin içində ən qədim olanıdır. Norveç XI əsrin əvvəllərində Müqəddəs Olav hökmdarlığı dövründə Xristiyanlıqla tanış olmuşdur. Kilsələr klassik dini tikililərin planları daxilində taxtadan inşa edilmişdir. Dənizçilik sahəsində məşhur olan norveçliləri təsirləndirmək məqsədiylə kilsələri bir Vikinq qayığı tərzində inşa edərək insanların öz qayıqları içində ibadət edirlərmiş hissinə sahib olmalarına çalışılmışdır. Kilsələrin damları Skandinaviya ölkələrində yayğın inşaat texnikalarından birisi olan padavra ilə örtülmüşdür (əksərən küknar və ladin ağaçlarından əldə edilən, dam örtüyü olaraq istifadə olunan incə taxta). Kilsələrin bağçaları isə çox vaxt kiçik bir məzarlıq olaraq düzəldilmişdir. == Üslub == Norveçdə yerləşən 30 ədəd taxta kilsədən Borqund, Hopperstad və Heddal kilsələri büyük, Torpo və Anderdal kimiləri isə olduqca kiçikdir. Urnes kilsəsi bu tərzdəki tikililəri xatırladan xüsusiyyətlərə malikdir.
Urnək (Xaybulla)
Urnək kəndi (başq. Үрнәк) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Əbeş kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Urnək kəndinin milli tərkibi: başqırdlar 99 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Böyük Əbeş): 18 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 105 km. == Tanınmış şəxsləri == Farzana Fatihovna Akbulatova (1 fevral 1960) — Basşqırd yazıçısı, jurnalist, Başqırdıstan Yazarlar Birliyinin üzvü (1995), Rusiya Yazıçılar Birliyinin üzvü, Başqırdıstan Jurnalistlər İttifaqının üzvü (1999), Ş Babiç adına görə ədəbi mükafat laureatı (1996). == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
мужичи́на присма́триваться фле́ксия дофеода́льный мя́тный обвиня́емый ора́тай развидня́ть стреко́зка холоди́на чум agreement eelspear further monitorial punnily saccharify soupy tocopherol доброкачественный неорганизованность отстроить потешить претворение спонтанный