ABDUĞ (OVDUQ)

Ab farsca “su” deməkdir, duğ isə “qatıq”. Qatıqla suyu qarışdırıb atla­yaraq alınan ayrana abduğ deyirlər. Farslarda duğab sözü də var, “məhlul” an­lamında işlədilir. Müasir Azərbaycan ədəbi dilində bu söz ovduq şəklində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)