AĞAMƏMMƏD

AğaMəhəmməd sözlərindən əmələ gəlib, sonra sadələşib. Ağa öz sözümüzdür, Məhəmməd isə ərəbcədir.   

AĞAMƏHƏMMƏD
AĞANƏZƏR
OBASTAN VİKİ
Ağaməmməd Abdullayev
Abdullayev Ağaməmməd Səməd oğlu (1909-1976) — dilçi alim, pedaqoq, pedaqoji elmlər doktoru (1958), professor (1960). == Həyatı == == Fəaliyyəti == Azərbaycan dilinin tədrisi tarixi və metodikasına dair dərslik və monoqrafiyaların müəllifidir. "Azərbayсan dilinin tədrisi tarixindən" (1966) monoqrafiyasında Hacıbəyovun pedaqoji və publisistik fəaliyyətini, onun "Türki-rusi və rusi-türki lüğəti"ni (1907) ətraflı təhlil etmişdir.
Ağaməmməd Dadaşov
Ağaməmməd Həsənağa Ələkbər oğlu Dadaşov(d. 1902 – ö. 1966) — Azərbaycanın görkəmli iqtisadçı alimi, professor. == Həyatı == == Elmi fəaliyyəti == 1939-cu ildə SSRİ EM İqtisadiyyat İnstitutunda "Fiziokratların sinfi təbiətinin dərk edilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi fəaliyyəti ona "Azərbaycanda aqrar münasibətlər və torpağın milliləşdirilməsi" adlı monoqrafiyanı yazmağa imkan vermişdir. 1959-cu ildə ona professor adı, 1964-cü ildə isə Azərbaycan SSR əməkdar iqtisadçı fəxri adı verilmişdir. 1945-1951-ci illərdə SSRİ EA Azərbaycan filialının İqtisadiyyat sektorunun müdiri, 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin "Siyasi İqtisad" kafedrasını müdiri vəzifəsində çalışmışdır. O, ilk dəfə olaraq siyasi iqtisadın tarixi üzrə dərs vəsaiti hazırlamış, klassiklərin əsərlərini, o cümlədən Karl Marksın "Kapital" əsərinin Azərbaycan dilinə tərcüməsi və redaktəsi ilə məşğul olmuşdur. Onun redaktorluğu və müəllifliyi ilə "İqtisadi təlimlər tarixi" üzrə dərslik çap olunmuş, "Marksist siyasi iqtisadı və inkişaf etməkdə olan ölkələr" məqaləsini və "İnkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri" dərsliyini yazmaqla keçmiş SSRİ-də siyasi iqtisadın yeni bir bölməsini—inkişaf etməkdə olan ölkələrin siyasi iqtisadını yaratmışdır. Azərbaycan torpaqlarının milliləşdirilməsi mövzusunda tədqiqatlar aparmaqla Azərbaycanın kapitalizm istiqamətində inkişafının elmi-nəzəri təhlilini vermişdir.
Ağaməmmədli
Ağaməmmədli (İmişli) — İmişli rayonunun inzibati ərazi vahidində kənd. Ağaməmmədli — Cəlilabad rayonunun Xanəgah inzibati ərazi vahidində kənd.
Ağaməmmədli (Marneuli)
Ağaməmmədli , Ağməmmədli, Ağammədli və ya Ağmamedlo (Gürcücə:აღმამედლო)— Gürcüstan Respublikasının Kvemo-Kartli diyarının Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd tarixən Ağaməmmədli və ya Ağməmmədli adlanmışdır. Zamanla bu ad dəyişmiş və yanlış formada-Ağammədli və ya Ağamətdi olaraq istifadə olunmuşdur. Daha sonra isə kəndin adı Ağmamedlo olaraq dəyişdirilmişdir. Kənd 99,7% azərbaycanlılardan ibarətdir. == Tarixi == Ağaməmmədli Marneuli mərkəzindən 17 kilometr cənubda, dəniz səviyəsindən 360 m yüksəklikdə, Dəvədöy çayının sağ sahilində, Babaqar dağının (Babakər) ətəyində, Ermənistan Respublikası ilə sərhəddə yerləşir. Kəndə xalq arasında Ağammədli və ya Ağamətdi olaraq adlansa da tarixi və əsl adı Ağaməmmədlidir. == Əhalisi == 1870-ci ildə kənddə 53 ailə, 155 nəfər, 1926-cı ildə 105 ailə, 575 nəfər yaşamışdır. 2002-ci ildə isə kənddə 1420-si kişi, 1447-si qadın olmaqla 2867 nəfər yaşamışdır. === Tanınmışlar === Eyvaz Borçalı == İnfrastruktur == Kənddə ilk məktəb 1934-cü ildə yaradılmışdır.
Ağaməmmədli (Saatlı)
Ağaməmmədli— Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Ağaməmmədli (İmişli)
Ağaməmmədli, Ağammədli, Alıpənahlı — Azərbaycan Respublikasının İmişli rayonunun Cəfərli inzibati ərazi vahidində kənd. Ağaməmədli kəndi XX əsrin əvvələrində inzibati ərazi vahidi kimi yaradılmışdır. Mil düzündədir. Mənbələrdə Ağammədli variantında da təsadüf olunur. Keçmişdə Alıpənahlı adlanan bu kənd qışlaq yeri olmuşdur.
Ağaməmmədli bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hüseynqulu Ağaməmmədov
Hüseynqulu Ağaməmmədov (1905, Qaradağlı, Şuşa qəzası – 19 mart 1988) — Qaradağlı kəndinin ilk ziyalısı. Hüseynqulu Həsən oğlu Ağaməmmədov 1905-ci ildə Ağdamın Qaradağlı kəndində anadan olub. İlk təhsilini Ağdamda alan Hüseynqulu Ağaməmmədov 1930-cu ildən Qaradağlı kəndində müəllimlik edib. Hüseynqulu Ağaməmmədov 1935-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında fəaliyyət göstərən Ali Partiya Məktəbinə qəbul olub. 1938-1941-ci illərdə Ağdam rayon partiya komitəsində işləyib. Hüseynqulu Ağaməmmədov 1941-1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yaralanaraq, ordudan tərxis olunub. Hüseynqulu Ağaməmmədov 1947-ci ildə Qaradağlı kəndində 350 nüsxə kitabdan ibarət ilk kitabxana açıb. İki il kitabxana müdiri işləyib. Hüseynqulu Ağaməmmədov 1949-1971-ci illərdə Ağdam rayonu Qaradağlı kənd sovetində sədr işləyib.
Xəyal Ağaməmmədov
Xəyal Salam oğlu Ağaməmmədov (23 avqust 1992; Hacıqabul rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Ağaməmmədov 1992-ci il avqustun 23-də Hacıqabul rayonunun Kolanı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal Ağaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Ağaməmmədov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Çöl Ağaməmmədli
Çöl Ağaməmmədli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Sabirabad rayonunun Əlilambəyli inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Yaşayış məntəqəsini İmişli rayonunun Ağaməmmədli kəndindən ayrılmış ailələr salmışlar. Oykonim çöl (bayır, əsas kənddən aralı) və Ağaməmmədli (əvvəlki yaşayış yerinin adı) komponentlərindən düzəlib. "kənardakı Ağaməmmədli kəndi" deməkdir.

Значение слова в других словарях

а́стма вперека́т копчёнка неощути́тельный ошеломля́ющий па́лубление перетле́ть тра́нспортник бары́шник вдева́ть длинноволновый пожаробезопа́сный субаре́ндный скасть cash-book element high-proof hobble skirt organogenesis transitionary воды задвинуться подытоживать почёт прецизионный