X-RAY

X-ray1

n 1. (pl -s) rentgen şüaları; Go for an X-ray Rentgen şüasından keç / keçin; 2. rentgenoqram; a chest ~ döş qəfəsinin rentgenoqramı

X-ray2

adj rentgen; ~ therapy rentgenoterapiya (rentgen şüalan ilə müalicə); ~ photograph rentgen vasitəsilə alınan şəkil

X-ray3

v işığa / rentgenə salmaq, rentgenlə yoxlamaq; Have one’s lungs X-rayed Ciyərlərini rentgenə sal / salın

X-RADIATION
XANTHIPPE
OBASTAN VİKİ
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
X
X – hər hansı ədədi bildirən əvəzləyici. Məsələn, MS-DOS 6.x yazılışı MS-DOS əməliyyat sisteminin 6-cı versiyasının bütün buraxılışlarını – 6.0, 6.1, 6.2, 6.22 və s. bildirir. X oxu - (ing. x-axis, ru. ось x) – qrafikdə, diaqramda və b. üfüqi koordinat oxu. Latın qrafikalı Azərbaycan əlifbasında 12-ci hərf, 23 samitdən biri. Kar samitdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ayşvariya Ray
Ayşvariya Ray (tulu dili.ಐಶ್ವರ್ಯ ರೈ; ing. Aishwarya Rai Bachchan; d. 1 noyabr 1973, Hindistan) — Hind aktrisası və model. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi. == Həyatı == Ayşvariya Ray 1 noyabr 1973-cü ildə Manqalurda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olmuşdur. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənmişdir. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olmuşdur. Model təhsilini almağına baxmayaraq o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçmədi.
Blu-ray
Blu-ray Disc və ya qısaca BD (ing. blue-ray göy şüa və disc — disk; blue yerinə blu yazılışmışdır) — yüksək sıxlığa və dəqiqliyə malik yazı, video və digər rəqəmsal məlumatların saxlanılması üçün istifadə edilən optik daşıyıcı formatı. Blu-ray standartı BDA konsorsiumu ilə birgə hazırlanmışdı. Yeni daşıyıcının ilk prototipi 2000-ci ilin oktyabrında təqdim edilmişdi. Müasir variantı isə 2006-cı ilin yanvarında keçirilən Consumer Electronics Show (CES) - istehlak elektronikasının beynəlxalq sərgisində təqdim edilmişdir. Blu-ray formatı bazara 2006-cı ilin yazında çıxarılmışdır. Blu-ray (mənası "göy şüa") - adı, yazılış və oxuma üçün istifadə edilən qısadalğalı (405 nm) göy (texniki olaraq göy-bənövşəyi) lazerə uyğun adlandırılmışdır. "e" hərfi qəsdən "blue" sözündən çıxarılmışdır, çünki "blue ray" ifadəsi tez-tez istifadə ediləndir və əmtəə nişanı olaraq qeydə alınması ehtimalı böyükdür. Daha böyük məsafələrdə daha qısa fokus uzunluğu vacibdir. Harda ki DVD drayver obyektivləri təxminən 40 dəfə böyükdür, CD drayver obyektivləri 20 dəfə daha çox böyükdür.
Har Ray
Har Ray-ਗੁਰੂ ਹਰਿ ਰਾਇ ਜੀ Siqhlərin yeddinci qurusudur. 1630-1661. Quru Har Qobindin nəvəsidir. 1644-cü ildə quru olmuşdur.
Priya Ray
Priya Ray (25 dekabr 1977, Dehli, Hindistan) — əslən hindli olan ABŞ pornoaktrisasıdır. 2012-ci ilin rəsmi məlumatların görə Priya Ray 80-dan çox pornoqrafik filmdə çəkilmişdir.. == Həyatı == Priya Ray 25 dekabr 1977-ci il tarixində Hindistanın paytaxtı Yeni Dehlidə dünyaya gəlmişdir. İki yaşındaykən ailəsi ABŞ-yə köçmüşdür. Priya əvvəlcə modellikdə, sonra isə striptiz klubda çalışmışdır. Priya Ray pornoqrafik karyerası üçün "Arizona Ştatı Universiteti"ni yarıda buraxmışdır. Priya Ray 2007-ci ildə 25 yaşındaykən yetkin film karyerasına başlamışdır. Həmin tarixdən başlayaraq Priya 2008-ci ilə qədər iyirmi üç filmdə oynamış və pornografik məzmun təmin edən internet saytlarında ən bəyənilən ulduzlardan biri olmağı bacarmışdır.
Ray Bequm
Ray Bequm (Kəşmir dili:राज बेगम (Devanagari), راج بیگم (Nəstəliq); 1927 – 26 Oktyabr 2016) — Kəşmirli populyar müğənni, XX əsrin xalq müğənnisi. Bequm 2002-ci ildə Padma Şri mükafatı ilə təltif olunmuşdur. Ray Bequm 2016-cı ilin oktyabrın 26-ına keçən gecə vəfat etmişdir. Bequm 27 mart 1927-ci ildə Maqarmal Bağın şeyxi olan Qulam Rəsulun vətəni hesab edilən Srinaqarda anadan olmuşdur.
Ray Kuzeyev
Ray Qumeroviç Kuzeyev (10 yanvar 1929 – 2 avqust 2005, Ufa) — başqırd elm xadimi, tarix elmlər doktoru, professor, Rusiya Elmlər Akademiyası və Başqırdıstan Respublikası Elmlər Akademiyası üzvü. == Həyatı == Ray Qumeroviç Kuzeyev 10 yanvar 1929-cu ildə Çeşmə bölgəsinə bağlı Amin kəndində anadan olmuşdur. Qardaşı Rüstəm Kuzeyev də elm xadimi olmuş və Başqırd Dövlət Universitetində rektorluq etmişdir. Ray Kuzeyev Başqırd Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Daha sonra akademik fəaliyyətə başlamışdır. İlk əsəri olaraq "rus xalqı ilə birlikdı 400 il: Rusiya dövlətinə və tarixi əhəmiyyətə sahib olma", "Başqırdların tarixi entoqrafiyasına dair sınaqlar" adlı əsərləri yayımlanmışdır.1970-ci illərdə tarix sahəsində müəllimlik və professorluq vəzifələrində olmuşdur. Başqırdıstan MSSR Ali Sovetində millət vəkili olmuşdur. Ray Kuzeyev 2 avqust 2005-ci ildə həyatını itirmişdir. Ufa Arxeologiya və Etnoqrafiya Muzeyində Kuzeyevə həsr edilmiş büst vardır. == Elmi araşdırmaları == Kuzeyevin təməl araşdırmaları başqırd xalqının tarixi və etnik strukturu ilə bağlı olmuşdur.
Satyacit Ray
Satyacit Ray (2 may 1921[…], Kəlkətə, Benqal prezidentliyi[d], Britaniya Hindistanı – 23 aprel 1992[…], Kəlkətə) — Banqladeşli rejissor, prodüser. XX əsrin ən əhəmiyyətli rejissorlarındandır. == Həyatı == Satyacit Ray Kəlkütdə Banqladeşli və sənət dünyasının öncül gələn ailələrindən birində dünyaya gəlib. Presidency College və Visva-Bharati Universitetində oxuyan, karyerasının əvvəlində reklam sahəsində işləyən Ray, fransız rejissor Jean Renoirle tanış olduqdan və bir London ziyarətində İtaliya istehsalı "Velosiped oğruları" filmini izlədikdən sonra, film çəkməyə qərar verdi. Aralarında uzun metrajlı, qısa metrajlı filmlər və sənədli filmlər olmaq üzrə 74 film çəkib. İlk filmi, Kann Film Festivalı mükafatı daxil olmaqla, bir çox beynəlxalq mükafat alan "Yol Mahnısı" (Pather Panchali) olmuşdur. Bu film, "Məğlubedilməz" (Aparajito) və "Apunun dünyası" (Apur Sansar) filmi ilə birlikdə, Apu üçlüyünü meydana gətirdi. Ray kinoda ssenari, kastinq, musiqi, görünüş rejissorluğu, sənət rejissorluğu, soundtrek və reklam materiallarının hazırlanması kimi bir çox vəzifəni öz üzərinə götürüb. Eyni zamanda, fantastika növündə əsərlər yazan bir ssenarist, rejissor, qrafik dizayner və kino tənqidçisi olmuşdur. Karyerası boyunca, aralarında 1992-ci ildə Akademiya Fəxri Mükafatı də olmaq üzrə, çox sayda mükafat alıb.
Timea Ray
Timea Ray (18 iyul 1973) — Macarıstanlı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Macarıstanı təmsil edir. Timea Ray dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Şamoli Ray
Şamoli Ray (5 aprel 1994) — Banqladeşli oxatan. Şamoli Ray Banqladeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Şamoli Ray birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Meksikanın nümayəndəsi Qabriela Bayardo ilə üz-üzə gəldi. Həmin görüşdə Şamoli Ray rəqibinə 0:6 hesabı ilə uduzdu.
Ray-Ban
"Ray-Ben" (ing. Ray-Ban) — Amerika şirkəti Bausch & Lomb Inc., tərəfindən yaradılmış günəş eynəkləri və korreksiyaedici optika çərçivələri brendi, hazırda İtaliyanın Luxottica Group S.p. şirkətinə məxsusdur.
Allie X
Aleksandra Eşli Huys (ing. Alexandra Ashley Hughes, 31 iyul 1985) — səhnə adı Allie X ilə tanınan Kanadalı müğənni, bəstəkar, vizual rəssam. O karyerasına 2000-ci illərin ortalarında Torontoda indi-pop sənətçisi kimi başlayıb, yerli qruplarla ifa edib və bir neçə albom buraxıb.2013-cü ildə Los Anceles, Kaliforniyaya köçdükdən sonra prodüserlər Cirkut və Billboard ilə işləməyə başladı və Allie X adı altında yayımlanan ilk sinqlı "Catch" ilə uğur qazandı və musiqi tənqidçiləri tərəfindən yaxşı qarşılandı.Mahnı həmçinin pop müğənnisi Keti Perri sosial mediada onu "bahar mürəbbəsi" adlandırmasından sonra məşhurlaşdı. Huys 2015-ci ildə mini-albom olan CollXtion I, ardınca 2017-ci ildə CollXtion II debüt studiya albomunu və 2018-ci ildə Super Sunset-i buraxdı. 2019-cu ildə o, Super Sunset-in analoq versiyasını da buraxdı. Onun ikinci studiya albomu, Cape God, 21 fevral 2020-ci ildə buraxıldı. == Həyatı == Aleksandra Eşli Huys 31 iyul 1985-ci ildə Ontarionun Oakvill şəhərində anadan olub. Ailəsi Britaniya əsillidir. O, Etobicoke İncəsənət Məktəbində oxuyub, sonra Miçiqandakı İnterlochen İncəsənət Akademiyasında klassik fortepiano və səs üzrə təhsil alıb və Sheridan Kollecinin Musiqili Teatr Performansı proqramını bitirib, həmçinin musiqili teatr üzrə təhsil alıb.
BMW X
BMW X Models - BMW-nın istehsal etdiyi krossover və idman avtomobil modelləri:
Malcolm X
Malkolm X və ya Malkolm İks (ing. Malcolm X, Malcolm Little, sonradan əl-Hac Malik əl-Şahbaz ; 19 may 1925[…], Omaha, Nebraska – 21 fevral 1965[…], Manhetten, Nyu-York ştatı və ya Nyu-York, Nyu-York ştatı) — ABŞ-nin müsəlman icmasının rəhbərlərindən biri və afroamerikalı insan haqları hərəkatının tanınmış fəalı. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər.Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir. 1952-ci ildə icbari işlə azadlığa buraxılmışdır.
Malkolm X
Malkolm X və ya Malkolm İks (ing. Malcolm X, Malcolm Little, sonradan əl-Hac Malik əl-Şahbaz ; 19 may 1925[…], Omaha, Nebraska – 21 fevral 1965[…], Manhetten, Nyu-York ştatı və ya Nyu-York, Nyu-York ştatı) — ABŞ-nin müsəlman icmasının rəhbərlərindən biri və afroamerikalı insan haqları hərəkatının tanınmış fəalı. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər.Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir. 1952-ci ildə icbari işlə azadlığa buraxılmışdır.
OS X
macOS — personal kompüterlər istehsal edən Apple şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. macOS — Apple şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı əməliyyat sistemi kimi istifadə edilir. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır.
TF-X
TF-X - Türkiyənin 5-ci nəsil qırıcı təyyarə layihəsi. İlkin olaraq TF-X-in 2023-cü ildə uçuşa hazır olmasının hədəf götürüldüyü bildirilsə də, sonradan bu tarix 2025-ci ilə təyin olunub. Təyyarənin mühərriki Böyük Britaniyanın BAE Systems şirkəti ilə birlikdə hazırlanır. Mühərrik İnkişaf Etdirmə proqramı çərçivəsində Türkiyənin “TR Motor” şirkəti isə mühərriklərin kritik alt sistemi və komponentlərini inkişaf etdirəcək.
VLVO/X
Vikipediya:VikiLayihə Video oyunların Xəbərlər departamentinə xoş gəlmisiniz! Bu səhifə Video oyunlar VikiLayihəsi ilə əlaqədar xəbərləri əhatə edir. Səhifədə video oyunlarla bağlı məqalələrin və siyahıların laboratoriyaya verilməsi, aldığı və ya ala bilmədiyi statuslar barədə məlumat verilir. Xəbərləri oxumaq üçün bu səhifəyə daxil olun.
X-23
İks-23 (ing. X-23) — Marvel Comics tərəfindən yaradılmış xəyali super qəhrəman. İlk dəfə 2004-cü ildə "X-Men: Evolution" çizgi filmində, daha sonra "NYX" komiksinin 3-cü buraxılışında peyda olmuşdur. == Bioqrafiya == Şimal porsuğu kimi yeni silah hazırlamaq məqsədiylə Martin Satter məşhur genetik Sara Kinniyə onun oxşarını (klonu) yaratmaqa dəvət edir. Nəticədə Y-xromosomunu xilas edə bilmədiyinə görə qadın oxşarını yaratdı. Əvəldən Zander Rays buna razı olmadı, amma Martindən razılıq alan Sara layihəni davam etdirdi. Daha sonra Rays bunu öyrəndikdən sonra onu cəzalandırmaq məqsədi ilə ona qulaq asmadığına görə uşaqın daşıyıcısı olmasına məcbur etdi. Bağlı qapıda yetiştirilən X-23 silah kimi istifadə etməyə hazırlayırdılar, amma Kinni əllindən qələn hər şeyi edirdiki o silah kimi yox, insan kimi yetişdirsin. Yeddi ildən sonra Zander Rays mutasiyanı gücləndirmək üçün şüalanmayaş, daha sonra isə onun caynaqlarını adamantiumla ortdü. Daha üç ildən sonra isə onu ilk tapşırıqına göndərdi — prezidentliyə namizəd olan Qreq Consonu öldürmək idi.
X-Files
Məxfi materiallar (ing. X-Files) – 1993-cü illərdə çəkilən populyar fantastik,dram,elmi-uydurma janrında olan seriallardır.Serialın çəkilməsi 1993-cı ildən başlanmış, 19 may 2017-ci ildə başa çatmışdır. Bu vaxt ərzində 202 seriya çəkilmişdir. Filmin ideyası,prodüserliyi Kris Karter -ə mənsubdur. Məxfi materiallar serialı ilk dəfə ABŞ-nin "Fox" Crime kanalında yayımlanmışdır. Ardınca digər ölkələrin bir çox kanallarında yayımlanmağa başladı.Türkiyede TGRT-den, Azerbaycanda 2001 ci illerde Ans tv de yayınlanmışdı. == Şüarlar == Həqiqət hardasa yaxındadır (ing. The Truth is Out There) Onlar baxırlar (ing. They’re watching) Heç kimə inanma (ing. Trust No One) Yalana inan (ing.
X-ONE
"X-ONE" (əvvəllər "X360") — Birləşmiş Krallıqda "Imagine Publishing" tərəfindən nəşr olunan, "Xbox 360" və "Xbox One" üçün nəzərdə tutulmuş videooyun jurnalı. Jurnalda xəbərlər, önizləmələr, resenziyalar öz əksini tapırdı. == Tarixi == "X360" adı ilə təsis edilən jurnal ilk növbədə, "Highbury Entertainment"in ləğv olunmuş "XBM" nəşrinə əlavə olaraq daxil edilmişdi, lakin "Xbox 360"ın satışa çıxarılmasından əvvəl, 2005-ci ilin oktyabrında aylıq jurnala çevrilmişdir. Bu, "Highbury Entertainment"in ən böyük buraxılışı idi və aşağı səviyyəli marketinq üçün 200 min funt sterlinqdən çox məbləğ xərclənmişdir. 2013-cü ilin oktyabrında "X360" jurnalının adı 104-cü nömrəsində "X-ONE" olaraq dəyişdirilmişdir.Jurnal 2015-ci ilin noyabr ayından nəşrini dayandırmışdır.
X-Play
X-Play, GameSpot TV və Extended Play — Video oyunlar haqqında televiziya proqramlarından biridir. Bu proqramın əsası Kaliforniya ştatında San-Fransisko şəhərində qoyulmuşdur. İllər keçdikcə proqramın adı dəyişilmişdir. Proqramın əsası 1998-ci ildə qoyulmuşdur.
X-hündürlük
x-hündürlük (ing. x-height, rus. x-высота) — poliqrafiyada: sətri (adi) hərflərin əsas hissəsinin hündürlüyü. x-hündürlük qiymətinə simvolların sətiraltı və sətirüstü elementlərinin ölçüləri daxil deyil. Adətən, hərflərin bir çoxunda uzun, yaxud qısa üst və alt çıxıntılar olduğundan, "x", yaxud "z" hərfinin hündürlüyü şriftin ölçüsü haqqında daha gerçək təsəvvür yaradır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
X.25
X.25 şəbəkələri — bu gün korporativ şəbəkələrin qurulması üçün istifadə olunan paket kommutasiyalı ən geniş yayılmış şəbəkələrdir. Bunun əsas səbəbi odur ki, uzun müddət X.25 şəbəkələri kommersiya tipli paket kommutasiyalı yeganə şəbəkə olub və şəbəkənin hazırlığı səviyyəsinə zəmanət verirdi. Bundan əlavə X.25 şəbəkələri etibarlı olmayan xətlərdə kanal və şəbəkə səviyyəsində səhvlərin aşkar edilməsi və korreksiyasını quran protokol hesabına yaxşı işləyir. X.25 – Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) paket kommutasiyalı şəbəkələrə erişməyin kommunikasiya protokolları üçün standartları müəyyənləşdirən tövsiyələri. Bu kommunikasiya protokolu verilənlərin paketlər şəklində elə təşkilini nəzərdə tutur ki, hər bir paketdə verilənləri göndərən və alanın idendifikatoru olur. Başqa sözlə, hər bir paketdə göndərən-kompüter və alan-kompüter haqqında informasiya olur.' == X.25 şəbəkəsinin strukturu == X.25 şəbəkəsi yüksək sürətli ayrılmış kanala birləşən paketlərin kommutasiyası funksiyasını yerinə yetirən S (Switch)- kommutatorlarından ibarətdir. Asinxron start-stop terminalları (T) şəbəkəyə PAD qurğuları vasitəsilə qoşulurlar. Onlar daxili və ya uzaqlaşdırılmış ola bilər. Daxili PAD adətən kommutatorun (S) içərisində yerləşir. Terminallar daxili PAD qurğusuna asinxron modemlə telefon şəbəkəsi vasitəsilə birləşirlər.
а́зимут антиква́р дро́жка исче́рчивание ко́пкий надорва́ться наступа́тельно несовмести́мый сгреба́ть эксперименти́рование вдого́нку за вы́вести захламле́ние станкострои́тель телеоло́гия успева́ть скавалыга bestrewn cerecloth investment двудомный истасканный поглотитель подсобить широколистый