ADMİRAL

Ərəb mənşəlidir, əmirəlbəhr (dəniz əmiri) mənasını əks etdirib. İndi yüksək rütbədir.   

ADİABATİK
ADVEKSİYA
OBASTAN VİKİ
Admiral
Admiral (ərəb. əmir əl-bəhr‎ – dəniz əmiri) — hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir. Rusiyada admiral rütbələri XVII–XVIII əsrlərdə I Pyotr tərəfindən təsis edilmişdir. 1940-cı ildən SSRİ və Rusiyada kontr-admiral, vitse-admiral, admiral, donanma admiralı rütbələri var; 1955-ci ildən Sovet İttifaqı Donanmasının admiralı rütbəsi var idi (Sovet İttifaqı Marşalı rütbəsinə uyğundur).XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəryabəyi (دریابیی) adlandırılmışdır.
Admiral Muskve
Admiral Dalindlela Muskve (21 avqust 1998) — hücumçu mövqeyində çıxış edən Zimbabve futbolçusu. Hazırda Çempionşip turnirində yarışan "Luton Taun" klubunun və Zimbabve milli futbol komandasının şərəfini qoruyur. == Klub karyerası == Muskve 2007-ci ildə doqquz yaşı olarkən yerli klublardan olan Lester Siti klubuna qəbul olmuşdur. 2016-cı ilin may ayında o, klubda Mövsümün Akademiya Oyunçusu seçilmişdir. Bir ay sonra Muskve klub ilə 2019-cu ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır.Muskve öz peşəkar karyerasında debütünü 2016-cı ilin iyul ayında mövsüm öncəsi yoldaşlıq oyununda Oksford Yunayted klubuna qarşı oyunda etmişdir. O, Şinci Okazakini əvəz etmiş və həmin görüşdə Lester Siti rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Muskve bir müddət İngiltərə milli futbol komandasının U-17 millisində çıxış etmişdir. O, milli ilə debütünü 2014-cü ildə Nordik U-17 Turnirində etmişdir. O, turnirdə 4 görüşdə iştirak etmiş və 2 qolla yadda qalmışdır.2017-ci ilin noyabr ayında Muskve Zimbabve milli futbol komandası ilə Lesoto millisinə qarşı oyunda debüt etmişdir. O, ikinci hissədə meydana daxil olmuş və millisi 1-0 hesabı ilə məğlub olmuşdur.
Admiral Nelson
Horatsio Nelson (29 sentyabr 1758[…] – 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir. == Tərcümeyi-halı == ==== Uşaqlığı və gəncliyi ==== Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı.
Böyük Admiral
Böyük admiral və ya flot admiralı — bəzi ölkələrdə marşalın dəniz qüvvələrindəki bərabər rütbəsi olan donanma zabitlərinin ən yüksək admiral rütbəsidir. Böyük admiral, Türkiyənin dəniz qüvvələrində ən yüksək hərbi rütbədir. NATO kodu OF-10-dur. Quru qoşunlarında onun ekvivalenti marşaldır. Bu rütbə ən yüksək hərbi rütbə olsa da, bu rütbənin digər rütbələrdən əsas fərqi onun zamanla qazanılmamasındadır. Bu rütbə qanunla müharibədə üstün faydalılığının olduğu görülən və ən azı admiral və ya dörd ulduzlu general rütbəsinə sahib olan zabitlərə Türkiyə Böyük Millət Məclisi tərəfindən verilir. == Türkiyədə böyük admiral rütbəsi == Türkiyə Respublikası tarixində böyük admiral rütbəsini hələ heç kim qazanmamışdır. 1538-ci il Preveze dəniz döyüşündə qazandığı müvəffəqiyyət səbəbiylə Osmanlı dəniz kapitanlarından böyük admiral rütbəsi, Möhtəşəm Süleyman tərəfindən Barbaros Xeyrəddin Paşaya verilmişdir.
Kontr-admiral
Kontr-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-mayor rütbəsidir.
Vitse-admiral
Vitse-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-leytenant rütbəsidir.
Admiral (film, 2008)
Admiral — türk əsilli rus admiralı Aleksandr Kolçakın həyatından bəhs edən Rusiya filmi.
Admiral Kuzneçov boğazı
Admiral Kuzneçov boğazı Komandor boğazı kimidə tanınır. Sakit okeanında yerləşir, Berinqa adası ilə Mednıy adasını ayırır. Berinq dənizi ilə Sakit okeanı birləşdirir. Komondor adaları hövzəsində ən iri boğazdır. Uzunluğu 30 km, minimum eni isə 50 km təşkil edir. Ən dərin yeri 142 m-dir. Boğazın sahilləri girintili-çıxıntılıdır, sahillərində Sulkovsk, Kotenok, Krasnıy, Neproxodimiy, Sivuciy, Monatı, Elina, Perqrebnıy və başqa burunları vardır. Boğaz ərazisinə çoxlu sayda çaylar axır: Pereqrebnaya, Mayatniknaya və Ozernaya. Qərbində Pereqrebnıy, Kazarma və Ozernaya, şərqində isə Reçnaya, Bobrovaya buxtaları vardır. Adlanmasına gəldikdə isə bu ad 2004-cü ildə Sovet admiralı Nikolay Qerasimoviç Kuzneçovun şərəfinə verilmişdir.
Osman Paşa (admiral)
Osman Paşa (türk. Patrona Osman Paşa d. 1792, Rize - ö. 1860) — Türk admiral. Sinop döyüşündə Osmanlı donanmasının komandanı. Misir hərbi-dəniz məktəbinin yetirməsidir. 1825 - 1830-cu illərdə Misir Donanmasında gəmi rəisi vəzifəsini icra etmişdir. Sonradan İstanbula gələrək və Osmanlı Donanmasında xidmətə başlamışdır. Krım müharibəsi başlayanda 12 gəmidən ibarət Qara Dəniz Donanması təşkil edildi. İnceburun ilə Amasra məntəqələri arasında keşik çəkən bu donanmanın komandiri təyin edildi.
Rafiq Əsgərov (admiral)
Rafiq Əsgərov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini ilk icra edən şəxs (1991-1993). == Hərbi xidməti == Rafiq Əsgərov 1949-cu ildə Bakıda anadan olub. Orta təhsilini bitirdikdən sonra Ali Dənizçilik Akademiyasında təhsil almışdır. Rafiq Əsgərov 1993-cü ildə müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinə təyin olunmuşdur. O, 1993-cü il ilə qədər idarə etdiyi müddətdə Hərbi Dəniz qüvvələrinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. Xüsusilə 1992-ci ildə keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsində yaxından iştirak etmişdir. 1993-cü ildə onu vəzifədə Fuad Yusifov əvəz etmişdir.
Admiraliti dağları
Admiralti (ing. Admiralty Mountains) — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqində yerləşən dağ sistemi. Dağların aşağı hissələrini Ross dənizinın suları yuyur. Dağların davamı olaraq Ader burnu Cənub okeanı daxilinə uzanır. Qurudan Dennistoun, Ebbe və Takera buzlaqları ilə əhatələnir. 1841-ci ilin yanvarında Ceyms Klark Rossun rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Dağlara Danidin, Homran və Littelton silsilələrinə bölünür. Maksimal hündürlüyü Minto dağıdır (4166 m).
Admirallıq
Admirallıq — hərbi donanmanı idarə edən ali orqan. XVII–XX əsrlərdə bəzi ölkələrdə mövcud olmuşdur. Rusiyada hərbi gəmiqayırma mərkəzi, dəniz və ya çay sahilində gəmiqayırma zavodlarının, emalatxanaların, hərbi gəmilərin tikintisi və təmiri üçün anbarların yerləşdiyi ərazi də olmuşdur. Sankt-Peterburq, Voronej, Sevastopol, Arxangelsk və başqa şəhərlərdə admirallıqlar var idi.
Admirallıq kollegiyası
Admirallıq kollegiyası (rus. Адмиралтейств-коллегия) — 1718–1802-ci illərdə Rusiyada dəniz işlərini idarə edən ali orqan. Bu, gəmiqayırma zavodlarına, kətan və kəndir fabriklərinə, limanların və limanların tikintisinə, Hərbi Dəniz Qüvvələrinin hazırlanmasına, silahlanmasına və təchizatına cavabdeh idi.1802-ci ildə kollegiya yeni yaradılmış Dəniz Nazirliyinin bir hissəsi olmuş və 1827-ci ildə Dəniz Naziri yanında məsləhətçi orqan olan admirallıq şurasına çevrilmişdir. == İstinadlar == == Xarici keçidlər == Адмиралтейств-коллегия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Admirallıq kollegiyası // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Admirallıq prikazı
Admirallıq prikazı (rus. Адмиралте́йский прика́з) — Rusiyanın Mərkəzi Dövlət Qurumunun Hərbi Dəniz Administrasiyasının prikazı. Onun səlahiyyətlərinə donanmanın hazırlanması, silahlanması, təchizatı və ekipajlara adi dəniz qulluqçularının cəlb edilməsi daxildir. Ədəbiyyatda Admirallıq İşləri Prikazı (Приказ адмиралтейских дел) da adlanır. Prikaza Voronej Admirallıq Məktəbi də daxil idi. == Başçıları == Aleksandr Protasyev (1696–1700) Fyodor Apraksin (18 fevral 1700–17??) Qriqori Plemyannikov (1700–17??) == İstinadlar == == Əlavə ədəbiyyat == С. Елагин, История русского флота. Период Азовский, издание 1864 года и 2 тома приложений. В. Чубинский, Историческое обозрение устройства управления морским ведомством в России. Издание 1869 года. Материалы для истории русского флота, тома I, II, III и IV, Sankt-Peterburq; Ф. Ф. Веселаго, Очерк русской морской истории, ч.
Admirallıq qəsəbəsi
Admirallıq qəsəbəsi (rus. Адмиралте́йские поселе́ния) — Rusiya imperiyasında köçkünlərin kənd təsərrüfatı işlərini dəniz idarəsinin xidmət müəssisələri ilə birləşdirdiyi dövlət kəndlilərinin xüsusi qəsəbələri. Rusiyadakı hərbi məskunlaşmaların görünüşü. == Tarixi == Admirallıq qəsəbələri əvvəlcə Rusiya çarı I Pyotrun, daha sonra isə II Yekaterinanın fərmanları ilə yaradılmışdır. Donanmanın ehtiyaclarını ödəyəcək ərazidə sənayeni inkişaf etdirmək məqsədi ilə Rusiyanın müxtəlif yerlərində yerləşdirilmişdilər. I Pyotrun fərmanları ilə belə qəsəbələr Voronejdə, Kazanda və Sankt-Peterburq yaxınlığında təşkil edilmişdir. II Yekaterina dövründə müasir Rusiya və Ukraynanın müxtəlif yerlərində təşkil edilmişdir.Admirallıq qəsəbələri Qara Dəniz İcraedici Ekspedisiyasının, 1832-ci ildən isə Qara Dəniz Admirallıq Qəsəbələri İdarəsinin yurisdiksiyasında idi. 1860-cı ilin axırlarında bu qəsəbələrdə yaşayanların ümumi sayı 17,050 nəfər idi.1861-ci ildə admirallıq qəsəbələri adi mülki yaşayış məntəqələrinə çevrilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == О. Л. Вільшанська. Адміралтейськi поселення // Енциклопедія історії України : у 10 т.
Admirallıq şurası
Admirallıq şurası (rus. Адмиралтейств-совет) — 1827–1917-ci illərdə Rusiyada dəniz idarəsinin rəhbər orqanı. Əvvəlcə Dəniz Qüvvələri Nazirinin nəzdində bir məsləhətçi təşkilat, 1836-cı ildən dəniz idarəsinin iqtisadi hissəsi üçün ali qurum, 1907-ci ildən dəniz nazirinin rəhbərlik etdiyi Dəniz Qüvvələrinin ali qurumu. Admirallıq şurası 1827-ci ildə admirallıq-kollegiyasından yaradılmışdır. 28 noyabr 1917-ci ildə qüvvəyə minmiş Xalq Komissarları Sovetinin 23 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Адмиралтейств-совет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева.
Admiralti adası
Admiralti adası (ing. Admiralty Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 154 km, eni 56 km və 4264 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 7-ci və dünyanın 132-ci ən böyük adasıdır. Stivens boğazının ən dar hissəsində materikə olan məsafə 5 kilometrdən azdır. Alyaskanın paytaxtı olan Cuno adanın şimal ucundan 12 kilometr aralıda yerləşir. Adanın Qlass yarımadasını adanın əsas hissəsindən ayıran Seymur-Kanal körfəzi onu ikiyə bölünür. == Fauna == Adanın 3860 km² hissəsi, Admiralti Təbiət Qoruğudur. Burada 1700-ə qədər qonur ayının yaşadığı məlumdur (yəni adanın hər sakininə demək olar ki, üç ayı düşür). Adada qaraquyruqlu marallara da rast gəlinir, 5000-dən çox ağbaş qartal yaşayır.
Admiralti dağları
Admiralti (ing. Admiralty Mountains) — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqində yerləşən dağ sistemi. Dağların aşağı hissələrini Ross dənizinın suları yuyur. Dağların davamı olaraq Ader burnu Cənub okeanı daxilinə uzanır. Qurudan Dennistoun, Ebbe və Takera buzlaqları ilə əhatələnir. 1841-ci ilin yanvarında Ceyms Klark Rossun rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Dağlara Danidin, Homran və Littelton silsilələrinə bölünür. Maksimal hündürlüyü Minto dağıdır (4166 m).
Sovet İttifaqı Donanma Admiralı
Sovet İttifaqı Donanma Admiralı — SSRİ hərbi dəniz donanmasında ən yüksək hərbi rütbə. SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 mart 1955-ci il tarixli qərarı ilə təsis edilib. Sovet İttifaqı Marşalı hərbi rütbəsinə uyğundur.

Значение слова в других словарях

взла́ивать дано́ замеча́тельно испа́нский малокро́вный обре́зчик актри́са в ра́нге житьё-бытьё овся́нковые прогла́тывание ластить(ся) big bud civil-spoken ethnocide powered sailing-ship tenebrae torpidity Transit Authority under-action выдох переснять своеобразный финт