YANK

yank1

n d.d. I yanki (avropalıların ABŞ-da doğulmuş amerikanlara verdiyi ad)

yank2

v dartmaq, bərk dartmaq; She yanked (on) the rope and it broke O, ipi bərk dartdı və ip qırıldı

YAMMER
YANKEE
OBASTAN VİKİ
Marko Yankoviç
Marko Yankoviç (futbolçu, 1988)
Marko Yankoviç (futbolçu, 1988)
Marko Yankoviç (serb-kiril Марко Јанковић; 15 yanvar 1988, Valyevo[d]) — qapıçı mövqeyində çıxış etmiş keçmiş Serbiya futbolçusu. == Karyera == Marko Yankoviç Valyevoda anadan olmuşdur. O, karyerasına Serbiyanın Sopot klubunda başlamışdır. Yankoviç 2013-cü ildə "Novi Pazar" FK-ya keçmiş və ilk dəfə futbol üzrə Serbiya çempionatında "Srvena Zvezda" FK ilə qarşılaşmada debüt etmişdir. == Xarici keçidlər == [1] Srbijafudbalda.
Marko Yankoviç (futbolçu, 1995)
Marko Yankoviç (Serb Kiril : Марко Јанковић; 9 iyul 1995, Çetinye, Monteneqro Respublikası (1992-2006)) — Monteneqrolu peşəkar futbolçu. Azərbaycanın "Qarabağ" klubunda və Monteneqro milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. == Karyerası == === İlk illər === Çetinyedə anadan olan Yankoviç ilk olaraq "Lovçen" klubunun uşaq komandasında çıxış edib. 2007-ci ildə Lovçendən "Partizan"a keçib. O, 2012–13 Serb Birinci Liqasında "Partizan"ın farm klubu "Teleoptik" klubunda debüt edir. === Olimpiakos === 2013-cü ilin yayında Yankoviç dörd illik müqavilə ilə Yunanıstan çempionu "Olimpiakos" klubuna transfer olunur. ====== OFK Belqrad (icarə) ====== 2014-cü ilin yayında Yankoviç Serbiyanın "OFK Beoqrad" klubuna icarəyə göndərilir. O, yeni komandasının evdə "Novi Pazar" komandası üzərində 3–2 hesablı qələbə qazandığı oyunda sonradan meydana çıxaraq debüt edir və ilk oyununda qol ilə fərqlənir. Serbiya Superliqasının 2014–15 mövsümundə Yankoviç 19 oyunda meyrdana çıxaraq dörd qol vurur. ====== Maribor (icarə) ====== 31 avqust 2015-ci ildə Yankoviç Sloveniyanın "Maribor" klubuna icarəyə verilir.
Marko Yankoviç (futbolçu, 1996)
Marko Yankoviç (serb-kiril Марко Јанковић; 22 mart 1996, Yaqodina[d]) — Serbiya yarımmüdafiəçisi. == Karyera == Marko Yankoviç "Yaqodina" FK komandasının heyətində 8 aprel 2015-ci ildə, "Partizan" FK ilə kubok qarşılaşmasında debüt etmişdir. 2015–16 mövsümünün əvvəlində 3 matçdan sonra "Tabane Trgovaçki" FK-ya icarəyə verilmişdir.
Mixael Yanker
Mixael Yanker (23 mart 1992) — Almaniyalı atıcı. Mixael Yanker Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mixael Yanker birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.8 xal toplayaraq 29-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Oleq Yankovski
Oleq İvanoviç Yankovski (rus. Олег Иванович Янковский; 23 fevral 1944 — 20 may 2009) — rus sovet aktyor və kinorejissoru. SSRİ xalq artisti (1991). SSRİ Dövlət mükafatı laureatı (1987). == Həyatı == Oleq Yankovski 1944-cü ildə Qazaxıstan SSR-in Cezqazqan şəhərində anadan olmuşdur. Əvvəlcə teatr aktyoru kimi fəaliyyət göstərmişdir. Kino fəaliyyətinə 1968-ci ildə çəkilmiş "Qalxan və qılınc" (rol: Henrix Şvarskopf) filmi ilə başlamışdır. 100-ə yaxın filmdə rol almışdır. Kino sənətində göstərdiyi xidmətlərə görə 1991-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüşdür. Oleq Yankovski 2009-cu ilin mayın 20-də Moskva şəhərində vəfat etmişdir.
Stoyan Yankulov
Stoyan Yankulov ((Bolqarca: Стоян Янкулов), digər adı ilə Stundji (Bolqarca: Стунджи) 10 sentyabr 1966) — 10 sentyabr 1966-cı ildə anadan olmuş Bolqarıstanlı musiqiçi. Stoyan Yankulov Elitsa Todorova ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməmişlər.
Svetlana Velmar-Yankoviç
Svetlana Velmar-Yankoviç (serb. Светлана Велмар-Јанковић d. 1 fevral 1933, Belqrad – 9 aprel 2014, Belqrad) — Serb əsilli yazıçı. == Bioqrafiyası == Bir ziyalı ailəsində anadan olmuşdur. Atası yazıçı Vladimir Velmar-Yankoviç Serbiyadakı Alman hərbi idarəsi nəzdindəki milli qurtuluş hökumətinin üzvü (mədəniyyət və din nazirinin müavini) olmuşdur. 1944-cü ilin sentyabrında ölkəni tərk edir. İtaliya və İspaniyada yaşayır. Avtomobil qəzasında ölür. Svetlana Velmar-Yankoviç Belqraddakı qadın gimnaziyasını bitirir. Universitetin ikinci ilində jurnalist kimi fəaliyyətə başlayır.
Yanka Kupala
Yanka Kupala (əsl adı İvan Dominikoviç Lutseviç, belar. Іва́н Даміні́кавіч Луцэ́віч; 7 iyul 1882 – 28 iyun 1942[…], Moskva) — belarus şair, dramaturq, publisist, Belarus ədəbiyyatının klassiki, BSSR-in xalq şairi (1925), BSSR EA-nın (1928) və SSRİ EA-nın akademiki (1928), Birinci dərəcəli Stalin mükafatı laureatı (1941).
Yanka Kupala adına teatr
Yanka Kupala adına milli akademik teatr (belar. Нацыянальны акадэмічны тэатр імя Янкі Купалы) ― Belarusun Minsk şəhərində yerləşən ölkənin ən qədim teatrı. Belarusiyanın mədəni irsi siyahısına daxil edilmişdir. == Tikinti == Teatr binası memarlar Konstantin Vvedenskiy və Karol Kozlovskiy tərəfindən dizayn edilmiş və 1890-cı ildə tikilmişdir. Tikinti Minsk sakinlərinin ianələri hesabına maliyyələşdirilmişdir. == Tarix == Müasir teatr 14 sentyabr 1920-ci ildə Minsk əyalət teatrının binasında qurulmuşdur. 1944-cü ildə teatrın adı dəyişdirilərək Belarus şairi və klassiki olan Yanka Kupalanın şərəfində adlandırılmışdır. Bina 20-ci əsrin ilk yarısında bir neçə mühüm tarixi konqresin keçirildiyi məkan olmuşdur. 1917-ci il 2–8 dekabr tarixlərində teatr binasında Rusiya Qərb Cəbhəsi qüvvələrinin I qurultayı keçirilmişdir. Qurultaya 473 bolşevikin də daxil olduğu 714 nəfər nümayəndə qatılmışdı.
Yankeleviçin binası
Yankeleviçin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 32. == Tarixi == Bina XIX əsrin dördüncü rübündə inşa edilmişdir. Taqanroq şəhəri Petrovskaya küçəsi ev 32 ünvanında yerləşir. Bina Mekrasov xiyabanında qərarlaşırdı. Bu bina elə böyük olmayan bir mərtəbəli tikili idi. Görünüş baxımından uzun bina 400 rubl qiymətində qiymətləndirilirdi.
Yankiç adası
Yankiç adası (rus. Янкича) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan Uşişir adalarının tərkib hissəsini təşkil edən ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adada yaşayış yoxdur. Ada vaxtı ilə aynular tərəfindən məskunlaşıldı. 1875-1945-ci illər ərzində ada Yaponiyaya mənsub olmuşdur. Bu zamandan etibarən isə Rusiyanın ərazisidir. Yankiç adası 2,8 km diametrə malikdir. Adanın mərkəzində Kraternaya buxtası yerləşir. Ada Uşişir adalarına daxil olan Runkotitya adasından üç dəfə böyükdür.
Yanko Dada Muzeyi
Yanko Dada Muzeyi - İsraildə rəssamlar kəndi hesab olunan Eyn-Xod kibutsunun (İsraildə kənd təsərrüfatı kommunası) mərkəzində yerləşən bədii muzey. == Ümumi məlumat == Muzeyin kolleksiyasına İsrail və Rumıniya rəssamı, arxitektor və yazıçı, dadizmin banilərindən biri Marsel Yankonun (1895-1984) əsərləri, həmçinin digər İsrail rəssamlarının modernist sənət əsərləri daxildir == Tarixi == Marsel Yankonun əsərlərinin nümayiş etdirilməsi üçün ən əlverişli yer Eyn-Xod rəssamlar kəndindəki bədii muzeydir. 1953-cü ildə Eyn-Xoda bu kəndin təməlini qoyan insanların ilk dəstəsi gəlmişdir 1983-cü ildə Marsel Yankonun dostlarının bir qrupu tərəfindən dadizm cərəyanın İsraildə yaşayan yeganə nümayəndəsi olan rəssamın bədii irsinin saxlanılması məqsədilə Yanko Dada muzeyinin əsası qoyulmuşdur.
Yankov yarımadası
Yankov yarımadası (rus. Полуостров Янковского) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. Böyük Pyotr körfəzinin şərqində yerləşir. Narva buxtası və Lebyajya laqununu Slavyanski körfəzindən ayırır. Şimal-qırbində bataqlıqlaşmış bərxəx onu materiklə birləşdirir. Şərqində Qeko buxtası, cənub-şərqində Tabunnaya buxtası, cənub-qərbində isə Minonosok buxtası yerləşir. Şimal nöqtəsi Briner, şərq Kupriyanov burnu adlanır. Cənub hissəsində Sidorov və Qerasimov adaları yerləşir. Şərqində isə Koliçi adası vardır. Burada çoxlu sayda kiçik axarlar vardır.
Yelena Yankoviç
Yelena Yankoviç (28 fevral 1985, Belqrad – Serbiya tennisçisi. == Karyerası == === Karyerasının əvvəlləri === Yankoviç doqquz yaşı olarkən Red Star Tennis Klubunda böyük qardaşı və məşqçisi Marko ilə tennis məşqləri keçməyə başladı. Sonra Nik Bollettieri adına Tennis Akademiyasında təhsilə başladı. 2001-ci ildə Avstraliya Açığı qazandı. 2001-ci ildə WTA-də oynamağa başladı. İlk turniri olan Indian Vells Mastersdə ikinci dövrədə məğlub oldu. 2003-cü ilin oktyabr ayında, Yankoviç Dubayda ITF-dəki ilk müvəffəqiyyətindən sonra reytinqdə ilk 100-lüyə daxil oldu. Üç ay sonra, Yankoviç 2004 Avstraliya Açıq ilk dövrədə dünya reytinqində ilk 10-luqda olan Yelena Dementiyevanı 6–1, 6–4-lük setlərlə məğlub etməyi bacardı. İkinci dövrdə Cill Kraybasla qarşılaşdı və üç setdə məğlub oldu. May ayında, Yankoviç ilk WTA çempionluğunu qazandı, Budapeşt Grand Priksi, finalda Martına Suçanı 7–6, 6–3-lük setlərlə məğlub edərək çempion oldu.
Zenon Yankovski
Zenon Yankovski (pol. Zenon Jankowski) — Polşa ordusunun istefada olan polkovniki, kosmonavt. Yankovski 1976-cı ildə "Soyuz-30" missiyası üçün həmyerlisi Miroslav Hermaşevskinin dublyoru olmuş, 1978-ci ildə "İnterkosmos" proqramında daxil edilmişdir.
İnqa Yankauskayte
İnqa Yankauskayte (tam adı: İnqa Yankauskayte, lit. Inga Jankauskaitė; 10 yanvar 1981, Kaunas) — Litva aktrisası, müğənnisi və piano ifaçısı. == Həyatı == İnqa Yankauskayte 10 yanvar 1981-ci ildə Litvanın Kaunas şəhərində anadan olmuşdur. Kauno fonas və Ultra vires radiostansiyalarında radio DJ işləmişdir. 1997-ci ildə Yuozas Nauyalis adına Musiqi Akademiyasından məzun olduqdan sonra 1999-2002-ci illərdə və 2004-2005-ci illərdə Litva Musiqi və Teatr Akademiyasında təhsil almışdır. L+ musiqi qrupunun üzvü olub. 2007-ci ildə Žvaigždžių duetai televiziya realiti şousunda iştirak etmiş İnqa Yankauskayte partnyoru Çeslovas Qabalislə birlikdə ikinci yeri tutmuşdur. Dviračio šou satirik xəbərlər verilişində "sarışın qız" obrazını oynamışdır. Hazırda İnqa Yankauskayte eyni zamanda həm Səs Litva verilişində münsiflər heyətinin üzvü, həm də Žvaigždžių duetai (Ulduzların duetləri) televiziya verilişində aparıcıdır. == Filmoqrafiya == Theatre2001 – King Kongo dukterysdə Berta, Tereziye Valserin əsəri, Naujosios dramos akcija 2004 – Marija Stiuartda Mariya Stüart, Fridrix Şillerin əsəri, Litva Milli Dram Teatrı 2005 – Demonai.
ве́ять ге́йзерный квасо́к мистаго́гия на́земь обду́вка извраще́ние поглощённость подме́тить сотвори́ть себе кумира редька Babuyanes cockhorse covey electrum plasticizer processionist protanopia rejection woorali водоподъёмный галопировать грот напорный угода