Этимологический словарь азербайджанского языка

  • QAB

    Mənbələrdə bunu ərəb mənşəli hesab edirlər, inandırıcı deyil. Zənn etmək olar ki, qabıq sözü ilə qohumdur

    Полностью »
  • QAB-QACAQ

    Mənbələrin verdiyi məlumata görə, qab sözü ərəbcədir (məncə, bizdən keçib), qacaq isə, əslində, çanaq kimi olub və forma dəyişmələrinə məruz qalıb

    Полностью »
  • QABA

    İlkin mənası “yoğun” demək olub, indi həm də “kobud” anlamında işlədilir. Ehtimal etmək olar ki, qabar sözü ilə qohumdur

    Полностью »
  • QABAQ1

    Sözün əsli qaraq (göz) kimi olub “ön tərəf” anlamını əks etdirib, qarşı kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov

    Полностью »
  • QABAQ-QƏNŞƏR

    Belə bir deyim var: xəstə sağalacaq olsa, həkim qənşər gələr. Salyanda qabaq-qənşər sözü qabaq-qarşaq kimi işlədilir

    Полностью »
  • QABAN

    Belə mülahizə var ki, bu söz qabarmaq feili ilə kökdaş olub, “çöl donuzu” deməkdir. Adamın üstünə qabardığı (hücum etdiyi) üçün belə adlanıb

    Полностью »
  • QABAR

    Ad-feil omonimdir, “şişmək” və “мозоль” anlamlarını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QABĞARMAQ

    Dilimizdə -ğar şəkilçisi adlardan feil düzəldib: atğar “atlandır”, “ata mindir” demək olub. Otarmaq sözü qabaqlar otğar kimi işlədilib

    Полностью »
  • QABIQ

    1. Kökü qab hissəsidir və “dış örtüyü” mənasını verir. -ıq şəkilçisi qab (qa­pamaq) feilini ismə çevirib

    Полностью »
  • QABIRĞA

    Qabarmaq feili ilə qohumdur. Qabırğa bir qədər qabarıq olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QABQARMAQ

    Bax: qabğarmaq. D.Karneginin “Dostu necə qazanmalı” əsərində oxuyuruq: “O, çamadanını qabqarıb Çikaqoya yollandı”

    Полностью »
  • QABLAMA

    Qabın elə bir növüdür ki, onun içinə bir neçə xırda qab yığmaq olur (qazandan bir qədər kiçik qabdır)

    Полностью »
  • QAÇAY

    Ay sözünün “şəxs” mənası mənbələrdə qeydə alınıb. Söz “Qoç ay” (qoçaq şəxs) deməkdir. (Bəşir Əhmədov

    Полностью »
  • QAÇMAQ

    Qoşmaq variantı da olub. Eyni sözün müxtəlif formalarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QADAĞA

    Fars mənşəlidir, “icazə verilməyən” (“запрет”) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QADAĞAN

    Farsca qədəğən kimidir. Bizdə yasaq sözü işlədilib. Danışıqda qadağa forması da mövcuddur. (Bəşir Əhmədov

    Полностью »
  • QADAQ

    Bu söz həm də ölçü vahidi kimi (funt) işlədilib. Yaylı əl tərəzisində şkala olmayan vaxt onun yerinə xırda mıxlar vururlarmış

    Полностью »
  • QADIN

    Qabaqlar quda mənasında işlədilib, “kəbin (evlənmə) qohumları” kimi açıq­lanıb. Sonra “kəbinli (ərə getmiş) arvad” anlamında sabitləşib

    Полностью »
  • QAFA

    Ərəbcədir. “Kəllə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QAFAR

    Ərəb mənşəlidir, mənası “günahı bağışlayan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QAFİYƏ

    Ərəbcədir, cəm forması qəvafi kimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) “Qafiyə” sözünün kökü olan قفو birinin izində olmaq, birini təqib etmək anl

    Полностью »
  • QAFQAZ

    Mərhum professor Ə.Dəmirçizadə Qaf (Qaf dağı) və Kas (Kaspi) söz­lə­rinin qohumluğu haqqında mülahizə söyləyib

    Полностью »
  • QAĞA

    Ağa (böyük) sözünün dəyişmiş formasıdır, əvvəllər “böyük qardaş” məna­sın­da işlədilib. (Bəşir Əhmədov

    Полностью »
  • QAĞAYI

    Bu quşun bir adı da ağayaq olub. Görünür, qağayı ağayaq sözünün təhrifi nəticəsində əmələ gəlib. İkinci ehtimala görə, qayağı və qayıq sözləri eyni kö

    Полностью »
  • QAHİR

    Ərəbcədir, “qüvvətli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QAHMAR

    Əsli “qəmxar”dır. Birinci hissə (qəm) ərəbcədir, ikinci (xar) farsca “qəmə şərik” deməkdir (qəm yeyən)

    Полностью »
  • QAX

    Kepimək feili əsasında əmələ gəlib (kepimək indi bizdə təpimək kimi işlədilir, başqa dillərdə orijinalı hifz olunub)

    Полностью »
  • QAXAC

    Qax sözü “quru” deməkdir (meyvə qurusu və s.). Qaxac isə tarixən qaxət (yəni qurudulmuş ət) formasında mürəkkəb söz olub, sonra qaxac şəklinə düşüb

    Полностью »
  • QAXSIMA

    Qax “quru” deməkdir, feil düzəldən –sı şəkilçisi ilə “qurumağa meyil etmək” mənalı söz əmələ gəlib. Feildən isə dolma qəlibi üzrə qax-sı-ma ismi düzəl

    Полностью »
  • QAQAT

    yun. gagates – qara kəhraba, şəvə; qədim Lidiyada yer adından

    Полностью »
  • QAQAUZ

    Oğuz sözü ilə qohumdur. S.Mladenov qaqauz sözünün göy oğuz bir­ləşməsindən əmələ gəldiyini bəyan edib (müqayisə edin: göy türklər)

    Полностью »
  • QALA

    1. Ərəb mənşəli hesab edirlər, halbuki eradan əvvəl 2-ci minilliyin 1-ci ya­rısın­da Azərbaycanda Narınqala, Oranqala kimi yer adları var idi

    Полностью »
  • QALAQ

    Dilimizdə “складывать” mənasını verən qa feili olub, qalamaq, qalaq kimi sözlər onun əsasında əmələ gəlib

    Полностью »
  • QALDIR

    Əsli ağdır olub. Qovzamaq feili ağzamaq feilinin dəyişmiş forması olduğu kimi, qaldır feili də ağdır feilinin dəyişmiş formasıdır

    Полностью »
  • QALENİT

    lat. galena – qurğuşun filizi

    Полностью »
  • QALXAN

    Qalxmaq feili ilə bağlı yaranıb, müdafiə üçün zərbənin qabağına qaldırılır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QALXMAQ

    Qaldırmaq sözü göstərir ki, burada etimon qal feilidir. –x şəkilçisi qırxmaq kəlməsində də var (qırx və qırmaq eyni kökə malikdir)

    Полностью »
  • QALIN

    Qalaq sözü ilə kökdaşdır. Qədim etimon “qal”dır. Sər-in qəlibi üzrə əmələ gə­lib. Antonimi yuxa sözüdür (naziklə yoğun antonimdir, qalın yox)

    Полностью »
  • QALİFE

    Şalvar növüdür. İlk dəfə belə şalvarı Fransa generalı Q.Qalife geyindiyi üçün söz onun adı ilə bağlı yaranıb

    Полностью »
  • QALMAQAL

    Qal farsca qalidən (qışqırmaq, səs-küy salmaq) məsdəri ilə bağlıdır. -ma bizimdir və qədimdə və bağlayıcısının yerində işlədilib

    Полностью »
  • QALOŞ

    Yunan sözüdür, ayaqqabının bir növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QALTAQ

    Bu, farscadır, bizdə arcaq kəlməsi işlədilib (yəhər ağacı da deyiblər). Yəhər sözü əyər kimi də qeydə alınıb, “əyri” deməkdir

    Полностью »
  • QAMARLAMAQ

    Qarı (əl, qol), qarmala, qamarla sözləri eyni kökə malikdir, ilkin məna ”qolların arasına almaq (dairələmək)” kimi olub, sonra xeyli genişlənib

    Полностью »
  • QAMAŞMAQ

    Diş və gözlə bağlı işlədilir. Turş şey dişi, parıltı isə gözü qamaşdırır. Bun­lar müxtəlif kəlmələrdir

    Полностью »
  • QAMÇI

    Bəzi türk dillərində zərbə anlamını verən qam sözü var. Qamçı isə zərbə aləti kimi açıqlanıb. Zərbə kəlməsi alınmadır

    Полностью »
  • QAMƏT

    Ərəbcə “boy-buxun” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QAN

    “Od” anlamını verən göy kəlməsi ilə qohumdur. Qaynamaq, gün sözləri ilə qan kəlməsi eyni kökə malikdir, mənası “isti, hərarət” deməkdir

    Полностью »
  • QAN AĞLAMAQ

    Buradakı qan sözünün кровьla əlaqəsi yoxdur. İfadə bütövlükdə “завливаться горючими слезами” mənasını verir

    Полностью »
  • QAN-TƏR

    Sinonimlər birləşməsidir, hər ikisi “isti” anlamını bildirir. Tər savaşı birləş­mə­sində də tər sözü qanlı kəlməsinin mənasında işlədilib

    Полностью »
  • QAN TUTMAQ

    Biri digərini kəsərlə (və başqa alətlə) öldürdükdə bəzən qatil qaça bilmir. Belə halda “Qatili qan tutub” deyirlər

    Полностью »